Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMA

Türkiyədə Azərbaycana qarşı çıxanlar kimlərdir? - AÇIQLAMAAzərbaycanla Türkiyə arasındakı münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji müttəfiqliyə əsaslansa da, son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən fikirlər və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı münasibətlərin ictimai müzakirələr fonunda yeni müstəviyə keçdiyini göstərir.

Azərbaycanda məktəbli geyim forması ilə bağlı qəbul edilən qərar ətrafında başlayan müzakirələrin ayrı-ayrı siyasi və ideoloji yanaşmalarla genişləndirilməsi, ölkəmizin daxili qərarlarının hədəfə alınması suallar doğurur. Xüsusilə, Türkiyədə bəzi ictimai-siyasi dairələrdə "ərəbləşmə" və "mollalaşma" kimi ifadələrlə xarakterizə edilən ideoloji tendensiyaların Azərbaycanla bağlı müzakirələrə daşınması məsələnin mahiyyətinin daha dərindən araşdırılmasını zəruri edir.

Bəs bu reaksiyalar hansı məqsədlərə xidmət edir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, qardaş Türkiyə bizim üçün həmişə əziz, doğma olub:

"Biz Türkiyə dövlətindən heç bir şərt altında vaz keçməmişik, keçən də deyilik. Yəni Türkiyə bizim üçün öz dövlətimiz qədər əzizdir. Orada, əlbəttə ki, hansısa şəxslər mümkündür ki, Azərbaycana qarşı hansısa mərhələdə, hansısa uyğunsuz addımlar atsın, necə ki, indi atırlar. Biz də onların cavabını, veririk, Azərbaycan ictimaiyyəti də verir, müvafiq qurumlar da verir. Amma bütün bunlar bizim aramızdakı qardaşlıq bağlarını heç də zədələyən deyil. Yəni Azərbaycan dövləti də, xalqı da Türkiyənin dəyərini bilir. Türkiyəni biz yad bir ölkə kimi, xarici ölkə kimi görmürük. Türkiyədən ümumiyyətlə istər etiraz aksiyası edənlər. istər Azərbaycanın üzərinə hücuma keçmək istəyənləri Türkiyə xalqının mövqeyi kimi qəbul etmirik.
Çünki şəxsən özüm də yaxından izləyirəm, əlaqələrimiz də genişdir. Görürəm ki, Türkiyədə bizə qarşı çıxan bir ovuc adam varsa da, əksəriyyət Azərbaycanın daxili işlərinə Türkiyənin burun soxmamalı olduğunu açıq ifadələrlə dilə gətirir. Yəni Azərbaycanın suverenliyini, bir dövlət müstəqilliyini hörmətlə qarşılayırlar və Türkiyə dövlətinə də çağırışlar edirlər ki, belə müdaxilələr qəbul edilməzdir.
O baxımdan burada ciddi narahatlıq üçün artıq əsaslar yoxdur. Xüsusilə də Türkiyədə ağlı başında olan siyasətçilərin son günlər verdiyi bəyanatlar və Azərbaycanla bağlı hörmətlə fikirlər bildirməsi onu deməyə əsas verir ki, bu baş verənlər də keçib gedəcək".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.