Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedib

Rusiyanın ABŞ-dəki yeni səfiri Vaşinqtona gedibRusiyanın ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Vaşinqtona gedib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, diplomatın olduğu təyyarə Vaşinqtonun Dalles hava limanına enib.

"Sanksional dağıntılar da daxil olmaqla, "toksik irsin" təmizlənməsi daha böyük səylər tələb edir", - deyə Darçiyev ABŞ-yə gələrkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında münasibətlərin normallaşdırılması üzrə iş artıq bütün istiqamətlər üzrə aparılır və hər iki tərəf nəticənin əldə edilməsinə diqqətini cəmləyib.

"Sevindirici haldır ki, mənim Rusiya səfiri kimi ABŞ-də mövcudluğum əvvəlki administrasiya dövründə qırılma astanasında olan ikitərəfli münasibətlərimizdə müəyyən "imkanlar pəncərəsi"nin yarandığı bir şəraitdə başlayır", - deyə o qeyd edib.

Diplomat bildirib ki, Rusiya tərəfi rusiyalılar üçün viza prosedurlarının sadələşdirilməsinə, birbaşa hava nəqliyyatının bərpa edilməsinə, həmçinin, diplomatların iş şəraitinin normallaşdırılmasına və müsadirə edilmiş əmlakın qaytarılmasına çalışacaq.

Martın 27-də Aleksandr Darçiyev etimadnaməsinin surətlərini Dövlət Departamentinə təqdim edəcək.

Xatırladaq ki, martın 6-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-yə səfir təyin edib. Eyni zamanda o, Vaşinqtonda ABŞ Dövlətləri Təşkilatında daimi müşahidəçi vəzifəsini də icra edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İranda Yaxın Şərqin ən hündür körpüsü partladıldı

ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib

02.04.2026 218
.

Polad Həşimov Aprel döyüşlərində: Xanımı həmin fotonu paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb. Qaynarinfo xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib. Qeyd edə

02.04.2026 401
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

02.04.2026 237
.

ABŞ-ın Bağdaddakı səfirliyi 24-48 saat ərzində şəhərdə baş verə biləcək hücumlarla bağlı xəbərdarlıq edib və amerikalılar şəhəri tərk etməyə çağırılıb

ABŞ-ın Bağdaddakı səfirliyi xəbərdarlıq edir ki, İraqdakı İranpərəst silahlı qruplar yaxın bir-iki gün ərzində şəhərə hücum edə bilərlər. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Səfirlik X-də verdiyi açıqlamada ölkədəki amerikalıları dərhal tərk etməyə çağıraraq bildirib ki, "İranl

02.04.2026 299
.

Azərbaycan arıçılığı təhlükə qarşısında: səbəblər və çıxış yolları

"Özbəkistandan Azərbaycana bir neçə yüz arı ailəsinin idxal edildiyi bildirilir. Ölkəyə gətirilən bu arı ailələri ciddi şəkildə yoxlanılmalıdır. Lakin hazırda bu prosesi həyata keçirəcək ixtisaslı kadr çatışmazlığı müşahidə olunur". Bunu BİG.AZ-a açıqlamasında arıçılıq üzrə ekspert Elvin Bayraml

02.04.2026 261
.

Minik avtomobilləri avtobus zolağında - Bakı-Sumqayıt yolunda sıxlıq artır - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Bakı-Sumqayıt yolunda minik avtomobillərinin avtobus zolağından istifadə etməsi nəqliyyat sıxlığını ciddi şəkildə artırıb. Nəticədə, Sumqayıtdən Bakıya gedən sərnişinlərin adi 30 dəqiqəlik yolu təxminən 1 saat 30 dəqiqəyə uzanır. Bu vəziyyət yalnız sərnişinlərin vaxt itkisinə səbəb olmaqla qalmır, eyn

02.04.2026 278
.

Ağdaşda 28 yaşlı qadın itkin düşdü - Foto

Ağdaşda 28 yaşlı qadın itkin düşüb. BİG.AZ xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Ağdaş rayon sakini Söygülü Yusibova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. S. Yusibovanın əlamətləri: boyu 163 sm, arıq bədən quruluşludur. Evdən çıxa

02.04.2026 269
.

Günəşi görmədən 1500 il: Misirdə palçıq altında qalmış şəhər tapıldı

Nil deltasında minilliklər boyu yığılan lil təbəqələri qədim şəhərləri gizlədərək çoxsaylı arxeoloji tapıntıları qoruyub saxlayıb. Qaynarinfo xəbər verir ki, "DailyGalaxy" nəşrinin yazdığına görə, alimlər bu yaxınlarda Tell əl-Farain arxeoloji ərazisində - qədim Buto şəhəri ilə əlaqələndirilə

02.04.2026 168
.

Kallas: Hörmüz boğazında təhlükəsizlik Aİ üçün təxirəsalınmaz prioritetdir

Hörmüz boğazında təhlükəsizlik Avropa İttifaqı üçün prioritetdir. APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də Çin XİN rəhbəri Van İ ilə danışıqlarının yekununa dair yazıb. "İranın mülki gəmilərə hücumları və dah

02.04.2026 179
.

TOP MP3