Etibarnamə ilə avtomobil alanların nəzərinə
Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.
Maraqlıdır, etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir?
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən ajans.az-a bildirilib ki, etibarnamə ilə avtomobil alan şəxs faktiki olaraq avtomobilin sahibi sayılmır:
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan sahibi vəfat etdikdə, onun əvvəlcə verdiyi etibarnamə və ya baş etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bu halda, vəfat edən şəxsin miras hüququ çərçivəsində vərəsəlik prosesi başlanır və 6 ay tamamlandıqdan sonra vərəsəlik hüququ təsdiqlənir. Vərəsəlik sənədinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı ilkin olaraq vəfat edən şəxsin həyat yoldaşının adına keçirilir.
Əgər həyat yoldaşı yoxdursa, mülkiyyət hüququ həmin şəxsin övladlarına-oğlu və ya qızına keçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu şəxslər nəqliyyat vasitəsinə dair yeni etibarnamə verə və ya vasitənin mülkiyyət hüququnu alıcı adına rəsmiləşdirə bilərlər. Mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir.
Hüquqşünas Şamil Paşayev bildirib ki, etibarnamə avtomobili istifadə və idarəetmə hüququ versə də, hüquqi mülkiyyət hüququ tam şəkildə alıcıya keçmir. Bu isə alıcının avtomobil üzərində tam hüquqa malik olmaması deməkdir, yəni avtomobilin əsl sahibi istədiyi zaman etibarnaməni ləğv edə və ya mülkiyyətin hüquqi aspektlərini dəyişdirə bilər:
"Nəzər almaq lazımdır ki, etibarnamə ilə alqı-satqı predmenti deyil. Etibarnamə şəxsin hüquqlarını digər şəxsə etibar etməsi ilə bağlı bir haldır. Etibarnamə ilə hansısa maşın və ya obyekt alınırsa, həmin şəxs vəfat etdikdə avtomobil kimin adınadırsa, onun vərəsələrinə düşür. Bunun "generalnı" və ya baş etibarnamə olmasının hər hansı bir əhəmiyyəti yoxdur. Şəxs öldükdən sonra etibarnamə hüquqi qüvvəsini itirir. Ölmüş adamın adına olan etibarnamə ilə də hərəkət etmək mümükün deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 823 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündə
20:30 0 Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Oktyabrın 16-da polis tərəfindən keçirilən əməliyya
16:30 160 "Böyük qayıdış" Zəngilandan başladı
Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix
14:24 171 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
18:40 136 Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
18:20 149 Bazar günü 31 dərəcə isti olacaq
Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər
13:16 191 Gənclərin 70 faizi telefonla danışmaq istəmir - Mütəxəssislər səbəbini açıqladı
Gənclər arasında telefonla danışmaq getdikcə daha az üstünlük verilən ünsiyyət formasına çevrilir. Xüsusilə əvvəlcədən xəbərdarlıq edilmədən edilən zənglər bəzi gənclərdə narahatlıq və stress yaradır. Mesajlaşma isə daha rahat ünsiyyət vasitəsi hesab olunur. 2024-cü ildə aparılan araşdırmaya görə, 18-3
14:30 188 Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları 6 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 288,4 min sərnişin daşınıb. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 183,5 min sərnişin və ya 5,9 % çoxdur. 9 ayda bu nəqliyyat növü ilə yükdaşıma 288,
18:00 151 Elnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
10:35 334