Azərbaycanda bəzi avtomobillər ucuzlaşa bilər
Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb. Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562.3 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53.4 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minik avtomobil istehsalı 71.7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaq ki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsal olunub.
Ölkədə avtomobil istehsalında kəskin artımın qeydə alınması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev "Trend"ə açıqlamasında deyib ki, yerli istehsal aktual və vacib məsələdir.
O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymət baxımından istehlakçılara daha ucuz başa gəlir:
"Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı 10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağan edilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib. İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir".
Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxili bazarda müəyyən qisim avtomobillərin qiymətlərinə təsir göstərə bilər:
"Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnız daxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür. Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobillər idxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əl avtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyat vasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digər avtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq".
Qeyd edək ki, Azərbaycanda ötən ilə nisbətən yük avtomobili istehsalında da artım qeydə alınıb. Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobili istehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285 ədədə bərabər olub.
Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.2 faiz (və ya 109 ədəd) artıb. Cari ilin yanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14.8 faiz azalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 02 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFüzuliyə köçən 1000-dən çox sakin işlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir. Həmin sakinlərdən artıq 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, onlarda
19:40 74 Həmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
13:58 192 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO
Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. BİG.AZ "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılı
20:44 0 Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
18:20 149 Zəngilanın işğaldan azad olunması Qarabağ düyününün açılmasında həlledici oldu
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrı
14:32 174 Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir. Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təkli
19:00 203 Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
"2027-ci ildə Azərbaycanda əmək pensiyalarının artırılması əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının nominal artım göstəricisinə uyğun həyata keçiriləcək. Bununla yanaşı, gələn ildən pensiyaların indeksləşdirilməsi zamanı fərqli əmsalların tətbiqi nəzərdə tutulur". Bunu -ə açıqlamasınd
17:59 172 "Böyük qayıdış" Zəngilandan başladı
Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarix
14:24 171 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və ya 3,9 % azdır
15:05 163