Niyə soyuducuya kağız dəsmallar qoymaq lazımdır? - SƏBƏB

Niyə soyuducuya kağız dəsmallar qoymaq lazımdır? - SƏBƏBTəzə tərəvəzlər, meyvələr və göyərti çox tez xarab olur, əgər onları vaxtında istifadə etməsəniz. Bu səbəbdən də, kifayət qədər baha başa gələn bu məhsulları bəzən atmaq məcburiyyətində qalırıq. Lakin təcrübəli evdar qadınlar bu problemi kağız dəsmalların köməyi ilə həll ediblər.

Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:

Adətən kağız dəsmallardan əlləri və ya mətbəx səthlərini silmək üçün istifadə olunur. Amma məlum olub ki, soyuducuda da onların çox faydası var. Kağız dəsmallar tərəvəzlərin təzə qalma müddətini əhəmiyyətli dərəcədə uzadır. Bu üsul xüsusilə yay mövsümündə, çoxlu salat, meyvə və tərəvəzin olduğu dövrdə daha faydalıdır – çünki bu məhsulları uzun müddət saxlamaq həmişə mümkün olmur. Kağız dəsmallar məhsulların təravətini qorumaqda əhəmiyyətli rol oynayır.

Tərəvəz, salat və meyvələrin təzə qalması üçün kağız dəsmallardan necə istifadə etməli?

Kağız dəsmal rulonundan bir neçə vərəq qoparın. Onları soyuducunun tərəvəz bölməsinin altına sərib üstünə tərəvəz, meyvə və ya göyərti düzün. Bu zaman məhsullardan ayrılan nəmlik kağız dəsmallara hopacaq, beləliklə nə çürümə, nə də pis qoxu yaranacaq Hər dəfə yeni tərəvəz və göyərti əlavə etdikdə, köhnə dəsmalları dəyişməyi unutmayın – bu, tərəvəz bölməsində təmizlik və təravəti qorumağa kömək edəcək. Əgər sizdə ispanaq və ya digər yarpaqlı göyərtilər paket şəklindədirsə, həmin paketin içinə də kağız dəsmal yerləşdirə bilərsiniz. Bu, nəmlik yığılmasının qarşısını alacaq və salat yarpaqlarını daha uzun müddət təzə saxlayacaq.

Bu necə işləyir?
Tərəvəz, meyvə və göyərti saxlanarkən nəmlik ifraz edir. Əgər bu nəmlik yığılarsa, kif əmələ gəlir və məhsul çürüməyə başlayır. Kağız dəsmallar isə artıq nəmi özünə çəkərək bu prosesi ləngidir və məhsulların xarab olmasının qarşısını alır. Üstəlik, kağız dəsmalları alma, armud və giləmeyvə kimi meyvələrin saxlanmasında da istifadə etmək olar – sadəcə məhsulların üstünə dəsmal qoymaq kifayətdir ki, nəmi özünə çəksin. Bu sadə üsul həm məhsulların təravətini qoruyur, həm də israfın qarşısını alır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 27 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə verilən rəsmi nahar maraqlı anlarla yadda qalıb. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər nazir

13.10.2026 277
.

Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd

13.10.2026 263
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13.10.2026 399
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13.10.2026 341
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

13.10.2026 353
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13.10.2026 128
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

13.10.2026 202
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13.10.2026 136
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

13.10.2026 196
.