Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI

Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIAprelin 1-də paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında "Kəpəz" MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və təmir işlərinin həyata keçirildiyi müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb.

"Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib" , - məlumatda qeyd edilib.

14:00
"Kəpəz" MTK ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Oxu.Az xəbər verir ki, şikayət MTK-nın inşa etdiyi binanın damında apardığı söküntü işləri ilə bağlıdır.

Söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında yerləşən binadan gedir. Vətəndaş qeyd edir ki, əlavə mərtəbə tikmək məqsədilə binanın damında söküntü işləri aparılır.

Daha sonra sakin sözlərinə belə davam edir:

"Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binada əlavə bir mərtəbə tikmək tam qanunsuzluqdur. Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökür. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük riskə girəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlansa da, tədbir görülmür".

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Bakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIBakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDIBakıda çoxmərtəbəli binanın damında qanunsuz tikinti işləri DAYANDIRILDI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1233   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Saç balzamı həqiqətən vacibdirmi? - DERMATOLOQDAN AÇIQLAMA

Şampundan sonra balzamdan istifadə edənlərin sayı az deyil. Bununla yanaşı, bir çox insan bu məhsulun saç üçün nə dərəcədə faydalı olduğu və ümumiyyətlə istifadəsinin zəruri olub-olmaması ilə maraqlanır. Bəs saç balzamı saçın sağlamlığına necə təsir edir, onu hər yuyunmadan sonra istifadə etmək lazımdırmı

21.07.2026 240
.

Qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,86% artaraq 4050.4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşü

21.07.2026 170
.

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycanda iyulun 22-də havanın 38 dərəcə isti olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanı

21.07.2026 208
.

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarını

21.07.2026 224
.

ABŞ-da qida təhlükəsi: Meksikadan gətirilən kahı məhsulları geri çağırılır

ABŞ-da son illərin ən böyük qida mənşəli xəstəliklərindən biri ilə əlaqədar Meksikadan idxal olunan aysberq kahısı məhsulları bazardan geri yığılır. Məlumata görə, Kaliforniyada yerləşən Taylor Farms şirkəti və ABŞ-ın ən böyük qida distribütorlarından biri olan Sysco Meksikanın mərkəzi bölgələrində

21.07.2026 212
.

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların

21.07.2026 330
.

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların ən çox üz tutduğu ölkələr, universitetlər və ixtisas istiqamətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Dövlət Proqramı İdarəetmə Qrupundan bildirilib ki, 2019-2023-cü illər üzrə Dövlət Proqramı çərçivəsində iştirakçıların ən çox təhsi

21.07.2026 117
.

Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?

Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövr

21.07.2026 143
.

Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik

"Son 14 ay ərzində bunu təəssüflə dəfələrlə deməli olmuşam. Bu müharibəni dayandırmaq yalnız Rusiya hökumətindən və Rusiya prezidentindən asılıdır. Danışıqlara və zərurət yaranacağı təqdirdə sülh danışıqlarına başlamaq da yalnız onun iradəsindən asılıdır. Lakin o, bunu etməkdən israrla imtina edir"

21.07.2026 190
.

TOP MP3