Oruc tutanlar bunları etməsin

Oruc tutanlar bunları etməsinSobadan yeni çıxmış isti lavaş yemək, orucu buz kimi soyuq su ilə açmaq, bol şirəli şirniyyatlar yemək, iftarı ancaq bir yeməklə açmaq...

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ramazanda bu cür səhv qidalanan çoxdur. Orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olması və qidaların çox yeyilməsi, orqanizmin adət etmədiyi rejimə girməsinə səbəb olur. Buna bir də yanlış qidalanma vərdişləri əlavə olunanda, kökəlməklə yanaşı, metabolizmanın yavaşıması, qan şəkərində nizamsızlıq, əsəbilik, yorğunluq, diqqətsizlik, müvazinət itkisi, baş ağrısı, başgicəllənmə, unutqanlıq, yuxuya meyl, mədə pozğunluğu, şişkinlik və ürəkbulanma kimi problemlər ortaya çıxır.

1. İftar zamanı çörəyi isti yeməkdən çəkinin. İsti çörək mədə pozğunluğu ilə yanaşı, yemək borusu və ağız boşluğunda yaralar əmələ gətirə bilir. Çörəyi çox yeməyə cəhd göstərməyin. Əks təqdirdə qanda şəkərin miqdarını artırır. Bunlarla yanaşı bağırsaq hərəkətləri də yavaşıyır və qəbizlik yaranır.

2. Aparılan araşdırmalar göstərir ki, sürətlə yeyilən yeməklər və daima içilən isti çay, yemək borusunda xərçəng xəstəliyi riskini artırır. Bu səbəblə iftarda isti şorba və ya iftar sonunda isti çay içməkdən çəkinin. Bunların isti qəbulu mədə pozğunluğuna da səbəb olur.

3. İftar zamanı susamağı gözləməyin. Yemək zamanı 2-2,5 litri su içə bilərsiniz. Əks halda dəridə quruma, qəbizlik kimi problemlər, yorğunluq və istilik hissi kimi problemlərə yol aça bilərsiniz. Bunlarla yanaşı kifayət qədər maye almağınız balanslı bir qan təzyiqi üçün də son dərəcə əhəmiyyətlidir. Çay və qəhvənin suyu əvəz etdiyini düşünməyin. Çay və qəhvə çox qəbul etmək sidik ifrazını artırır və bədəndə mayenin tez bitməsinə səbəb olur. Çay, qəhvənin yanında şirniyyat qəbul etmək, kilo almağa səbəb olur.

4. Oruc tutarkən, susuzluqdan boğaz quruyur və iftarda ilk olaraq soyuq su içmək istəyi yaranır. Soyuq su və ya buzlu içki içəndə və ya həddindən artıq soyuq yeməklər yeyəndə, bunların təmas etdiyi hüceyrələrin quruluşu pozulur, mikroblar artmağa başlayır. Bunun nəticəsində badamcıq vəzi, mədə, sidik yolu və ağciyər kimi orqanlarda infeksiya inkişaf edir. Sağlamlığınızı riskə atmamaq üçün orucu soyuq su ilə açmaq əvəzinə, 8-10 dərəcədə olan su ilə açmaq daha məqsədə uyğundur.

5. Bəzi insanlar yuxudan oynamağa tənbəllik edir. Bu, gün ərzində halsızlıq, yorğunluq, qan şəkərinin düşməsi, müvazinət problemi yaradır. İftarı bağlayarkən, sizi uzun müddət tox saxalaya biləcək - yumurta, pendir, süd kimi zülal tərkibi yüksək olan qidalara üstünlük verin. Özünüzü daha enerjili, gümrah hiss etmək və qəbizliyin qarşısını almaq üçün taxıl, çovdar çörək və ya yulaf kimi kompleks karbonatlı qidaları qəbul edin. Salat və meyvə də toxluq hissi, həzm sisteminin normal çalışması üçün əhəmiyyətlidir.

6. İftar sonrası həvəslə qəbul edilən şirniyyatlar uzun müddət mədə pozğunluğu, mədə yanması, reflyuks və kilo problemi ortaya çıxarır. Eyni zamanda, qızartma, xəmir yeməkləri, həddən artıq şəkər və yağ tələb edən qidalar, şokolad, qazlı içkilərdən uzaq durmağa çalışın.

7. İftarı bağlayarkən, edilən xətalardan biri də, çox duzlu və yağlı qidalara üstünlük verilməsidir. Artıq duz qəbulu orqanizmdə susuzluğa səbəb olur.

8. İftarda boş mədə birdən yüklənməməlidir. Bu, iftar sonrası mədə pozğunluğuna yol açır. Orucu su ilə açıb, ardından quru ərik və ya xurma yeyin. İftar yeməyinə şorba ilə başlayıb, 15-20 dəqiqə ara verdikdən sonra əsas yeməklə davam edin. Əsas yemək olaraq, çox yağlı ağır yeməklər əvəzinə qaynadılmış və ya qızardılmış ət, toyuq və ya balıq yeməkləri, zeytunyağında bişən tərəvəz yeməklərinə üstünlük verin. Əks təqdirdə, yüksək qan şəkəri, ürək xəstəlikləri riski artır.

9. Acqarına idmana başlasanız, orqanizmdə qan şəkəri çox düşür. Məşq etmək üçün iftar sonrasını gözləmək lazımdır. İftardan saat yarım sonra yürüş, yavaşıyan metabolizmanı sürətləndirməklə yanaşı, kökəlməyin qarşısını alacaq.


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 7867   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

TOP MP3