Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"

Boşanmaq istəyən arvadını öldürmüşdü: "Yalandan boynunu büküb dayanmağına baxmayın"Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid A.A öldürülən Günel Abbasovanın qardaşı olduğunu bildirərək, təqsirləndirilən Firuz Qasımovun Binədə olduğunu deyib:

"Firuzun hər dəfəsində Güneli təhdid edib gün vermədiyini eşidəndən sonra onu söhbət etməyə çağırdım. Həyatına bir düzən verməsini söylədim. Mənə dedi ki, ev tutmuşam, ailəmi və uşaqlarımı başıma yığmaq istəyirəm. Söhbətimiz vaxtı böyük oğulları da yanımızda idi. Anamla gedib evə baxdıq, yaşanılası yer deyildi: 9 kv otaq, bərbad gündə olan mətbəx və hamam. Firuz burada müvəqqəti qalacaqlarını dedi. Mən də onlara kömək edəcəyimə söz verdim. Firuz bacımı həmişə döyürdü, hətta öz anasının hüzur yerində də yeməklə bağlı nəyi isə bəhanə edib bacımı döymüşdü. Böyük bacıma da hədə-qorxu gəlmişdi ki, "Kağızım var, mənə heç nə edə bilməyəcəklər, sizi öldürəcəm". Bunun (təqsirləndirilən F.Qasımova işarə edir) yalandan boynunu büküb belə dayanmağına baxmayın. İstəsə, işləyib daşdan pul çıxaran adamdır. Dövlət ona sosial yardım kimi 30 qoyun vermişdi dolanmaları üçün. Hadisə günü Bakıya gəlməzdən qabaq rayonda idarəyə yaxınlaşıb ki, "Mənim psixoloji problemim var". İstəyib ki, kağız alsın. Xəstəxanada da Firuzu geri göndərmişdilər ki, bu normal adamdır, heç bir psixoloji problemdən əziyyət çəkmir. Bacımın ölümünü gecə vaxtı idi, dəqiq də xatırlamıram. Ya böyük bacım, ya da qardaşım xəbər vermişdi".

Şahid A.Z bacısı Günelin Qasımov tərəfindən mütəmmadi olaraq şiddətə məruz qaldığını deyib:

"Özü bir yana, ailəliklə Günelə gün verməyiblər. O vaxt bacım uşaqlar kiçik olduğu üçün boşanmaq istəməmişdi. İllər keçdikcə bu adamın paranoyaklığı, vecsizliyi dəyişmədi. Hadisədən işdən qayıdanda qonşular xəbər verdilər. Bu həmin gün küçədə bacımı gözləyirmiş, yolda qarşısını kəsib. Öldürüb, oradaca divarın dibinə atıb. Həmin gün bacıma nə qədər zəng etmişdim, amma o, zənglərimə cavab vermirdi. Çörəkxanada işləyənlər də görüb ki, Firuz icazə vermədiyinə görə yazıq Günel qorxusundan telefonu açmayıb. Bacım boşanmaq istədiyinə görə o, bacımı öldürdü. Günel daim qorxu, təzyiq altında yaşayırdı. Bacımı vurandan sonra qaçmışdı. Hadisə yerində olan polislərə Firuzun telefon nömrəsini mən vermişdim".

Növbəti proses 2 noyabr saat 10:30-a təyin olunub.

Xatırladaq ki, hadisə bu il yanvarın 21-də Bakıda baş verib. 40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 37 yaşlı Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib. Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə, hədə-qorxu gəlib. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, ailə son 10 il ərzində paytaxtda kirayədə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.

Onların birgə nikahdan iki yeniyetmə övladı var. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 98   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

17:20 125
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

13:30 215
.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

10:23 214
.

Vahid forma, vahid məqsəd - keyfiyyətli təhsil

Məktəbin əsas vəzifəsi şagirdlərə bilik vermək, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Bu məqsədə çatmaq üçün məktəbdə sağlam təlim mühitinin yaradılması vacibdir. Vahid məktəbli forması da həmin mühitin formalaşmasına xidmət edən amillərdən biri hesab olunur

11:26 180
.

D vitamini qəbul edənlərə XƏBƏRDARLIQ

D vitamini çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan preparatlarla bağlı yeni araşdırma maraqlı nəticə ortaya qoyub. Alimlər müəyyən ediblər ki, D vitamininin D2 forması orqanizmdə D3 vitamininin səviyyəsinin azalması ilə əlaqəli ola bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Böyü

13:50 259
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

11:33 173
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12:59 568
.

Məktəb təbliğatın deyil, elmin və tərbiyənin ünvanıdır

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi çox düzgün qərardır. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır. Burada əsas olan uşaqların geyimi deyil, aldıqları bilik, tərbiyə və gələcəyə necə hazırlanmasıdır. Vahid forma şagirdlər arasında geyimə görə fərqləri azaldır, məktəb mədəniyyətin

10:55 192
.

Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd

11:27 161
.