"Bəzi həmkarlarım pasiyentlərinə "Get, boşan" deyirlər"-PSİXOLOQDAN AÇIQLAMA

"Bəzi həmkarlarım pasiyentlərinə "Get, boşan" deyirlər"-PSİXOLOQDAN AÇIQLAMAƏvvəllər qadın və kişinin üzərinə düşən işlər məlum idi. Ancaq indi həm qadın, həm də kişi işlədiyi üçün ailədə balansı qorumaq bir az çətinləşir.

Dövlət Statistika Komitəsi 2024-cü ildə baş verən boşanma halları haqqında məlumat açıqlayıb. Statistikaya görə, boşanan çütlüklərin sayı 1814 nəfər olub. Bu, ötən illə müqayisədə 1000 nəfər çoxdur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, biz harada səhv edirik ki, bu gün ailələrdə boşanmaların sayı artıb? Əslində, cəmiyyət olaraq etdiyimiz bir səhv var. Bu səhvin nəticəsində də ailə içindən dağılmağa başlayır:

"Bəzi həmkarlarım pasiyentlərinə "Get, boşan" deyirlər"-PSİXOLOQDAN AÇIQLAMA"Bəzən ailənin böyüyü icazə verir ki, onun övladına və gəlini haqqında hər hansı bir yanlış məlumat yayılsın. Qaynana gəlinini sevmirsə, oğlunun ailəsinin dağılmasına qərar verir. Hər zaman da belə düşünür: "Oğlum gedib bundan da yaxşısını alacaq." Ən böyük səhvimiz bax elə məhz budur.

Digər tərəfdən, insanlar boşanaraq məsuliyyətdən qaçmağa çalışırlar. "Sərbəst, rahat" həyat yaşamaq istəyirlər. Elə ailələr var ki, boşandıqdan bir müddət sonra onları barışdırmağa çalışıram. Lakin bu zaman xanım belə bir fikir səsləndirir: "Mən yenidən kişi paltarı ütüləmək istəmirəm. Yenidən ona qulluq edib yemək hazırlamaq istəmirəm".

Baxın, insanlar artıq çox kiçik məsələləri problem edirlər. Halbuki bizim ən gözəl tərbiyə üsullarımızdan biri sevdiklərimizə süfrə açmaq, onlar üçün yemək hazırlamaqdır. Bu yolla ailəmizi birləşdirirdik.

Bu gün biz inkişaf etmiş ölkələrdən biriyik. Lakin bu qədər inkişafın içində insanlar bir-birinin bəhsinə gözəl ailələrini dağıdırlar. Amma unutmamalıyıq ki, həyat sona çatdığında heç bir peşə insana təşəkkür etməyəcək. İnsana qalan onun ailəsidir. Bu baxımdan səhvlər etməsək, boşanmaların qarşısını cüzi də olsa ala bilərik.

Həftə sonları ata və balaların görüş anını görəndə, uşağın gözündə "Niyə atam ola-ola ondan ayrı olmalıyam?" sualını oxuyanda insan məyus olur.

Ailə dağılmasına səbəb olan zərərli vərdişlərə malik insanlara da rast gəlirik. Belə hallarda ailənin dağılması bəzən uşaqların xeyrinə olur. Ümumilikdə götürdükdə isə bütün boşanmalar bu səbəbdən baş vermir.

Bəzi həmkarlarım pasiyentlərinə "Get, boşan" deyirlər. Lakin bu yanaşma ilə razılaşmaq olmaz. Onlar dağıtdıqları ailələrin uşaqlarının bədduaları ilə qarşılaşa bilərlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 192
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

17:41 274
.

"Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"

Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların

21:00 170
.

"Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq

Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı

12:10 313
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

23:00 2
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

22:45 28
.

Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı

Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10

18:30 190
.

Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti

"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə

12:24 199
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

17:35 354
.