Nüşabə Avropada yaşayan övladlarından danışdı
Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan qızı Nigarın ailəsi ilə birgə Bakıya gəldiyini bildirib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu "Qonaqcanlı" verilişində danışıb.
"Qızım Nigar, onun həyat yoldaşı Gino, nəvəm hətta oğlum da Bakıya gəlmişdi. Qızım ailəsi ilə 25 gün Bakıda qaldılar. Amma oğlum hələki yanımdadır. Nəvəmi sığallamaq nədir... Uşaqların xüsusi qoxusu olur. Nəvəmin üzünü, boynunu iyləyirdim. Elə bilirdim ki, dünya mənimdir. Nəvəm elə bil ki, balaca mələkdir. O, evimizin mələyidir. Onun üçün çox darıxıram. Nəvəmin bir neçə paltarını özümdə saxlamışam. Arada bir onları iyləyirəm", - deyə Nüşabə vurğulayıb.
Proqramın aparıcısının "Oğlunuzu niyə evləndirmisiniz? Avropalı gəlin istəyərsiniz?" sualına Ələsgərlinin cavabı belə olub:
"Oğlum martın sonu Avropaya qayıdacaq. Oğlumu evləndirmək, bu könül məsələsidir. Gərək o özü sevsin sonra da ailə qursun. Gərək özü istəsin. Avropalı gəlin olacaqsa olsun. Mən nə deyə bilərəm ki... Normal qarşılayacağam. Əsas odur ki, gənclər bir-birini sevsin, dəyər versinlər, yola getsinlər, mehriban ovə xoşbəxt olsunlar. İstəmərəm ki, oğlum bəzi xalqın nümayəndəsi ilə ailə qursun. O xalqın adını çəkmək istəmirəm. Amma Avropanın bəzi xalqları var ki, ailə dəyərləri məsələsində bizdən də yaxşıdır".
Qeyd edək ki, N.Ələsgərlinin qızı Nigar 2019-cu ilin dekabrında Gino adlı Türkiyə vətəndaşı ilə nişanlanıb, 2020-ci ildə isə ailə qurublar. Nigar Diasporla İş üzrə Dövlət Komitəsində çalışıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAsılılığından qurtulmaq üçün milyonlar xərcləyib
"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. Axşam.az xəbər verir ki, "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıqla mübarizəsindən danışıb. Onun sözlərinə görə, aktyo
03.10.2026 258 "Məni silkələyən ikinci belə hadisə olmayıb"
Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın
29.09.2026 517 Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
03.10.2026 255 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 267 Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
04.10.2026 667 Samir Bağırov bu səbəbdən depressiyaya düşüb
Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər
29.09.2026 530 Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni sosial mediada yeni fotolarını paylaşıb. Görüntülərdə Gülay zərif, fit görünüşü və gözəlliyi ilə maraq doğurub. Onun dəyişini gözdən qaçmayıb. Həmin fotoları təqdim edirik:
11.10.2026 422 "Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
03.10.2026 744 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 528