Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir - TƏHLİL

Son söz yenə də Azərbaycanındır: İrəvan isə tələsir - TƏHLİL44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında davam edən yekun sülh sazişinə dair danışıqlar nəhayət ki, başa çatıb. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun XII Qlobal Bakı Forumu çərçivəsində İrəvanın Bakının son iki maddə ilə bağlı tələblərini də qəbul etdiyini deməsi və sülh müqaviləsi ətrafında danışıqların yekunlaşdığını anons etməsinə Ermənistandan reaksiya özünü çox gözlətmədi. Xarici işlər naziri Ararat Mirzoyanın ofisi müzakirə və gərgin mübahisə predmeti olan 17 maddədən ibarət müqavilənin üzərində işlərin tamamlandığını doğrultmaqla ən çox vaxt alan məqamların - Ermənistanın konstitusiyasında ediləcək dəyişikliklərin və iki dövlət arasındakı sərhəddə üçüncü tərəfin mövcudluğunu istisna edən tələblərin qəbul edildiyini təsdiqlədi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İrəvan niyə tələsir?

Rəsmi Bakının danışıqların başa çatmasını elan etməsinin ardınca İrəvanın tələsik və gizlədilməyən sevinc dolu reaksiyası ona dəlalət edir ki, Paşinyan hökuməti Azərbaycanla sülhün əldə edilməsinə tələsir. Hərçənd bu, aldadıcı fon yaratmaq cəhdi də ola bilər. Prezident İlham Əliyevin XİN rəhbərinin məlum bəyanatının verildiyi anda, yəni XII Qlobal Bakı Forumunun açılış mərasimində Bakının İrəvana inanmadığını bir daha vurğulaması, özü də bunu beynəlxalq ictimaiyyətin düşünən beyinləri qarşısındakı çıxışında etməsi onu göstərir ki, Ermənistanın razılığı Azərbaycan paytaxtında maksimum şəkildə ehtiyatlı optimizm olaraq qəbul edilir. Bunun üçün kifayət qədər əsas var və Azərbaycan Ermənistanla 30 illik qarşıdurma tarixinin sürprizlərini diqqətə almaya bilməz. Dövlət başçısının Paşinyandan yazılı təsdiq tələb etməsi onu göstərir ki, İrəvanın xarici təzyiqlərə tab gətirməyərək verdiyi sözdən dönməsi kimi təhlükə hələ də mövcuddur.

Bəs nədən İrəvan hərəkətlərində bir xaotiklik və tələskənlik göstərir? Hansı səbəbdən Ermənistanın xarici siyasətinə məsul şəxslər sülh müqaviləsini dərhal imzalamağa hazır olduqlarını nümayiş etdirirlər və yaxud ən azı belə bir görüntü yaratmağa çalışırlar? Çox güman ki, bunun başlıca səbəbi hakim komandanın bir gözünün gələn il keçirilməsi gözlənilən parlament seçkilərində olmasıdır. Ermənistan parlamentli respublikadır və Paşinyanın bir baş nazir olaraq gələcək aqibəti də məhz seçki kampaniyasının nəticələrindən asılıdır. Ermənistanın hakim qüvvəsi əhaliyə göstərmək istəyir ki, xalqın və ölkənin qarşısında duran ən taleyüklü problemin çözümünə nail olub. Daha erməni xalqının övladları müharibəyə yollanmayacaqlar, ölkə iqtisadi tənəzzüldən qurtulmaq üçün real fürsətlər əldə edib. Yeni reallıq dövlətlə yanaşı, hər bir fərdin də rifah halına təsir göstərmiş olacaq - sərhədlər açılacaq, kommunikasiyalar bərpa olunacaq, ticarət dirçələcək. Paşinyan seçkilərə məhz bu şüarlarla gedəcək deyə, Azərbaycanla əldə edilən sülhün belə tələskənliklə elan edilməsini həm də təbliğat kampaniyasının başlanğıcı kimi dəyərləndirmək olar.

Paşinyan niyə razılığa gəldi?

Bütün şübhələri bir kənara qoyub İrəvanın niyyətinin saflığına inansaq və Paşinyanın hipotetik sülhün tərəfdarı olduğunu düşünsək belə, ortaya olduqca vacib sual çıxır: Niyə? Hansı səbəbdən Ermənistan müxtəlif bəhanələrlə uzatdığı, xarici təsirlərlə ümidlənib əngəllər yaratdığı sülh gündəmini qəbul etdi? Paşinyan hansı maneələri dəf edə bildi ki, önündə Azərbaycanla sülhə gəlmək üçün heç bir həddin qalmadığına əmin oldu?

