"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır""Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır".

Bu sözləri BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev bildirib. O qeyd edib ki, bu bərabərlik təkcə sosial mühitdə deyil, həm də intellektual mühitdə öz əksini tapır:

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır""Vahid məktəbli forması şagirdin şüuraltına birbaşa təsir göstərir. Şagird özünü məktəbin, yəni vahid bir məktəb mühitinin ayrılmaz tərkib hissəsi kimi görür. O, geyimi vasitəsilə özünü yaxşı oxuyan, seçilən və nümunəvi şagirdlərlə eyni müstəvidə hiss edir. Məktəbdə xüsusi fərqləndirilən şagirdlərlə yanaşı, digər şagirdlər də eyni geyimdə olduqlarını görürlər. Bu zaman onların şüuraltında "Mən də varam" prinsipi formalaşır. Yaxşı ki, məktəblərdə vahid geyim forması tətbiq edilib. Daha doğrusu, bu ənənə əvvəldən mövcud idi, sonradan onunla bağlı dəyişikliklər aparıldı və dövlət səviyyəsində vahid qərar qəbul edildi. Mən çox təəssüf edirəm ki, bu məsələ manipulyasiyaya uğradı və başqa istiqamətə yönəldildi. Vahid məktəbli formasının tətbiqinin müsbət nəticələrini çox qısa zamanda görə biləcəyik. Bunu təhsili sevən bir insan kimi deyirəm".

Müsahibimizin sözlərinə görə, vahid məktəbli forması həm valideynlər, həm şagirdlər, həm də müəllimlər üçün intellektual bərabərliyin göstəricisidir:

"Məktəb səni hamı ilə eyni müstəvidə görür və eyni məsuliyyət çərçivəsində qəbul edir. Heç kim bu geyim formasına adi, əhəmiyyətsiz bir detal kimi yanaşmasın. Məktəb elə bir mühitdir ki, oradakı hər bir detal müəyyən bir informasiya daşıyır. Bu gün geyim forması ilə bağlı qəbul edilən qərarların milli ənənələrə qayıdışa və onların daha da gücləndirilməsinə, qısa və dar geyimlərdən, əlavə aksesuarlardan imtinaya, intellektual və sosial bərabərliklə yanaşı, milli ruhda birliyin qorunmasına xidmət edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 140   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toyda qohumlar dalaşdı, xəsarət alan var

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb. Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb

10:23 206
.

"Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"

"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-

15:04 140
.

Bərabər məktəb mühiti uşaqlardan başlayır

"Bir məktəbin uğuru yalnız yüksək qiymətlərlə və əldə edilən nailiyyətlərlə ölçülmür. Məktəbin əsl uğuru həm də şagirdlərin bir-birinə münasibətində, qarşılıqlı hörmətində və fərqlilikləri qəbul etməsində özünü göstərir. Vahid məktəbli forması bu dəyərlərin təşviqinə kömək edə bilən vasitələrdə

11:40 200
.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12:56 145
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

13:30 170
.

Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas

15:34 77
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

13:09 139
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. BİG.AZ -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-c

10:12 208
.

Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu

"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətd

12:50 180
.