Air Astana" aviaşirkəti Bakı aeroportuna məcburi enişlə əlaqədar açıqlama yaydı
Qazaxıstanın "Air Astana" aviaşirkəti onlara məxsus olan sərnişin təyyarəsinin Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etməsi ilə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, məlumat aviaşirkətin saytında dərc edilib.
"Martın 23-də "Air Astana" aviaşirkətinin Tbilisi-Almatı marşrutu ilə hərəkət edən 140 saylı gecə reysi sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakı şəhərinin hava limanına məcburi eniş edib.
O, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.
Ekipajın iş saatı başa çatdığından, uçuş martın 24-ü yerli vaxtla saat 13:40-a qədər təxirə salınıb.
Sərnişinlər gecələmək üçün otelə yerləşdiriliblər, qida ilə təmin olunublar", - "Air Astana" aviaşirkətinin yaydığı açıqlamada qeyd olunub.
02:26
"Air Astana" aviaşirkətinin Tbilisi - Almatı marşrutu üzrə uçuş yerinə yetirən "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı hava limanının Mətbuat Xidməti verib.
Məlumata əsasən, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib.
Qeyd olunub ki, sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.
"Eyni zamanda, "Air Astana" aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər hotelə yerləşdirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir", - məlumatda deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 24 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."
"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka
13.10.2026 196 Qara dənizdə gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi, 1 nəfər hospitala yerləşdirildi
Bu gün gecə saat 1:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb. -ın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan
13.10.2026 216 Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13.10.2026 136 Azərbaycan-Laos sənədləri mübadilə edildi - Fotolar
Bu gün "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, bununl
13.10.2026 200 Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır. Lakin bu tolerantlıq mühitində
13.10.2026 265 Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13.10.2026 180 Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:
13.10.2026 353 Güc Əlinizə Keçəndə, Əslində Kim Olarsınız?
Bu günlərdə elə xəbərlər eşidirik ki, insan bir müddət sonra xəbərin özündən çox, ona verdiyi reaksiyaya təəccüblənməyə başlayır. "Yenəmi. "Bu da oldumu. "Artıq heç nəyə təəccüblənmirəm. Bəlkə də ən təhlükəli cümlə məhz budur:. Artıq heç nəyə təəccüblənmirəm. Çünki təəccüblənmək əslind
13.10.2026 239 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
13.10.2026 195