"Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİ

"Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİƏldə olunan razılaşmalara baxmayaraq, Ermənistan tərəfi təxribatları davam etdirir. Ermənistan ordusu atəşkəs rejimini tez-tez pozur. Bunun birgə rəsmi İrəvan dezinformasiya kampaniyasına da başlayır.

Ermənistan niyə təxribata və dezinformasiyaya əl atır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki,Ermənistan sülh prosesi adı ilə bizi manipulyasiya edir. Hər zaman sülhdən danışır, amma təxribat xarakterli addımlar atır:

"Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək"-ELÇİN XALİDBƏYLİ"II Qarabağ müharibəsindən sonra baş verən hadisələr bu reallığı təsdiq edir. Son baş verənlər də qətiyyən istisna deyil. Rəsmi İrəvan Azərbaycan ilə arasında sülh sazişi mətninin tam razılaşdırıldığını bəyan edib. Sülh sazişinin imzalanmasına hazır olduğunu vurğulayıb. Ardınca isə heç kəsi təəccübləndirməyəcək addımlar atır. Azərbaycan və Ermənistan sərhəddində atəşkəsin pozulması halı baş verir. Ermənistan Azərbaycanı təxribatda ittiham edir. Təbii ki, bu halın xüsusi səbəbləri vardır.
Ermənistan yekun sülh sazişini imzalamaq istəmir və qətiyyən buna hazır deyil. Çünki, erməni cəmiyyəti və ümumilikdə siyasi elitası revanşist əhval-ruhiyyədə fəaliyyət göstərir. Buna görə də sülhdən danışıb, lakin bu prosesi uzatmaq istəyirlər. Bunun da bariz nümunəsi hərbi təxribatların törədilməsidir.
Paşinyan hakimiyyəti manipulyasiyalarla məşğuldur. Bütün dünyaya bəyan edilir ki, yekun sülh sazişinin mətni hazırdır. Paşinyan bəzi Qərb ölkələrinin rəhbərləri ilə telefon danışıqlarında da bu halı təsdiq edir. Azərbaycanla sülh danışıqları aparmaq üçün heç bir əngəl qalmadığını da bildirib. Buna rəğmən hərbi təxribatlar həyata keçirirlər. Azərbaycanı silahlı münaqişəyə sövq edirlər. Buna nail olacaqları təqdirdə bütün dünyaya bəyan etmək istəyirlər ki, Azərbaycan hərbi münaqişəyə başlamaq niyyətindədir. Ermənistan hiyləgərliyə və siyasi manipulyasiyaya əl atır. Paşinyan hakimiyyəti özünü sülhpərvər göstərərək Azərbaycanı savaşa meyilli dövlət kimi təqdim etməyə cəhd göstərir. Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə nail olmaq istəyir.
Azərbaycan dövləti Ermənistanın təxribatlarına əhəmiyyət verməyəcək. Ölkəmiz öz hədəflərinə doğru inam və qətiyyətlə, prinsipial şəkildə irəliləməkdə davam edəcəkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.