Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün – 20 sentyabr

Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün – 20 sentyabrİndiyə qədər Azərbaycan xalqı İkinci Qarabağ müharibəsinə qədər az qala hər ayı rayonlarımızdan birinin işğalı günü kimi hüznlə qarşılayırdı. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində tarixi Qələbəmizlə nəticələnən savaşdan sonra bölgədə yeni reallıqlar yarandı. Həmin reallığın mənitiqi nəticəsi olaraq bölgədə söz sahibi olan ölkəmiz üçün suverenliyimizi bərpa etmək və Qarabağdakı seaparatizmin kökünü kəsəmək üçün yeni imkanlar yarandı. Belə ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başlayaraq Qarabağdakı seapatrçı rejimi 24 saata diz çökdürdü. Bu tarixi əməliyyat sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Əməliyyat nəticəsində ölkəmizdəki separatizm ocağı məhv edildi və dədə-baba torpaqlamızdakı erməni hərbi birləşmələri tərksilah olunaraq ölkəmiz ərazisindən çıxarıldılar. Bundan sonra qondarma rejim özünü buraxdığını elan etdi. Nəticədə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə şanlı Azərbayan Bayrağı dalğalanmağa başladı. Geridə qalan bir il ərzində bir çox tarixi hadisə də yaşandı. Belə ki, Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Birgünlük lokal tədbirləri Azərbaycan dövlətinin qüdrətini, əzmini və bacarığını bütün dünyaya bir daha göstərdi.
Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma "prezident"lərini seçir, qondarma "parlament"lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı.
Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20-də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Bəli, bir zamanlar ölkəmizi təhdid edərək, "əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik" deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən nümayişkarənə surətdə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən ikinci dəfə "dəmir yumruq"un zərbəsini daddıqdan sonra yalvarmağa başladı. Antiterror tədbirlərinin qısa müddətdə və peşəkarlıqla başa vurulması bir daha sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri- Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti Qələbə qazanaraq, yüz ildən bəri bizə "miras" qalan bu ağrılı problemi birdəfəlik həll etdi. Həm də bu şanlı Qələbəmiz Ermənistanın 21 sentyabr müstəqillik gününə "hədiyyə" oldu.
Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən böyük dahilik isə odur ki, həlli mümkünsüz görünən problemləri həll etmək qüdrətində olasan. Cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Beləliklə, ölkəmizin başçısı ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, prinsipial mövqeyindən əsla geri çəkilməməyin düsturunu yaratdı. Həm də bir əsrlik problemin bir gündə həlli dünyanı da heyran etdi.
Ən başlıcası isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zelenski: İran və Şimali Koreya artıq bizə qarşı hücumlarda iştirak edir

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi yeni cəbhələrin açılmaması üçün əlindən gələni etməlidir. Bizim.Media xəbər verir ki, o, İran və Şimali Koreyanın artıq Rusiyanın tərəfində Ukraynaya qarşı hücumlarda iştirak etdiyini deyib. "Biz yeni cəbhənin açılmaması üçün mümkün ola

27.07.2026 237
.

Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - Fotolar

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə

27.07.2026 272
.

"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət

"Bolt" taksi xidmətinin sürücüsünün sərnişinə qarşı qeyri-etik münasibət göstərdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı görüntülər və sərnişinin paylaşımı sosial şəbəkələrdə yayılıb. Sərnişinin sözlərinə görə, o, əvvəlcədən ailəli olduğunu bildirsə də, sürücü onunla münasibət qurmağ

27.07.2026 408
.

Güclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb. BİG.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyy

27.07.2026 311
.

Kiçik və orta sahibkarlar üçün vergi güzəştləri yetərlidirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Kiçik və orta sahibkarlığın inkişafı iqtisadi artımın və yeni iş yerlərinin yaradılmasının əsas şərtlərindən biri hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə sahibkarlar üçün vergi güzəştləri və dəstək mexanizmləri tətbiq edilib. Lakin biznes nümayəndələri hesab edirlər ki, dəyişən iqtisadi şərait fonund

11:25 0
.

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti saba

27.07.2026 275
.

AzTV rəhbəri İranı hədəfə aldı - "Düşmən media qurumları..." - VİDEO

AzTV İranda "düşmən media qurumları" siyahısına salınıb. "Yeni Sabah" xəbər verir ki, Dövlət Televiziyası rəhbəri Rövşən Məmmədli "Həftə" proqramında bu mövzunu şərh edib

27.07.2026 259
.

Qızılın qiyməti yenidən yüksəldi

Dünya birjalarında qızıl və gümüş bahalaşıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,5% artaraq 4 150,5 ABŞ dollarına yüksəlib. Birjada gümüş də bahalaşıb. Belə ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,17% artaraq 59,6 ABŞ dolları təşkil edib

27.07.2026 256
.

Rumıniya qırıcıları Rusiya dronunu vurdu

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı ölkənin hava məkanını pozan növbəti PUA-nı zərərsizləşdirib. Bu, son bir həftə (son üç gün) ərzində Rumıniya tərəfindən vurulan üçüncü Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır. Hadrısə iyulun 26-da səhər saatlarında, Ukraynanın Odessa vilayətin

27.07.2026 226
.

TOP MP3