Məktəb Psixoloqları: DIRNAQARASI BAXILAN VƏZİFƏ? - AÇIQLAMA
Məktəbin tədris və tərbiyə müəssisəsi olduğunu və vətəndaş yetişdirdiyini nəzərə alsaq, psixoloqların təhsil prosesində nə qədər əhəmiyyətli rol oynadığını və onların üzərinə çox çətin, məsuliyyətli iş düşdüyünü deyə bilərik. Vurğulayaq ki, əvvəllər bu sahəyə maraq bir o qədər olmasa da, son illər istər təhsil ocaqlarında, istərsə də digər yerlərdə psixoloji işin təşkilinə xüsusi diqqət yetirilir. Bəs görəsən, orta məktəblərimizdə çalışan təhsildə psixoloji xidmətin təşkili işində məsul olan şəxslər öz vəzifə öhdəliklərini necə yerinə yetirirlər. Şagirdlərə yetərincə psixoloji xidmət göstərə bilirlərmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, hazırda orta həhsil müəssisələrində fəaliyyət göstərən təhsildə psixoloji xidmətin təşkilini həyata keçirməkdə məhsul olan şəxsləri (məktəb psixoloqlarını ) öz fəaliyyət effektivliyinə görə bir neçə qrupa bölmək olar:
"Birinci qrupa aid olanlar həqiqətən psixologiyanın tədrisini, metotologiyasını yaxşı bilən, çalışdığı məktəbin mühitində psixoloji meyyarları tədris meyyarlarına və onun keyfiyyətinə uyğunlaşdıra bilən bacarıqlı kadrılardır. İkinci qrupa aid olanlar isə iş prinsipinin effektivlik dərəcəsində nisbətən geri qalan, sırf psixoloji detalları metodikadan daha yaxşı bilən, işi yalnız ümumi psixoloq konteksində yanaşan şəxslərdir. Üçüncü qrup məktəb psixoloqları isə ümumiyyətlə nə psixologiyadan nə də pedoqogikadan xəbəri olmayan, formal şəkildə fəaliyyət göstərən şəxslər aid edilir".
Elmin Nuri qeyd etdi ki, məktəb psixoloqunun vəzifə və öhdəlikləri çoxdur:
"Onlar təkcə şagirdlərlə deyil müəllimlərlə və valideyinlərlə də ayrı-ayrı iş aparmalıdır. Onların psixoloji durumunu qiymətləndirməli, problem yaşandığı təqdirdə valideyin, müəllim və şagird üçlüyü ilə söhbətlər aparmalı, görüşlər təkşil etməli, ümumi siyahılandırma aparmalıdır. Bəzi məktəblər var ki, oradakı "psixoloqlar" əlavə işçi ştatında olan şəxslərdir. Təsviri incəsənət müəllimi və ya əmək müəlliminin adı məlum olmayan səbəbdən psixoloq kimi də qeyd edilir. Və bu vəzifənin maaşı ilə təmin edilir.
Bu gün universitetlərdə "Təhsildə psixoloji xidmətin təşkili" ixtisası vardır. Və yetərincə tələbə artıq bu ixtisasın məzunudur. İdman və ya musiqi müəllimi məktəb psixoloqu vəzifəsini icra edəcəksə bu ixtisaslar nəyə və kimə lazımdır. Bu gün bizim birinci problemimiz budur. Həmin ixtisası bitirən kadrlar hara yerləşdiriləcək? İkinci bir məsələ məzun olan bu kadrlar öz vəzifə öhdəliklərindən nə dərəcədə xəbərdardırlar? Məktəb psixoloqlarının bəzisi işlərinin şagirdlərin şəxsi işini hazırlamaqdan ibarət olduğunu düşünür. Şəxsi iş hazırlandıqdan sonra ona nəzarət kim etməlidir bəs? Qaydalara əsasən hər 500 şagirdə 2 məktəb psixoloqu düşür. Bir məktəbdə 1000 şagird varsa həmin məktəbin 4 psixoloq ştatı olmalıdır. Böyük və çətin problemlərdən biri də budur. Bir psixoloq 1500 ya 1000 şagirdi olan məktəbdə öz işini necə həyata keçirə bilər? Ümumi olaraq onu qeyd etməliyəm ki, məktəblərdə psixoloji işin təşkili ilə bağlı problemlər çoxdur. Əvvəlcə bu problemlər araşdırılıb dəqiqləşdirilməli və sonradan həlli yolları düşünülməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1027 Tarix: 23 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla
18.10.2026 203 Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama
"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış
18.10.2026 217 Tələbələrin təqaüdləri artırılacaq?
Bakı Metropolitenində xətlərin ayrılması layihəsinin icrasına başlanmasından sonra əksər tələbələrin nəqliyyat xərcləri artıb. Çünki indi onlar mənzil başına çatmaq üçün həm metrodan, həm də yerüstü nəqliyyatdan istifadə etməli olurlar. Bu səbəbdən hazırda tələbələri maraqlandıran əsas məsələ təqaüdlərini
18.10.2026 189 İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını
18.10.2026 207 Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
18.10.2026 197 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18.10.2026 200 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 188 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
18.10.2026 203 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18.10.2026 206