Mask Zelenskinin getməsini istəyir: "Ədalətli sülh belə olmalıdır"

Mask Zelenskinin getməsini istəyir: "Ədalətli sülh belə olmalıdır""SpaceX" və "X" sosial şəbəkəsinin sahibi, amerikalı milyarder İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsindən istefa verməli olduğunu bildirib.


Milyarder "X" platformasında istifadəçilərdən birinin Zelenskinin britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibəyə dair paylaşımına reaksiya verib.

Həmin paylaşımda istifadəçi Ukrayna liderinin əsas qorxusunun müharibənin başa çatması və prezident seçkilərinin keçirilməsi olduğunu iddia edib.

İlon Mask bu şərhə cavab olaraq yazıb:
 
"Və beləliklə, qırğın davam edəcək. Zelenskinin getmək vaxtıdır."

Xatırladaq ki, bir qədər əvvəl - oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp da jurnalistlərə müsahibəsində Zelenskinin hərbi vəziyyət bəhanəsi ilə təxirə saldığı prezident seçkilərini keçirməli olduğunu vurğulamış və onun münaqişəni çoxdan sülh sazişi ilə bitirmək imkanı olduğunu bildirmişdi.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Elon Maskın bu açıqlaması ABŞ Prezidenti Donald Trampın Zelenski ilə bağlı yeni prezident tələbinin eyni ilə təkrar olunmasından ibarətdir:

"Elon Mask Tramp ilə bir müddət öncə münasibətləri korlamışdı. Amma indi deyəsən, münasibətlər yenidən normallaşmağa başlayıb və Trampın dediklərini təkrarlamaqdadır. Ancaq Elon Maskın bu yanaşma tərzi tamamilə absurd və məntiqsiz görünür. Çünki Zelenskinin savaşın bitməsindən narahat olması qətiyyən inandırıcı bir iddia deyil. Əksinə, savaşın dayandırılması azalda Ukrayna üçün olduqca böyük əhəmiyyət daşıyır. Çünki Ukraynanın resursları sürətlə tükənir və xarici ölkələrin dəstəyindən birbaşa asılı vəziyyətə düşüb. Belə bir halda heç bir ölkənin prezidenti savaşın davam etməsində maraqlı ola bilməz və ümumiyyətlə heç bir ölkənin prezidenti ölkəsinin əbədi savaş vəziyyətində yaşamasını istəməz. Bu baxımdan Elon Mask absurd və məntiqsiz yanaşma tərzi ilə diqqəti çəkir. Elon Maskın unutduğu bir mühüm məsələ var ki, Ukraynanın əraziləri Rusiya tərəfindən işğal olunub və həm Ukrayna hökuməti, həm də Ukraynanın prezidenti bu ərazilərin yenidən azad olunmasında maraqlıdırlar və bu həm də onların ölkə qarşısındakı borcludur.
Bu baxımdan savaşın bitməsi məsələsi Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə bağlı məsələdir. Əgər Elon Mask və yaxud da Donald Tramp doğrudan da Ukrayna savaşının bitməsini istəsəydilər, o zaman beynəlxalq hüquq normalarına istinad eləyərdilər. Beynəlxalq hüquq normaları isə hər hansı bir dövlətin ərazi bütövlüyünün, sərhədliyin pozulmasını qadağan eləyir. Bu baxımdan əgər savaş bitəcəksə, normalda beynəlxalq hüquqa görə ədalətli sülhlə bitməsi lazımdır. Ədalətli sülh də ondan ibarətdir ki, Rusiya işğal etdiyi əraziləri geri Ukraynaya qaytarmalıdır".

Müsahibimiz əlavə edib ki, Ukraynanın suveren hüquqları, sərhədləri bərpa olunmalıdır və bu halda müharibə sona çata bilər:

"Əgər ABŞ, eləcə də Donald Tramp və Elon Mask savaşın bitməsini istəyirlərsə, o zaman beynəlxalq hüquq normaları çərçivəsində Rusiyaya təzyiq göstərib öz qoşunlarının Ukrayna ərazisindən çıxartmasını tələb etməlidirlər. Bundan kənar bu cür iddialar, bu cür tələblər, yəni Zelenskiyə qarşı birmənalı şəkildə həm Trampın, həm də Elon Maskın biznes maraqlarına xidmət edən mövzular kimi görünür. Belə anlaşılır ki, Rusiya ilə anlaşıblar və Ukraynanın gələcək taleyini Ukraynanın istəyinə və maraqlarına əhəmiyyət vermədən həll etməyə çalışırlar. Bu isə yol verilməzdir və böyük ehtimalla da Zelenskinin hakimiyyətdən göndərilməsi baş tutmayacaq. Çünki Zelenski 60 günlük zaman istəyir, atəşkəs zamanı Rusiya bununla razılaşmır. Yəni 60 gün atəşkəs olmazsa, seçki prosedurunu normal şəkildə yönəltmək mümkün deyil. Eyni zamanda Ukraynanın Ali Radası da savaş vəziyyətində seçkilərin keçirilməsini qadağan eləyib. Belə bir qərar mövcuddur.
Ona görə də Zelenski çox ağır olub bir təkliflə - Elon Mask kimi, Tramp kimi qeyri-real tələblər irəli sürənlər üçün çox ciddi bir əks-argument ortaya atıb. Yəni əgər hakimiyyətin dəyişməsini istəyirsinizsə, Ukrayna savaşının 60 gün ərzində dayandırılmasına nail olun, seçki keçirək və yeni prezident seçilsin. Yəni nə Elon Mask, nə də Tramp bunu Rusiyaya qəbul ettirmək imkanında deyillər. Rusiya yalnız bir günlük atəşkəsə razılaşır. 60 günlük atəşkəsin Ukraynaya öz qoşunlarını, hərbi potensialını yenidən bərpa etmək imkanı verəcəyini bəhanə gətirərək yalnız seçki günü atəşkəsə razı olduğunu bildirir. Yəni bu baxımdan Elon Mask da, Donald Tramp da olduqca absurd və məntiqsiz tələblər irəli sürməkdədirlər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 114   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 395
.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 100
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 437
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 397
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 332
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 353
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 115
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 197
.