Putinin qərarı: azərbaycanlılar qoca ruslarla evlənə bilməyəcəklər
Rusiya prezidenti Vladimir Putin əcnəbilər yalnız Rusiya vətəndaşı ilə üç illik nikahdan sonra sadələşdirilmiş qaydada müvəqqəti yaşayış icazəsi ala biləcəkləri qanunu imzalayıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq qanun miqrantlarla saxta nikahlara qarşı mübarizəyə yönəlib. İndiyədək qanunvericilik sadələşdirilmiş qaydada müvəqqəti yaşayış icazəsi almaq üçün müraciət üçün nikahda olma müddətini müəyyən etməyib.
Yada salaq ki, Dövlət Dumasının qəbul etdiyi "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına gəlmək qaydası haqqında" və "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanunlara dəyişikliklər edilir. Sənəddə qeyd olunur ki, əcnəbilər bəzən miqrasiya statusu almaq və real ailə qurmaq niyyəti olmadan belə nikahlara əl atırlar ki, onların sırasında azərbaycanllılar da az deyildi.
Məsələn, bir müddət əvvəl Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlamışdı. Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb. Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub və VVAQ idarəsində nikaha daxil olub.
Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə "həyat yoldaşını" maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib.
Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıblar. Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.
Daha bir azərbaycanlı gəncin isə Rusiya vətəndaşlığını almaq üçün pula ehtiyacı olan öz həmyaşıdı olan qızla saxta evliliyə imza atdığı da ortaya çıxmışdı. 19 yaşlı azərbaycanlı Rusiya vətəndaşı olan həmyaşıdı ilə ailə qurub. Bununla da, o, öncə Rusiya ərazisində müvəqqəti, daha sonra isə uzunmüddətli yaşama icazəsi əldə edib.
Qeyd olunur ki, Azərbaycanlı gənc qıza saxta nikah müqabilində 15 min rubl ödəyib. Cütlüyün heç vaxt bərabər yaşamadığı bildirilir. "Ər-arvad" məhkəməyə gələrək nikahlarının saxta olduğunu etiraf ediblər. Nəticədə, saxta nikaha xitam verilib.
Rusiyanın Novqorod şəhərində isə hətta həmvətənlərinin Rusiyada qanunsuz qalmasını təşkil etməkdə təqsirli bilinən mütəşəkkil azərbaycanlı dəstə həbs edilmişdi.
Məhkəmə zamanı müəyyən edilib ki, müttəhimlər dörd Azərbaycan vətəndaşı üçün novqorodlu qadınla saxta nikah, onların Novqorodda yaşayış yeri üzrə qeydiyyata düşməsini və Rusiyada müvəqqəti yaşamaq üçün icazə almasını təşkil edib. Göstərilən xidmətlər qarşılığında Azərbaycan vətəndaşları qanunu pozanlara, təxminən, 150 min rubl məbləğində pul ödəyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 886 Tarix: 27 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video
ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib
18.10.2026 197 Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18.10.2026 200 Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca
18.10.2026 259 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onla
18.10.2026 203 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il
18.10.2026 203 Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18.10.2026 202 Azərbaycanda mənzillər bahalaşdı
Bu ilin II rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında (yeni tikililər) qiymətlər illik müqayisədə 10,4%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,4% artıb. Bu ili
18.10.2026 195 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 221 Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Habe
18.10.2026 189