Hava ilə bağlı XƏBƏRDARLIQ: noyabrın 3-ü axşamdan...

Hava ilə bağlı XƏBƏRDARLIQ: noyabrın 3-ü axşamdan...Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

BiG.AZ xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Həmçinin, intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.

Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1349   Tarix: 03 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Verilişinə görə kanalın yayımı dayandırlan aparıcının rəqsi GÜNDƏM OLDU - VİDEO

Space TV-nin sosial verilişinin aparıcısı Amil Xəlil qeyri-adi rəqs performansı ilə gündəmə gəlib. xəbər verir ki, teleaparıcı məclislərin birində nümayiş etdirdiyi rəqs nömrəsi ilə diqqət çəkib. Onun tanınmış müğənnilərdən birinin ifası səslənən anda sərgilədiyi rəqs sosial şəbəkələrdə yayılıb. Sözügedə

14.01.2026 642
.

Səudiyyə Ərəbistanı BƏƏ-nin geri çəkilməsindən sonra Yəmənə 500 milyon dollar ayıracaq

Səudiyyə Ərəbistanı Yəmənin cənubunda təxminən 500 milyon dollar dəyərində bir sıra inkişaf layihələri həyata keçirəcəyini açıqlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, layihələrin çoxu Birləşmiş Ərəb Əmirlikləri və müttəfiq separatçıların uzun müddətdir nəzarətində olan ərazilərdə həyata keçirilir

14:30 111
.

İnsanları Yaxınlarının Adından Göndərilən Saxta Mesajlar: Sosial Şəbəkələrdə Pul Fırıldaqları Artır

Son zamanlar sosial şəbəkələrdə insanların yaxınlarının adından mesajlar göndərilərək pul tələb olunması halları getdikcə artıb. Belə mesajlarda adətən tanış birinin adı istifadə olunur və qısa, təcili yardım tələb edən tonla yazılır ki, alıcı dərhal reaksiya versin. Bu fırıldaqlar yalnız fərdlərə madd

14:12 138
.

20 Yanvar - xalqımızın qan yaddaşı

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən artıq 36 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illə

12:03 196
.

"Banu"nun Güneli haqda dediyi sözlər tənqid olundu

Uzun illərdi Amerikada yaşayan aparıcı Aynur Talıbovanın "Banu" verilişinin aparıcısı Günel Həsənzadə ilə bağlı dediyi sözləri tənqid edilib. Axşam.az xəbər verir ki, Bakıya gələn Aynur şəhər gəzintisinə çıxıb. İçərişəhərdə bir şəxs ona yaxınlaşaraq, onu "Banu"nun Günelinə bənzətdiyin

10:48 382
.

Hakimiyyətdəki mənbələr: Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması ehtimalı yoxdur

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Vaqif Çerkezi Xaçatryan, Gevorq Rubenoviç Suсyan, David Tiqrani Davtyan v

14.01.2026 396
.

"MS FRUİT GROUP" bağlandı - Şirkətin milyonlarla borcu var

Azərbaycanda milyonlarla borcu olan "MS FRUİT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb. Qaynarinfo-nun məlumatına görə, 2020.09.09-cu ildə yaradılan MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3419820.9 AZN vergi borc

12:37 161
.

Qumralla aparıcı arasında DAVA düşdü - Efirdən GETDİ - VİDEO

Efirdə baş verən qalmaqallı hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. xəbər verir ki, aparıcı ilə müğənni Qumral arasında efir zamanı ciddi gərginlik yaşanıb. Məlumata görə, Qumral qonaq olduğu verilişdə aparıcının səsləndirdiyi fikirlərə əsəbiləşib. Söhbət zamanı müğənnini

14.01.2026 784
.

Şəbnəm ad gününə gəlmələri üçün onlara pul ödəyib?

Müğənni Şəbnəm Tovuzlu bir çox Xalq artistinin ad gününə qonorar qarşılığında gəlməsi iddialarına cavab verib. Bizim.Media xəbər verir ki, bu haqda "İncə səhər" verilişində danışan Şəbnəm heç kimə pul ödəmədiyini deyib:. "Sənət dostlarımın heç birinə pul ödəmədim. He biri məndən bir qəpi

14.01.2026 478
.

TOP MP3