"Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:
"Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımda oldunuz ki, sizə təşəkkür etməli olduğumu düşündüm. Demək, dərdi həqiqətən bölüşəndə ona dözmək mümkün olurmuş. Bütün Türkiyə mənim balama ağladı, göz yaşlarımı sildi. Yaxşı ki, varsınız.
Sənətçi dostlarım dəfn mərasimində iştirak etmədiklərinə görə tənqid olundular. Hadisənin qəfil baş verməsi və dəfnin başqa məkanda keçirilməsi məni tək qalmış kimi göstərsə də, onların demək olar ki, hamısı mənə zəng edib halımı soruşdu".
İfaçı bildirib ki, bundan sonra nəvələrini özü böyüdəcək:
"İndi övladımdan yadigar qalan iki balaca nəvəmlə maraqlanmaq, onlara sahib çıxmaq istəyirəm. Mənim qızım dünyanın ən gözəl insanı idi. Onun üçün çox darıxıram. O, artıq bütün Türkiyənin qızı, övladı, əzizidir. Mən ondan razıyam, Allah da ondan razı olsun.
Allah övladlarınızı və sevdiklərinizi sizə bağışlasın. Mənim üçün onları qucaqlayın, öpün, saçlarını sığallayın, onları sevdiyinizi söyləyin.
Qızım üçün çəkdiyim həsrət heç vaxt bitməyəcək. Hamınıza dönə-dönə təşəkkür edirəm. Məni bağışlayın, hələ yaxşı deyiləm. Amma bilirəm ki, nəvələrim üçün ayaqda qalmalıyam".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 150 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
14:55 236 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
13:51 197 AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video
Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni
13:51 257 Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır
"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek
13:42 195 Süni intellekt insanın nə vaxt xəstələnəcəyini əvvəlcədən müəyyən edəcək
İnsan xəstəliklərinin əlamətləri ortaya çıxmazdan əvvəl müəyyən edilməsi tibb elminin əsas məqsədlərindən biridir. İndi isə alimlər bu istiqamətdə süni intellektin imkanlarını araşdırırlar. Yeni texnologiya insanın yuxusu zamanı qeydə alınan məlumatlardan istifadə edərək gələcəkdə yarana biləcək xəstəlikləri
11:45 186 "Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"
"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB
21:30 1 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
14:15 197 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
19:30 102 Ülviyyədən qayınana ilə bağlı posta müzakirəli şərh
Aktrisa Ülviyyə Xalinbəyova sosial mediada diqqət çəkən addım atıb. OLAY yazır ki, Ülviyyə qayınana ilə bağlı hazırlanan süni intellekt videosuna müzakirəli şərh yazıb. Belə ki, sözügedən videoda "Cəhənnəmdə yanıram" deyən qayınanaya Ülviyyə "Amin, inşallah", - deyə, qeyd edib. Qey
16:25 251