"Şahmat taxtası qatili" üstü açılmamış daha 11 qətl haqqında danışmağa hazırdır
"Şahmat taxtası qatili", "Bitsevski manyakı" kimi tanınan rusiyalı qatil Aleksandr Piçuşkin ömürlük məhkumlar üçün koloniyada 17 il keçirdikdən sonra üstü açılmamış daha 11 qətl haqqında ifadə verməyə hazır olduğunu bildirib.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidmətinin mətbuat bürosu məlumat yayıb.
"A.Piçuşkin Moskvanın Şimali Butovo rayonunda 11 qətl törətməsi barədə etiraf ifadələri verməyə hazır olduğunu bildirib", - məlumatda qeyd edilib.
50 yaşlı Aleksandr Piçuşkin 2008-ci ildən ömürlük məhkumlar üçün xüsusi rejimli koloniyada cəza çəkir. O, 2006-cı ilin yayında Bitsevski parkı ərazisində qətllər törədən manyakın təxminən bir il davam edən axtarışlarından sonra saxlanılıb.
Moskva şəhər məhkəməsi 2007-ci il oktyabrın 29-da A.Piçuşkini 48 qətldə və üç qətl cəhdində təqsirli bilib. O, əsasən kişilərə hücum edirmiş. Lakin qurbanları arasında üç qadın da olub. A.Piçuşkin qətlləri 1992-ci ildə və 2001-2006-cı illərdə törədib. O bildirib ki, 60 nəfəri öldürüb və ümumilikdə 64 qətl törətmək niyyətində olub. Çünki şahmat taxtasında 64 kvadrat var. Etiraf edib ki, öldürdüyü hər bir insan üçün şahmat taxtasının bir xanasına xətt çəkirmiş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 05 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
22:30 82 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:53 219 Prezidentlər təkbətək görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:05 159 Kəlağayı: Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan mədəniyyətində bəzi əşyalar gündəlik istifadə vasitəsi olmaqdan daha böyük məna daşıyır. Onlar xalqın yaddaşını, ailə ənənələrini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Kəlağayı da məhz belə mədəni simvollardandır. İpəyin zərifliyi, rənglərin ahəngi və naxışların özünəməxsusluğ
12:45 227 İlham Əliyevin adından rəsmi nahar verildi - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından Laos Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan Ümummill
15:24 226 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 198 Kəlağayı milli-mənəvi dəyərlərimizin yaşadılmasının gözəl nümunəsidir
"Azərbaycan xanımının kəlağayıdan istifadə etməsi milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə ehtiramın gözəl ifadəsidir. Xüsusilə, hicab örtməyən xanımlarımızın da kəlağayıya maraq göstərməsi, onu müasir geyim mədəniyyətimizin bir hissəsinə çevirməsi milli ənənələrimizi
12:56 217 İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13:35 547 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 192