Son bir neçə ayın geosiyasi trafiki ona dəlalət edir ki, İrəvanın hətta ehtimalən belə sülhə gəlmək qərarını diktə edən əsas amillər daxili deyil, xarici mənbəlidir. Ermənistan cəmiyyətində revanşist qüvvələr var və güman ki, hər zaman olacaqlar. Onların qarşıdakı günlərdə və aylarda sülh müqaviləsinə qarşı silsilə aksiyalar keçirəcəklərinin şahidi olacağıq. Nə qədər ki, Qarabağ klanının qanlı nümayəndələri yaşayırlar, erməni cəmiyyətindəki ekspansionist ab-hava tükənməyəcək. Ona görə də Paşinyanın daxildə hansısa maneəni aşdığını düşünmək bir qədər çətindir.

İrəvanın Azərbaycanın kritik iki tələbini qəbul etməyə məcbur olması formalaşmış beynəlxalq konyunktura da bağlıdır. Bayden adminsitrasiyasının gedişindən sonra okeanın o tayında olan dayaqlarını itirmiş Ermənistan hakimiyyəti istədiyini artıq Avropada da tapa bilmir. Makron əvvəlki kimi qonaqpərvər və əliaçıq deyil. İndi onun başı cəmi 20%-lik dəstəklə daxildəki problemlərinə qarışıb. Fransa və Avropa İttifaqının Trampın kömək əlini çəkməsi nəticəsində Rusiya ilə üz-üzə qalmaları Ermənistan kimi ucqarları avtomatik olaraq arxa plana keçirir. Ermənistan Qərbi Avropanın yaxşı gününün oyuncağıdır və təəssüf ki, bu qədər zamanı bada verən Paşinyan ötən illər ərzində bu reallığı ya dərk etməyib, ya da edə bilməyib.

Qərbdəki hamilərindən olan və 2018-ci ildən bu yana mərhələlərlə Rusiya ilə körpüləri yandıran Paşinyanın düşdüyü çıxılmaz vəziyyət onun Azərbaycanla sülhə gəlməsinin əsas və mühüm səbəbidir. Bölgə reallıqlarından qaçan, xoşbəxtliyi uzaq Qərbdə axtaran hazırkı Ermənistan müttəfiqi Rusiyanı da itirməklə, faktiki olaraq, Azərbaycan və Türkiyənin nəzarətinə keçməyin astanasındadır. Müxalifət və revanş aşiqlərinin qaldıracaqları ümumxalq isterikası da bu mürəkkəb dalandan çıxmaq üçün yetərli olmayacaq.

Sülh müqaviləsi nə vaxt və harada imzalanacaq?

Ermənistan mediasında artıq mümkün sülh müqaviləsinin imzalanma yeri və tarixi barədə ehtimallar da səslənməyə başlayıb. Hadisələrin arxasınca sürünən erməni cəmiyyətinin belə görünür ki, seyrçi olmaqdan başqa əlacı da qalmayıb.

Sülh müqaviləsinin imzalanacağı yerə gəldikdə isə istisna deyil ki, belə təkliflərlə çıxış edənlər çox olacaq. Çoxları ev sahibliyi etməklə problemin çözümünə şərik çıxmağa çalışacaq. Ancaq reallıq budur ki, bu sülhün bir müəllifi var - dəmir iradəli lideri, cəsur ordusu olan Azərbaycan xalqı. Odur ki, son söz yenə də bizdədir!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 16 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13.10.2026 402
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 103
.

Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik

ABŞ İranda həyata keçirdiyi əməliyyatlarda, bəlkə də, həddindən artıq irəli getdi, çünki indi Amerika kiminlə iş gördüyünü anlamır". Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "İndi İran xalqının lideri yoxdur. Bu, problemdir. Ola bilsin, bu liderlərlə bağlı məsələdə (keçmi

13.10.2026 355
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

13.10.2026 267
.

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal

11:23 26
.

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər

Misir Məkkə Müdafiə İttifaqına qoşula bilər. Teleqraf xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdül Ati "Bloomberg"ə bildirib. "Misir avqust ayında Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış regional müdafiə sazişinə qoşulmaq məsələsini cidd

13.10.2026 238
.

Qara dənizdə gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi, 1 nəfər hospitala yerləşdirildi

Bu gün gecə saat 1:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb. -ın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan

13.10.2026 291
.

Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz

Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün

10:55 84
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

10:06 140
.