"Müəllimin valideynlə mübahisədən sonra vəfat etməsi valideyn-müəllim münasibətlərinin tənzimlənməli olduğunu bir daha göstərdi" - Ekspert

"Müəllimin valideynlə mübahisədən sonra vəfat etməsi valideyn-müəllim münasibətlərinin tənzimlənməli olduğunu bir daha göstərdi" - EkspertBakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.Hadisə bir neçə gün öncə 25 nömrəli məktəbdə baş verib. Təhsil müəssisəsinin Azərbaycan dili müəllimi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb. 55 yaşı olmuş müəllim müalicə aldığı xəstəxanada vəfat edib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, yaxın günlərdə baş vermiş hadisə, yəni müəllimin valideynlə mübahisədən sonra komaya düşərək vəfat etməsi, məktəblərdə valideyn-müəllim münasibətlərinin nə qədər həssas və diqqətlə tənzimlənməli olduğunu bir daha göstərdi. Bu cür faciəvi nəticələrin qarşısını almaq üçün qarşılıqlı hörmət, açıq kommunikasiya və dəqiq qaydaların tətbiqi vacibdir. Məktəblərdə hər iki tərəf – müəllimlər və valideynlər – öz rollarını və məsuliyyətlərini aydın şəkildə bilməli, qarşılıqlı əməkdaşlıq ruhunu qorumaq üçün mütəmadi şəkildə görüşlər, seminarlar və təlimlər təşkil olunmalıdır:

"Məktəb təkcə bilik ötürən qurum deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran tərbiyə ocağıdır. Müəllim isə burada yalnız dərs deyən şəxs yox, uşaqların mənəvi və intellektual inkişafına rəhbərlik edən nüfuzlu şəxsiyyət olmalıdır. Lakin son illərdə bu nüfuzun sarsıldığını, müəllimlərin valideynlər və cəmiyyət tərəfindən hörmətsizlik və təzyiqlə üzləşdiyini görürük. Sosial şəbəkələrdə, mediada və ictimai müzakirələrdə müəllimlərin incidilməsi, təhqir olunması və hətta fiziki təzyiqlərə məruz qalması ilə bağlı hallar artır. Bu isə təhsil sistemində ciddi problemlərin mövcud olduğunu göstərir.

Valideynlərin məktəbə müdaxiləsi və müəllimə hörmətsiz münasibəti məktəbdə nizam-intizamı zəiflədir. Valideynlər övladlarının məktəbdəki davranışlarına və tərbiyələrinə məsuliyyət daşımalıdırlar. Lakin bəzi valideynlər uşaqlarına nəzarət etmək, onların davranışlarını tənzimləmək əvəzinə, müəllimləri günahlandırmağa üstünlük verirlər. Müəllimlərin tələbləri və nizam-intizam tədbirləri valideynlər tərəfindən mənfi qarşılanır və nəticədə məktəbdə müəllim nüfuzu sarsılır. Bu da şagirdlər arasında intizamsızlıq və hörmətsizlik hallarının artmasına səbəb olur. Valideynlərin müəllimlərə qarşı aqressiv davranışları uşaqlar üçün də bir nümunəyə çevrilir və onlar müəllimləri ciddiyə almamağa başlayırlar. Belə bir mühitdə müəllim nəinki tərbiyəvi iş apara bilmir, hətta öz fiziki və psixoloji təhlükəsizliyini də qoruya bilmir.

Təhsil sistemində ciddi nizam-intizam tədbirləri görülməlidir. Müəllimlərin məktəbdə təhlükəsizliyinin təmin edilməsi üçün konkret qaydalar və mexanizmlər tətbiq olunmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə valideynlərin məktəb idarəetməsinə həddindən artıq müdaxilə etməsinin qarşısı alınır və müəllimlərin hüquqları qanunvericiliklə qorunur. Məsələn, Finlandiyada müəllimlər yüksək nüfuza malikdirlər və valideynlərin müəllimə qarşı təzyiq göstərməsi qeyri-mümkündür. ABŞ və Böyük Britaniya kimi ölkələrdə müəllimlərə qarşı zorakılıq halları olduqda ciddi hüquqi tədbirlər görülür və valideynlər məktəb daxilində müəllimlərin fəaliyyətinə müdaxilə edə bilmirlər.

