Qərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏY

Qərb qüvvələrinin COP29 əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək – RƏYQərb qüvvələrinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə olan kampaniyaları uğursuzluqla nəticələnəcək.

Bunu "Report"a açıqlamasında "X" sosial şəbəkə platformasında Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etmələrinə dair faktlara münasibət bildirərkən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.

O, COP29 yaxınlaşdıqca Britaniya mediasının boykot tərəfdarlarının bir növ tribunasına çevrilərək məsələ ətrafında getdikcə daha azğın tezisləri və fikirləri gündəmə çıxardıqlarını qeyd edib:

"Geosiyasət və iqtisadiyyat mənafelərini öndə tutan dövlətlərin Azərbaycan əleyhinə kampaniyalarının şahidi olduq. Azərbaycanı neft ölkəsi olduğuna görə, qınayan ölkələr yəqin elə sanırlar ki, neft təkcə Azərbaycanda çıxarılır. Onlar deyəsən BP (British Petroleum), "Chevron" və digər nəhəng kompaniyaların varlığından xəbərsizdirlər. Bu təbii resurs niyə təkcə bizim günahımıza çevrilir? Belə bir qanun da yoxdur ki, neft istehsalı ilə məşğul olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində tədbir keçirilməsin".

Komitə sədri Azərbaycanı neft ölkəsi olduğuna görə qınayan dövlətlərin neft idxalında heç də zəif olmadıqlarını bildirib:

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni həmin dövlətlərin rəhbərləri dəfələrlə bəyan edərək ölkəmizə və rəhbərliyinə təşəkkürlərini bildiriblər. 100 milyon tonla neft çıxaran, Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istifadə edən ölkələr Azərbaycanı hansı əsasla qınaya bilər? ABŞ-nin son bir ildə gündəlik çıxardığı neft hasilatı 12,9 milyon barel olaraq pik nöqtəyə çatıb. Bu dünya üçün kifayət qədər böyük rəqəmdir. Britaniyada da vəziyyət fərqli deyil. Britaniyada 61 milyon tondan artıq neft və onun məhsulları istehlak olunur. Bu rəqəm bizim bir ildə çıxardığımız neftdən qat-qat artıqdır. Bu faktlara əsasən qərb qüvvələri anlamalıdırlar ki, neft resursu təkcə Azərbaycanda deyil".

Z.Oruc bütün bunlara baxmayaraq Azərbaycanın COP29 konfransını yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb:

"Bizi təbii sərvətlərimizə görə heç kim təqsirləndirə bilməz. Prezident İlham Əliyev alternativ enerji sahəsinə keçid üçün dövlət kursu bəyan edib. Ölkə olaraq iqlimə yetərincə töhfə vermişik, verəcəyik. COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan məlumatlar yayanlar uğursuzluqla nəticələnəcəklər".

O, 278 illik neftin istismarı digər enerji növlərinə keçidi təmin etmək üçün olsa da buna töhfə vermək, yüksək texnologiyalı avadanlıq və qurğuları, günəş panellərini Azərbaycana və o cümlədən digər ölkələrə aşağı qiymətlə sataraq bu prosesi digər dövlətlər arasında yaymağa təşviq əvəzinə beynəlxalq, möhtəkir sistemli kompaniyaların təşkil edilməsinə təəssüfləndiyini deyib.

Xatırladaq ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi (MEDİA) noyabrın 1-də birgə məlumat yayıb. Məlumatda bildirilib ki, "X"də Azərbaycanda keçiriləcək COP29 əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiyalı və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Qeyd olunub ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd göstərir.

Bildirilib ki, saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündə

20:30 0
.

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya

16:30 160
.

"Böyük qayıdış" Zəngilandan başladı

Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix

14:24 171
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

18:40 136
.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

18:20 149
.

Bazar günü 31 dərəcə isti olacaq

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

13:16 191
.

Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı

Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3

14:30 188
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,

18:00 151
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

10:35 334
.