Özbəkistanda "arzuolunmaz əcnəbilər"i nə gözləyir?
Ali Məclisin Senatı (Özbəkistan parlamentinin yuxarı palatası) xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkədə arzuolunmaz şəxs kimi tanınması ilə bağlı "Özbəkistan Respublikasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna düzəlişlər qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.uz yazır.
Məlumata görə, "arzuolunmaz əcnəbilərin" ölkəyə girişinə beş il müddətinə qadağa qoyulması təklif edilir.
Xarici vətəndaşların ölkədə qalmasının arzuolunmaz elan edilməsi üçün əsaslar aşağıdakılar ola bilər:
- Özbəkistanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd olan ictimai bəyanatlar və hərəkətlər;
- Dövlətlərarası, sosial, milli, irqi və dini düşmənçiliyə səbəb olan ictimai bəyanatlar və hərəkətlər;
- Özbək xalqının şərəfini, ləyaqətini və tarixini ləkələyən ictimai bəyanatlar və hərəkətlər.
"Arzuolunmaz vətəndaşlar" beş il müddətinə müvafiq reyestrə daxil ediləcək. Onların ölkəyə girişi, bank hesabı açması, daşınmaz əmlak alması, əmlakın özəlləşdirilməsində iştirak etməsi, maliyyə və müqavilə münasibətlərinə girməsi qadağan olunacaq.
Ölkədə olması arzuolunmaz hesab edilən əcnəbilər on gün ərzində könüllü olaraq respublikanı tərk etməlidirlər, əks halda, onlar deportasiya ediləcəklər.
Düzəlişlərin qüvvəyə minməsi üçün sənədi Özbəkistan prezidenti imzalamalıdır.
Qanun layihəsini Qanunvericilik Palatasının bir qrup deputatı hazırlayıb. Düzəlişlər müasir qloballaşma şəraitində Özbəkistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün yeni tədbirlərin müəyyən edilməsi zərurəti ilə bağlıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 697 Tarix: 22 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla
18.10.2026 203 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 217 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18.10.2026 189 İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını
18.10.2026 207 Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
18.10.2026 197 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18.10.2026 200 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 188 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
18.10.2026 203 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 206