Prezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - Yenilənib

Prezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibAprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

*

Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib:

- Zati-aliləri, Azərbaycan Prezidenti cənab İlham Əliyev, hörmətli energetika və mənzil tikintisi komissarı cənab Dan Yorgensen, hörmətli nazirlər, əziz qonaqlar, xanımlar və cənablar.

Sizi Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclaslarında salamlamaqdan böyük şərəf hissi duyuram. Bu toplantı həmin çərçivədə enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün uğurlu səylərimiz də növbəti mühüm mərhələdən xəbər verir. Mən bu uğura təkan verilməsində qətiyyətli rəhbərliyinə və güclü dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən böyük məmnunluq hissi ilə Prezident İlham Əliyevi açılış nitqi ilə çıxış etməyə dəvət edirəm.

*

Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir olsun, xanımlar və cənablar, əziz qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Mən Brüsseldən gəlmiş qonağımızı xüsusi olaraq salamlayıram. Cənab komissar, xoş gəlmisiniz. İlk dəfədir ki, bu tədbirdə iştirak edirsiniz. Lakin hamımız bilirik və mən artıq qeyd etdim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı.

İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.

Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır.

Biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, "Şahdəniz" və "Abşeron" - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin Cənub Qaz Dəhlizi – bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda, bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir. Bir sözlə, düşünürəm ki, həmin mühüm məqam da, ola bilsin, müzakirə ediləcək.

Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil.

Beləliklə, düşünürəm ki, əgər belə bir mühüm məsələ öz həllini taparsa, onda hasilatçıların işi asanlaşar. Eyni zamanda, uzunmüddətli müqavilələr prosesi də vacibdir. Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur.

Biz bu il yeni yataqlarda, əsasən "Azəri-Çıraq-Günəşli" Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin düşünürəm ki, "Abşeron" yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq.

Bir sözlə, bütün bunlar mümkündür, lakin dediyim kimi, iki əsas meyar olmalıdır: interkonnektorlar və Cənub Qaz Dəhlizinin genişləndirilməsi. Etibarlı proqnozlaşdırma və etibarlı tərəfdaşlıq da olmalıdır, çünki tərəfdaşlıqda bütün tərəflər etibarlı olmalıdır.

Yaşıl gündəliyə gəldikdə, qeyd etdiyim kimi, biz iki mühüm meyarı bir araya gətirə bildik və istehlakçılarımızın tələbatlarını qarşıladıq.

Yeri gəlmişkən, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatımız təxminən 60 faiz artdı. Bu memorandum Avropa Komissiyasının Prezidenti və mənim tərəfimdən 2022-ci ilin ortasında imzalandı. Avropaya qaz təchizatımız 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Bu gün həmin həcm artıq kifayət qədər çoxdur. Yeni yataqları əlavə etmək və mövcud qaz yataqlarında hasilatı artırmaq planlarımızı nəzərə alaraq, biz birmənalı olaraq istehlakçılarımıza daha çox qaz verəcəyik. Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq.

Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Əlbəttə, bu gün əminəm ki, Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq. Mənə verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir.

Bununla mən əməkdaşlığımızın fəal formatında əldə etdiyimiz nəticələri yüksək dəyərləndirərək, çıxışımı yekunlaşdırıram. Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi, biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq. Mən hər iki Məşvərət Şurasına uğurlar arzu edirəm.

*

Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.

Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, "Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar" və "Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri" üzrə plenar sessiyalarla davam etdirib.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü və Azərbaycan ilə Avropa İttifaqı arasında dənizdə külək enerjisinin inkişafı üzrə dəyirmi masa keçirilib.

Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

Prezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - YenilənibPrezident "Gülüstan"​ sarayında iclasda iştirak etdi - Fotolar - Yenilənib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İİKK Bəhreyndə ABŞ hərbi dəniz bazasını hədəf aldığını iddia edir

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) idarə etdiyi Fars xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı günortadan sonra İranın ölkədəki ABŞ dəniz bazasını hədəf aldığını iddia etməsi ilə Bəhreyndə sirena səsləri eşidilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Bəhreynd

14:46 153
.

Rusiya Xarkovda qaz hasilatı obyektlərini vurdu

Rusiya ordusu son iki gündə Ukraynanın Xarkov vilayətində yerləşən "Naftoqaz" qrupuna məxsus qaz hasilatı obyektlərinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, iyulun 19-da hücuma məruz qalan obyektlərdən birində yanğın baş verib

15:17 161
.

Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub

11:25 181
.

Fransa Parlamentinin komitəsi 15 yaşdan kiçiklər üçün sosial media qadağasını təsdiqlədi

Fransa Parlamentinin barışıq komitəsi bazar ertəsi günü 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını qadağan edən qanun layihəsi üzərində razılığa gəlib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron qadağanın tədris ilinin əvvəlində, sentyabrın əvvəlində qüvvəyə minməsin

11:33 168
.

Yaponiya yaxınlıqdakı sularda Çinin canlı atəş təliminə etiraz edir

Yaponiya çərşənbə axşamı günü Çinə öz iqtisadi zonasında keçirilən döyüş atışlı təlimlərlə bağlı etirazını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu hadisə Asiyanın ən böyük iki iqtisadiyyatı arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Yaponiya ordusunun verdiyi açıqlamada bildirili

11:23 173
.

"Gələcəyin televiziya modeli rəqəmsal platformalar, kabel yayımı və sosial media inteqrasiyası üzərində qurulacaq" - BƏHRUZ QULİYEV

"Son illər televiziya yayımı sahəsində baş verən texnoloji dəyişikliklər göstərir ki, media istehlakçısının davranışı ciddi şəkildə dəyişib. Əgər bir vaxtlar peyk yayımı geniş auditoriyaya çatmağın əsas vasitəsi hesab olunurdusa, bu gün rəqəmsal platformalar, kabel televiziyaları və sosial medi

12:44 194
.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

18:15 57
.

"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib

Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə məhsulları təchizatçılarından olan "Avromed Company" MMC 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib. Jurnalistlərin peşə bayramına həsr olunan tədbir Azərbaycan Milli Təbabət Muzeyinə info-turla başlayıb

11:36 190
.

"TEMU" İLƏ BAĞLI ARAŞDIRMA BAŞLADI - Sifarişlər təhlükə altındadır?

Azərbaycanda geniş istifadəçi kütləsinə malik olan "Temu" platforması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırmaya başlanılıb. Araşdırma şirkətin qiymət siyasətində rəqabət qanunvericiliyini pozub-pozmaması ilə bağlı iddiaları əhatə edir. Hazırd

19:45 2
.

TOP MP3