Dini dəyərlərdən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir
"Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dindən, dinin dövlətdən ayrılması dini dəyərlərimizə hörmətsizlik deyil, əksinə, vicdan azadlığının və dini tolerantlığın təminatıdır. Dövlətimiz məscidlərimizi, dini abidələrimizi qoruyur, xalqımızın mənəvi irsinə sahib çıxır.
Lakin bu tolerantlıq mühitindən sui-istifadə edərək Azərbaycan ailə modelinə müdaxilə etmək, uşaqları və yeniyetmələri radikal dini ideologiyaya cəlb etmək, təhsil prosesini dini təsir vasitəsinə çevirmək qətiyyən yolverilməzdir. Məktəb dini eksperimentlərin deyil, elmin, təhsilin və milli tərbiyənin məkanıdır!"
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, baş verən təxribatların arxasında İranın dini dairələrinin, xüsusilə mollaların müdaxiləsi və yönləndirməsi ilə bağlı faktlar ciddi narahatlıq doğurur. Xaricdən dini pərdəyə bürünmüş ideoloji müdaxilə cəhdləri Azərbaycanın suverenliyinə, milli kimliyinə və ailə institutuna qarşı yönəlmiş təhlükə kimi qiymətləndirilməlidir. Heç bir xarici qüvvə öz siyasi və ideoloji maraqlarını Azərbaycan uşaqlarının gələcəyi hesabına həyata keçirə bilməz.
Biz dinə deyil, dindən sui-istifadəyə, dini dəyərlərə deyil, onların siyasi məqsədlər üçün istismarına qarşıyıq. "Düşünürəm ki, Azərbaycan xalqının inancı da, ailə ənənələri də, milli-mənəvi dəyərləri də yad ideoloji təsirlərin girovuna çevrilməməlidir.
Milli dəyərlərimizin, Azərbaycan ailəsinin və dünyəvi dövlətçiliyimizin qorunması milli təhlükəsizlik məsələsidir. Bu məsələdə güzəştə yer yoxdur!"-deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 89 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?
Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir. Bu baxımdan
10:58 143 Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12.10.2026 260 Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca
13:03 88 Azərbaycan məktəblərinin təhlükəsizliyi milli məsuliyyət məsələsidir
Uşaqların təhlükəsiz şəraitdə təhsil alması hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Məktəblər gələcək nəsillərin yetişdiyi, vətənə bağlılıq, milli kimlik və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm ocaqlardır. Bu mühitin siyasi təzyiq və mümkün təxribatlardan qorunması dövlət və cəmiyyə
11:16 127 Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:50 128 Quraq torpaqlar çiçək xalısına çevrildi
Uzun müddət quraq görünən ərazilər güclü yağışlardan sonra rəngarəng çiçəklərlə örtülüb. Təbiətdə baş verən bu dəyişiklik peyk görüntülərində də qeydə alınıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın quraq daxili bölgələrində qeyri-adi dərəcədə yağıntılı hava şəraitindən sonra çö
11:02 141 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 105 Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan v
11:42 121 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 110