İlham Zəkiyev: "Məni əvəzləyən olsa, karyeramı bitirəcəyəm"
"Azərbaycanda məni əvəzləyən gənc idmançı olsa, karyeramı bitirəcəyəm. Hələlik elə birisi olmadığından, bacardığım qədər mübarizə aparacağam".
Oxu.Az xəbər verir ki, bu sözləri Teleqraf.az-a açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib.
45 yaşlı idmançı karyerasından söz açıb:
"Karyeramı davam etdirməyimdə müəyyən səbəblər var. Fikrimcə, insan öz sevdiyi işlə məşğul olarkən xoşbəxtdir. Sevdiyi peşədə olmaq hər insana da nəsib olmur, Getdiyim yarışlardan medalla qayıdıram. Məni əvəz edən gənc idmançı gəlsin, mən də bilim ki, Azərbaycanda beləsi var, karyeramı bitirim. Hələ ki, elə bir şey olmadığına görə nə qədər bacarsam, çıxış edəcəyəm. Üçrəngli bayrağımızın zirvələrdə olması üçün əlimdən gələni edəcəyəm. Baş məşqçimiz var, seleksiya edərək idmançıları seçirlər. Ağır çəkidə elə bir idmançı yoxdur. Yəni, bizi əvəz edən gəlməyib. Nə qədər alınsa, çıxış edəcəyik. Allah bütün idmançılarımızı zədədən qorusun. Bu yaşda zədələnəndə gec sağalırsan. Buna baxmayaraq, Azərbaycana xidmət etməyə davam edirik".
İkiqat paralimpiya çempionu Los-Anceles-2028-də də medal qazanmağa iddialı olduğunu vurğulayıb:
"Artıq 6 dəfə Paralimpiya oyunlarında iştirak etmişəm. Onların üçündə bayraqdar olmuşam, ümumilikdə beş medalla Vətənə dönmüşəm. Afina-2004 və Pekin-2008-də qızıl, London-2012, Tokio-2020 və Paris-2024-də bürünc medal qazanmışam".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1340 Tarix: 16 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFutbolda BU DA OLDU: Baş məşqçi...
Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua
27.08.2021 1769 Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün
29.08.2021 834 Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO
Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd
27.08.2021 1005 Azərbaycan 11-ci qızıl medalını QAZANDI
Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz
01.09.2021 933 Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"
"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın
04.09.2021 533 "Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib
Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il
05.09.2021 730 DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB
Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm
04.09.2021 1053 MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı
11.09.2021 671