Tiktoker Ləman söyüşlərə görə cəzalandırıldı: Baldızı intihara cəhd edibmiş
"TikTok"da təhqiredici ifadələri, çıxışları ilə gündəm olan Ləman Vəliyeva keçmiş baldızının şikayəti əsasında cəzalandırılıb. Məlum olub ki, baldızı onun böhtanlarından bezərək intihara cəhd də edibmiş.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Ləman Vəliyevadan şikayətçi olan keçmiş baldızı Turə Nuriyevadır.
Ləman Vəliyeva həyat yoldaşından ayrıldıqdan sonra "TikTok" sosial şəbəkəsində əri, qayınanası və baldızı haqqında təhqiredici paylaşımlar edib. Əsas da baldızı Turə Nuriyeva barəsində təhqiredici paylaşımlar edib, onu onkoloji xəstə olmasına görə ələ salıb. Turə Nuriyeva buna görə intihara da cəhd edib.
Onu ölümdən son anda qızı xilas edib. Bundan sonra Turə Nuriyeva qızına Ləmanın hüquqi müstəvidə cəzalandırılmasına nail olacağına dair söz verib.
Turə Nuriyeva barəsində böhtan atması ittihamı ilə Ləman Vəliyevadan şikayətçi olub.
Bildirib ki, illərdir Ləman Vəliyeva böhtan ataraq, namusuna ləkə yaxaraq, işgüzar nüfuzuna xələl gətirərək onu, ailəsini, nəslini təhqir edib, gülüş obyektinə çevirib.
Ləman Vəliyeva məhkəmədə özünü müdafiə edərkən deyib ki, baldızı barədə paylaşımlar edib.
Lakin bunun səbəbi evli olduğu müddətdə ərinin ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalması olub. Əlavə edib ki, "TikTok"dakı çıxışları ilə təkcə öz baldızı və qayınanası ilə bağlı yox, ümumi baldızlar və qayınanalar haqqında danışıb.
Lakin onun sosial şəbəkədə paylaşımları məhkəməyə sübut kimi təqdim edilib. Həmin paylaşımlarda Ləman Vəliyevanın baldızı Turənin adını çəkərək şəxsən onu təhqir etdiyi, şəxsiyyətini alçaltdığı müəyyən edilib.
Məhkəmə Ləman Vəliyeva barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham hökmü çıxarıb. O, 480 saat ictimai işlər cəzasına məhkum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1673 Tarix: 24 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""
Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq aralarında qarşılıqlı etimadın olduğunu bildirib. Kəmalə Günəşlinin sözlərinə görə, həyat yoldaşı onu qısqanmır və hər zaman ona güvənir. "Məni
21.07.2026 293 "Avropada müğənnilər məni təkrarlayırlar"
"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarını
21.07.2026 224 Salyandakı qəzada ölənlərin - Fotoları
Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların
21.07.2026 330 Məleykə Abbaszadənin müəllimləri də sertifikasiya imtahanı versin - Təklif
Universitet müəllimlərinin də sertifikasiya imtahanına cəlb edilməli olduğunu bildirən təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin suallar hazırlayan müəllimləri ilə bağlı da təklif irəli sürüb. xəbər verir ki, ekspert bu barədə sosial şçəbəkə hesabında paylaşım edib. O bildirib ki, Dövlə
21.07.2026 217 "Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya
"Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə
21.07.2026 347 Niyə bəşəriyyət hələ də yadplanetlilərlə əlaqə qurmayıb? - Alimlər 6 səbəb açıqladı
Onilliklər ərzində aparılan yad sivilizasiyaların axtarışlarına baxmayaraq, bəşəriyyət Yer kürəsindən kənarda ağıllı həyatın mövcudluğuna dair inandırıcı sübut əldə edə bilməyib. Qaynarinfo-nun məlumatına görə, "Popular Mechanics" nəşrinin yazdığına görə, getdikcə daha çox alim hesab edir ki
21.07.2026 127 Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi
21.07.2026 117 Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanı
21.07.2026 208 Aİ "AliExpress"i 550 milyon avro cərimələdi
Avropa İttifaqı (Aİ) Çinin "AliExpress" şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib. xəbər veri
21.07.2026 169