Ermənistan xəritədən silinəcək - Moskvanın səbir kasası dolur

Ermənistan xəritədən silinəcək - Moskvanın səbir kasası dolur"Moskvanın səbir kasası dolur və İrəvana xəbərdarlıq edilir ki, Rusiya ondan üz döndərsə, bu ölkə dövlətçiliyini itirəcək.

"Ermənistan Baş naziri Nikol Paşinyan KTMT-ni maliyyələşdirməkdən imtina etdikdən sonra ona rəğbət bəsləmək çətindir".

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Aleksandr Boroday deyib.

Deputat İrəvanın Moskvanın dəstəyi olmadan çətinliklərin öhdəsindən gələ biləcəyinə şübhə etdiyini bildirib. Onun fikrincə, dünyanın qlobal şəkildə yenidən bölüşdürülməsi kontekstində kiçik Ermənistanın taleyi sual altındadır. "Ermənistan Rusiyasız çətinliklərin öhdəsindən gələ bilərmi? Şəxsən mənim buna ciddi şübhəm var, amma nəyisə proqnozlaşdırmaq mənasızdır. Dünya böyük bir yenidən bölüşdürülmə vəziyyətindədir. Hazırda Avrasiya qitəsində tüğyan edən fırtınada kiçik Ermənistanın başına nə gələcəyini heç kim bilmir", - Boroday vurğulayıb.

Rusiyalı deputat haqlıdırmı? Ermənistan doğrudanmı Rusiya dəstəyi olmadan olan-qalan mövcudluğunu dayandıra bilər? Bəs Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salsa, onda necə?

Siyasi ekspert Xəyal Bəşirov "Yeni Müsavat"a bildirdi ki, Borodayın fikirlərində həqiqət yükü kifayət qədərdir. Onun sözlərinə görə, Rusiya rəsmisi açıq şəkildə deyir ki, hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb. Ekspert vurğuladı ki, Boroday bu bölüşdürmə prosesində Rusiyanın iddialı olduğu ərazilər barədə də danışır:

"Bəzi qeyri-rəsmi məlumatlara görə, ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı əldə edilmiş razılaşmalardan biri də Amerikanın MDB-yə üzv olan ölkələrin də aid olduğu postsovet məkanının Rusiyanın nəzarətinə verilməsidir. Bu informasiya qeyri-rəsmi də olsa yayılıb. Məlumatda deyilir ki, "yeni dünya düzəni" adı altında gedən dünyanın bölüşdürülməsi prosesində əldə edilən nəticələr və yaxud proqnozlaşdırılan məsələlərdən biri də Ermənistanın da aid olduğu postsovet məkanının Rusiyanın tam nəzarəti altına verilməsidir. Ola bilsin ki, Aleksandr Boroday bunları bildiyindən məlum açıqlamanı verib və Ermənistanın adını da xüsusi olaraq qeyd edib".

X.Bəşirov söylədi ki, əslində, bununla Ermənistana xəbərdarlıq edilib: "Onsuz da bilirik ki, Ermənistan Rusiyanın forpostu olub və buna görə də ona arxalanıb Azərbaycan ərazilərini işğal etmişdi. Amma Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyinin baş verməsi, ondan iki il sonra ikinci Qarabağ müharibəsinin nəticələri reallıqları xeyli dəyişdi".

Siyasi şərhçi xatırlatdı ki, Ermənistanın enerji sektoru, iqtisadiyyatı Rusiyadan asılı olmağına baxmayaraq, xeyli vaxtdır Avropa İttifaqı ilə yaxınlaşma siyasəti həyata keçirir: "Bu gün Avropa İttifaqının mülki missiyası adı altında kəşfiyyatçıları Ermənistanda yerləşdirilib, həmçinin erməni ordusu ilə ABŞ hərbçiləri birgə təlimlər keçirirlər. Amerika və Avropa İttifaqı bu cür adlar altında Paşinyan tərəfindən faktiki olaraq Ermənistana yerləşdirilib. Eyni zamanda, Ermənistan İranla sıx əməkdaşlıq etməyə üstünlük verir. Çünki Rusiyanın İranla Cənubi Qafqazdakı maraqları həmişə toqquşub. İrəvan bunu bildiyi halda, Tehranla da əməkdaşlığı dərinləşdirir".

Bundan əlavə, ekspertin fikrincə, Ermənistan Türkiyə ilə də münasibətlər qurmağa cəhd edir: "Beləliklə, Rusiyanın Cənubi Qafqazda daimi rəqibləri olan qütblərə İrəvan qucaq açıb. Rusiya, təbii ki, bundan narazıdır. Sadəcə, üç ildən artıqdır Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb. Ona görə Ermənistana hələ ki, sərt üzünü göstərmir. Ancaq Boroday və digər Rusiya rəsmilərinin son zamanlar verdiyi açıqlamalardan görünür ki, Moskvanın səbir kasası dolur. Açıq şəkildə mesaj verilir, xəbərdarlıq edilir ki, Rusiya İrəvandan tam üz döndərsə Ermənistan adlı dövlətin mövcudluğu mümkün olmayacaq. Rusiya istəsə həqiqətən də Ermənistan dövlət kimi mövcud olmaz. Bunun üçün heç də Ermənistanla müharibə etməsinə ehtiyac yoxdur, başqa rıçaqlar var ki, onları işə salsa kifayət edər".

Politoloq sonda vurğuladı ki, Ermənistan axtarışdadır və eyni vaxtda nəinki iki, daha çox stulda əyləşməyə çalışır: "Bu da Rusiyanı narahat edir və İrəvana siyasi-diplomatik mesajlar ünvanlayır. Xəbərdarlıq edir ki, bizsiz dövlət kimi mövcud qalmağınız mümkün olmayacaq, sizin dostluq etdiyiniz və münasibətlər qurmağa çalışdığınız güclər xilas edə bilməyəcək. O baxımdan, Ermənistanın çıxış yollarından biri bu regiona kənar qüvvələrin hərbi güclərini, missiyalarını gətirməməkdir".

(Yeni Müsavat)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 754   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

21:30 1
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 173
.

Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti

"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə

12:24 193
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 186
.

İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir

"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə

12:15 265
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

16:40 308
.

Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur

"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim

12:03 214
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 237
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

19:15 147
.