Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh

Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülh"Azərbaycanın Ermənistanın nəzarətində qalan ərazilərinin taleyi ölkəmizin milli maraqları, dövlət suverenliyi və sərhəd təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Söhbət, ilk növbədə, Naxçıvanın Kərki kəndindən, Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərindən gedir. Eyni zamanda, Azərbaycanın nəzarətində olan, Ermənistanın Başkənd adlandırdığı Artsvaşen kəndinin məsələsi də sərhədlərin delimitasiyası prosesində nəzərə alınmalıdır.

Kərki sıradan bir yaşayış məntəqəsi deyil. Naxçıvanın Sədərək rayonu ərazisində yerləşən bu kəndin coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırır. Kəndin Azərbaycana qaytarılması Naxçıvanın ərazi bütövlüyünün təmin olunması, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli əhalinin öz doğma yurduna qayıtması baxımından mühüm addım olardı.

Qazaxın Ermənistanın nəzarətində qalan kəndlərinin qaytarılması da eyni dərəcədə vacibdir. Çünki sərhəd boyunca yerləşən ərazilər təkcə yaşayış və təsərrüfat baxımından deyil, həm də nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyi, sərhəd rejiminin müəyyənləşdirilməsi və gələcək iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir."

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Kərki və digər kəndlərin taleyi: milli maraqlar və davamlı sülhEkspert qeyd edib ki, xüsusilə, 2024-cü ildə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması sərhədlərin delimitasiyası istiqamətində mühüm nəticə oldu. Lakin digər kəndlərin və Kərkinin məsələsi hələ də tam həllini gözləyir.

Məsələnin həlli beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə və əldə olunmuş razılaşmalara əsaslanmalıdır. Burada əsas məqsəd yeni qarşıdurma yaratmaq deyil, mövcud problemləri hüquqi-siyasi yollarla aradan qaldırmaq, sərhədləri dəqiqləşdirmək və uzunmüddətli sülh üçün etibarlı zəmin formalaşdırmaqdır.

"Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü bərpa edib. İndi qarşıda duran vəzifələrdən biri də sərhədlərlə bağlı qalan məsələlərin ardıcıl və prinsipial şəkildə həllinə nail olmaqdır. Kərkinin və Qazaxın digər kəndlərinin Azərbaycana qaytarılması bu prosesin mühüm tərkib hissəsidir.

Hesab edirəm ki, ərazi bütövlüyü yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq hüquqa əsaslanan konkret qərarlar, dəqiq müəyyənləşdirilmiş sərhədlər və təhlükəsizlik təminatları ilə möhkəmləndirilir. Kərki və digər kəndlərimizin taleyi də bu prinsip əsasında həllini tapmalıdır. Bu, həm dövlət suverenliyimizin möhkəmləndirilməsi, həm də Azərbaycan-Ermənistan münasibətlərində davamlı sülhün təmin olunması baxımından vacibdir."- deyə, B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 133   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 395
.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 100
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 437
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 397
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 332
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 353
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 115
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 197
.