Azərbaycan məktəblərində isə belə bir qoruma mexanizmi yoxdur. Müəllimlər özlərini müdafiəsiz hiss edirlər, çünki onlara qarşı edilən hörmətsizliyə cavab olaraq konkret tədbirlər görülmür. Nazirlik yalnız ümumi açıqlamalar versə də, məktəblərdə konkret intizam tədbirləri tətbiq edilmir. Valideynlər və müəllimlər arasında münasibətlərin düzgün qurulması üçün konkret qaydalar müəyyən edilməli və bu qaydalara əməl olunması ciddi nəzarət altında saxlanılmalıdır. Məktəblərdə valideynlərin məktəbə müdaxiləsini tənzimləyən xüsusi protokollar hazırlanmalı və bu protokollar bütün təhsil müəssisələrində icbari qaydada tətbiq olunmalıdır.

Müəllimlərin hüquqlarının qorunması üçün xüsusi hüquqi mexanizmlər yaradılmalıdır. Müəllimlərə qarşı fiziki və psixoloji zorakılıq tətbiq edən valideynlərə qarşı ciddi inzibati tədbirlər görülməlidir. Müəllimlərin hüquqları qorunmadıqca, bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Bunun üçün məktəblərdə münaqişələrin həlli üçün mediasiya xidmətləri və psixoloji dəstək qrupları yaradılmalıdır. Valideynlər və müəllimlər arasında yaranan münaqişələrin həlli üçün məktəblərdə neytral vasitəçilər fəaliyyət göstərməlidir.

Təhsil sistemində aparılan dəyişikliklər təkcə kurikulum və dərslik islahatları ilə məhdudlaşmamalıdır. Əgər müəllimlər öz iş yerlərində təhlükəsiz hiss etmirlərsə və hər gün valideynlərin təzyiqləri ilə qarşılaşmaq məcburiyyətində qalırsa, bu, təhsil keyfiyyətinə birbaşa mənfi təsir göstərəcək. Müəllimlərin tədris mühiti nə qədər stabil və qorunan olarsa, onların öz peşələrinə verdiyi töhfə də bir o qədər yüksək olacaq. Müəllim yalnız sinifdə şagirdlərə dərs keçən şəxs deyil, həm də cəmiyyətin formalaşdırdığı mənəvi dəyərlərin qoruyucusudur. Əgər müəllimin nüfuzu qorunmazsa, təhsil sisteminin keyfiyyəti getdikcə aşağı düşəcək və cəmiyyətdə təhsil işçilərinə olan etimad tamamilə sarsılacaq.

Bu cür problemlərin qarşısını almaq üçün yalnız maarifləndirmə tədbirləri yetərli deyil. Hüquqi çərçivələrin yaradılması, konkret intizam tədbirlərinin tətbiqi və məktəb daxilində müəllimlərin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi addımlar atılmalıdır. Əks halda, belə faciəvi hadisələr davam edəcək və təhsil sistemində müəllimlərin roluna olan etimad tamamilə yox olacaq.

Müəllimin nüfuzu yalnız onun peşəkar fəaliyyəti ilə ölçülməməlidir. Cəmiyyət müəllimə hörmət etməyi və onu qorumağı öyrənməlidir. Əgər bu baş verməzsə, gələcəkdə təhsil sistemini daha ağır problemlər gözləyir. Müəllimin cəmiyyətdə dəyəri və nüfuzu qorunduğu təqdirdə, təhsil də güclənəcək və gələcək nəsillər daha sağlam tərbiyə alacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3432   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

15:38 242
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14:56 275
.

İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM

19:54 155
.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

20:16 147
.

ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək:. Azərbaycan. "CBC Sport"

21:00 127
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

20:58 141
.

"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi

İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evind

21:15 116
.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

21:30 121
.

"Bunu edən azyaşlıya hicab bağladan valideynlərdir"

"Avroviziya 2011" qalibi Nigar Camal vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirib. Axşam.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb. Nigar qeyd edib ki, vahid məktəbli forması din

20:45 165
.