Sumqayıtda partlayışda xəsarət alanların biri öldü
Sumqayıtda ötən həftə müəssisədə baş vermiş partlayış nəticəsində xəsarət alan şəxslərin biri vəfat edib.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hər iki şəxs oktyabrın 23-ü saat 11:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termiki və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
Daha sonra hər iki şəxs ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Təxliyə olunan yaralılardan biri - 1973-cü il təvəllüdlü şəxs burada bir müddət müalicə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Tibb müəssisəsinə gətirilərkən bədənin 90-93% termiki yanığı diaqnozu təyin edilən 1982-ci il təvəllüdlü şəxs isə vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi yardıma və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, pasiyentin 29 oktyabr tarixində yanıq toksemiyası səbəbilə ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1038 Tarix: 30 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan I yarımildə 41 min tona yaxın xurma ixrac edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 , həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır. Hesabat dövründə xurma ixracında
26.07.2026 171 İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
Regionda ABŞ obyektlərinə davam edən zərbələr "düşmən tam təslim olana" qədər endiriləcək. "Report" xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədrin sözlərini İranın "Press TV" kanalı sitat gətirib. "Regiondakı hər bir tüstü sütun
26.07.2026 178 "TikTok"un başı dərddə: Uşaqların təhlükəsizliyi ilə bağlı ciddi iddialar
Avropa Komissiyası (AK) "TikTok"u Rəqəmsal Xidmətlər Aktında (Digital Services Act - DSA) nəzərdə tutulan uşaqların onlayn mühitdə qorunması ilə bağlı Avropa İttifaqı (Aİ) qaydalarını pozmaqda ittiham edib. xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayımlanıb. Məlumatda bildirili
26.07.2026 179 Boşanmaq istəyən arvadını yatdığı yerdə öldürdü
Türkiyədə 40 yaşlı qadını əri yatdığı yerdə öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Adana şəhərində gecə saat 1 radələrində Yüreğir rayonunun Kışla məhəlləsində qeydə alınıb. Məlumata görə, 40 yaşlı Hatice Mine Kocamaz əri H.K.-dan boşanmaq qərarı verib. Boşanmağa qarşı çıxan H.K. bütü
26.07.2026 187 Elbrusda ölümcül yürüş: Beş alpinistin həyatına son qoyan faciənin təfərrüatı
Elbrus dağının zirvəsinə qalxarkən orada çətin vəziyyətdə qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu müəyyənləşib. Onlardan beşi həlak olub. xəbər verir ki, bu barədə "REN TV|Novosti" "Telegram" kanalında məlumat yayılıb. Hadisə nəticəsində iki alpinis
26.07.2026 186 İranlı general: "ABŞ-li hərbçilər üçün cəhənnəmə pulsuz biletlər hazırlamışıq"
İran ordusu ABŞ-nin endirdiyi zərbələr nəticəsində həlak olan hər bir İran vətəndaşına görə bir amerikalı hərbçini öldürəcəyi ilə hədələyib. "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandanı, general-mayor Əli Abdullahi çıxı
26.07.2026 177 İliyana Yotova Bolqarıstanın prezident seçkilərində öz namizədliyini irəli sürəcək
Bolqarıstan prezidentinin səlahiyyətlərini icra edən İliyana Yotova qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "BNT-Novini" portalı məlumat yayıb. İ.Yotova əlavə edib ki, onun prezident postuna namizədliyi təşəbbü
26.07.2026 160 Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmi
26.07.2026 174 Fond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır
Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır. "Report" xəbər verir ki, bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Gün
26.07.2026 172