Şahin Diniyev: "İndiki Azərbaycan millisini toparlamaq üçün 50 il də azdır"
"Biz birinci növbədə gücümüzün aşağı səviyyədə olduğunu qəbul etməliyik".
Bunu Oxu.Az-a açıqlamasında "Səbail" klubunun sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin Belarus seçməsi ilə oyunla bağlı fikirlərini bölüşərkən bildirib.
"Bu oyunlar bizə xal qazandırmır. Bu səbəbdən də məğlubiyyətlə üzləşərkən futbolçuların və ya milli komandanın üzərinə getmək düzgün olmaz. Əlbəttə, Belarusla oyunda qələbə qazanmaq həm psixoloji olaraq, həm də qələbəyə gedən yolun təməlini atmaq baxımından vacibdir. Amma qəbul etməliyik ki, Azərbaycan millisinin və futbolçularımızın potensialı budur. Qələbə qazanaraq milliyə olan inamı yenidən qaytarmaq lazımdır. Əsas məsələ ilk növbədə budur. Belarus millisi bizim üçün ciddi və çətin rəqibdir.
Təcrübəli çalışdırıcı əlavə olaraq Fernandu Santuşun Belarus seçməsi ilə oyunöncəsi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət də bildirib:
"Futbolda fərqli oyun taktikaları və anlayışları var. Sadəcə müdafiə olunaraq nəticə qazanmaq mümkün deyil. Bizim komandanın, futbolçuların real gücünü qəbul etməli və buna uyğun addımlar atmalıyıq. Haiti ilə görüşdə buraxılan səhvlərdən dərs çıxararaq bu görüşdə qələbə qazanmaq mümkündür. Əsas məsələ etibarlı oyun nümayiş etdirməkdir. İstər müdafiədə, istərsə də hücumda. Ələ düşən qol fürsətlərini dəyərləndirməyi bacarsaq və müdafiədə etibarlı oynasaq, o zaman nəticə qazanıla bilər".
Şahin Diniyev Azərbaycan millisində kollektiv və səviyyəli futbol olmadığını bildirib:
"Futbol kollektiv halında oynalınan idman növüdür. Bizim futbolçular ilk növbədə bunu anlamalıdırlar. Əfsuslar olsun ki, bizdə hələ də bu anlayış formalaşmayıb. Düzgün taktiki gedişatlar, komanda halında oynamaq, müdafiə olunmağı bacarmaq çox vacibdir. Milli komandanın futbolçuları qalib gələndə birgə sevinməyi bacardığı kimi, məğlub olduqda da birgə kədərlənməyi bacarmalıdırlar. Ümumilikdə kollektivlik düşüncəsi formalaşdırıb daha sonra digər mövzuları dəyişməliyik. Əsas olaraq qəbul etməliyik ki, bu millinin dəyişməsi üçün 50 il də bəs etməz".
Anar Həsənov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 25 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13.10.2026 180 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
13.10.2026 221 Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13.10.2026 263 "Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13.10.2026 399 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13.10.2026 240 "Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
13.10.2026 148 Hamı intizamlı, səliqəli və vahid formada - Video
Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər
13.10.2026 341 Qara dənizdə gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi, 1 nəfər hospitala yerləşdirildi
Bu gün gecə saat 1:30 radələrində Bolqarıstanın Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında "CHELSEA-3" adlı yük gəmisi dron hücumuna məruz qalıb. -ın xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, 15 nəfərdən ibarət gəmi heyətində olan
13.10.2026 216 Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
Pultun və ya başqa cihazın batareyalarını dəyişərkən əlimizə keçən ilk batareyaları taxırıq. Lakin ölçülərinin və gərginliklərinin eyni olması fərqli markaların batareyalarını birlikdə işlətməyin təhlükəsiz olduğu demək deyil. xarici mediaya istinadla xəbər verir ki, istehsalçıdan asılı olaraq batareyaları
13.10.2026 134