Əhaliyə ŞAD XƏBƏR - Maaş, pensiya və müavinətlər artacaq - 2 MİLYARD AYRILDI
2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.
Eyni zamanda Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu rəqəm 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.
Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq bunun pensiya, maaş və müavinətlərə necə təsir edəcəyi maraqla qarşılanır.
Bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimliyə müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, yeni büdcənin əsas xüsusiyyətlərindən biri neftin qiyməti ilə bağlıdır və 70 dollar kifayət qədər yüksək rəqəmdir:
"Hazırda qiymətlərdə müşahidə edirik ki, 75-80 dollar arasında neft ticarət olunur və gələn il üçün də ümumiyyətlə neftin orta qiymətinin 70 dollardan aşağı olacağı gözlənilir. Büdcə hazırlanarkən neftin qiyməti kritik götürülüb.
Büdcə 2024-cü ilin artırılmış büdcəsi ilə təxminən eynidir. Açıqlanan rəqəmlər hələ təsdiq olunmayıb. Növbəti mərhələdə Milli Məclisdə büdcəyə baxılacaq, buna dəyişikliklər və təklif hazırlanacaq.
Hazırki rəqəmlərə əsasən, 39 milyard 670 milyonluq büdcənin 63 faizinin (təqribən 25 milyard manat) cari xərclərə ayrılması nəzərdə tutulub. 12,3 milyard manat investisiya xərclərinə, yerdə qalan hissə isə dövlət borcunun ödənilməsi ilə bağlı xərclərə gedəcək.
Büdcədə diqqəti cəlb edən məsələ cari xərclərin 25 milyard manata qaldırılmasıdır. Ötən il bu rəqəm 23 milyard təşkil edirdi. Təqribən 2 milyard manatlıq cari xərclərin artımı əsasən əmək haqqı, pensiya, sosial müavinət, sosial ödənişlərin və ünvanlı sosial yardımların artımına yönələcək. Artımlarla bağlı dəqiq rəqəmlər 2025-ci ilin yanvar ayında məlum olacaq.
Statistik məlumatlara əsasən, indiki dövrdə yanvar-iyul aylarında 8,3 faizlik rəqəm görünür. Bu temp saxlanılsa, gələn ilin büdcəsində pensiyalar ən azı 8,3 faiz artırılacaq. Hesab edirəm ki, minimum əmək haqqında 10 -15 faizlik artım olacaq və bu da büdcədə maliyyələşən şəxslərin maaşlarına təsir göstərəcək.
Hazırda inflyasiya 3,5 faiz ətrafındadır. Ünvanlı sosial yardımlar, yaşayış minimumu kimi məsələlərdə məhz bu inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək. Təqribən onlarda da inflyasiya rəqəminə uyğun artımlar nəzərdə tutulacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2169 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDini inancları təhqir edən Üzeyir Abas saxlanıldı
Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inanacları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Qeyd edək ki, Üzeyi
12:36 179 Bu ərazilərdə iki gün su olmayacaq
Bakı və Abşeronun bəzi ərazilərində su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələrinin, Corat bağ massivinin, Sabunçu rayonu, Kürdəxanı
12:43 185 Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi
"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliy
10:30 189 Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşlar
27.07.2026 246 Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri yetərlidirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının əsas şərtlərindən biri hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə sahibkarlar üçün vergi güzəştləri və dəstək mexanizmləri tətbiq edilib. Lakin biznes nümayəndələri hesab edirlər ki, dəyişən iqtisadi şərait fonund
11:25 161 İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu
"Xəyal" İstirahət Mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edilib. Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama ilə mnəlum olub ki, "Xəyal" İstirahət Mərkəzi meş
11:29 191 İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb
Bir neçə min il əvvəl Yer kürəsi linqvistik baxımdan "qızıl dövr"ünü yaşayırdı və dünyanın müxtəlif bölgələrində on minlərlə dil mövcud idi. Lakin sonradan imperiyaların yüksəlişi bir çox icmaları və onların dil ənənələrini aradan qaldırdı. Qaynarinfo xəbər verir ki, bu barədə "GB News"
27.07.2026 251 Qatarlar gecikir, səbəb... - ADY-dən izahat
Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. "Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektri
27.07.2026 246 Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb
Sakit okeanda, Kamçatka yarımadası yaxınlığında 5,5 maqnitudalı zəlzələ baş verib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanın episentri Petropavlovsk-Kamçatski şəhərindən 521 kilometr
14:26 68