Sahibsiz itlər üçün təzə qanun nəyi dəyişəcək?

Sahibsiz itlər üçün təzə qanun nəyi dəyişəcək?Deputatın təklifinə hüquq müdafiəçisi reaksiya verdi: "Bir neçə iradım var..."

Deputat Naqif Həmzəyev sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmasını təklif edib. Parlamentdə çıxışı zamanı o bildirib ki, müvafiq qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır. Qeyd edib ki, son bir ildə təkcə Gəncədə 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib.

"Bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır", - deputat bildirib.

O, sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması təkliflərini səsləndirib. Onun fikrincə, sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər. Deputat əlavə edib ki, bu problemlərin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır.

Əslində bu problem dəfələrlə ictimailəşdirilib. Lakin indi yeni qanun qəbul edilməsi təklifi irəli sürülür. Buna ehtiyac varmı? Sahibsiz itlər barədə yeni qanun müsbətə doğru nələri dəyişə bilər?

Sosial işçilər və hüquqşünaslar qeyd edir ki, sahibsiz heyvanlar problemi yalnız hüquqi aspektdən deyil, həm də sosial baxımdan yanaşılmalıdır. Onların fikrincə, cəmiyyətdəki maarifləndirmə səviyyəsinin artırılması vacibdir. Çünki bir çox hallarda sahibsiz heyvanlara qarşı aqressiv davranışların səbəbi, insanların onlara qarşı olan məlumatsızlığı və səhv yanaşmalarıdır. Yəni uşaqların və gənclərin düzgün tərbiyə edilməsi, onlara heyvanlara qarşı müsbət yanaşmaların öyrədilməsi problemi əhəmiyyətli dərəcədə azalda bilər.

Mövzu ilə bağlı tanınmış həkim-diyetoloq, eyni zamanda heyvan hüquqları müdafiəçisi olan Ləman Süleymanova "Yeni Müsavat"a açıqlama verib.

Naqif Həmzəyev: Proseslərin yubanması Ermənistanı daha rüsvayçı vəziyyətə salacaq - Yeni Gəncə

"Deputat Naqif Həmzəyevin sözlərinə qarşı bir heyvan hüquqları müdafiəçisi kimi bir neçə iradım var", - deyə o bildirib.

"Biz heyvansevərlər daim vurğulayırıq ki, dövlət küçə heyvanlarının peyvənd olunması, quduzluğa qarşı mübarizə aparılması və qidalanması üçün vəsait ayırır. Lakin çox təəssüf ki, Naqif Həmzəyev çıxışında bu məsələyə toxunmayıb. Əsas sual isə budur: Nəyə görə yerli icra hakimiyyətləri və bələdiyyələr bu işlə məşğul olmur? Dövlət tərəfindən ayrılan pullar hara gedir?

Bələdiyyələrin və icra hakimiyyətlərinin bu vəsaitləri heyvanlara sərf etməsi əvəzinə, bəzi qruplar tərəfindən qanunsuz şəkildə mənimsənildiyini iddia edən Ləman Süleymanova, küçə heyvanlarına qarşı qeyri-insani davranışların getdikcə artdığını vurğulayıb.

"Bələdiyyənin təmizlik işçiləri hər gün Sumqayıtda küçə heyvanlarını zəhərləyir. Eyni hal Gəncə, Şəmkir və Qobu rayonlarında da müşahidə olunur. Hətta bəzən küçə heyvanları güllələnir. Bununla da kifayətlənməyərək, bələdiyyə işçiləri heyvanları torbalara yığıb diri-diri yandırır. Bəzi hallarda isə ölü heyvanların cəsədləri parklara atılır, məktəbə gedən uşaqların gözü qarşısında mənzərəni daha da dəhşətli edir.

Bütün bunlar açıq şəkildə sübut edir ki, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin rəhbərləri dövlət tərəfindən küçə heyvanları üçün ayrılan pulları mənimsəyir", - deyə heyvan hüquqları müdafiəçisi qeyd edib.

Düzgün qidalanmaq üçün nə lazımdır? (Ləman Süleymanova) (Gündəm)

Ləman Süleymanova deputat Naqif Həmzəyevin küçə heyvanlarının insanlara hücum etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib:

"Hörmətli deputat bu problemi yalnız heyvanların aqressivliyi ilə izah edir. Amma əsas məsələlərdən birini unudur: Küçə heyvanları niyə insanlara hücum edir? Çünki onlar quduzluğa qarşı peyvənd olunmurlar! Bunun məsuliyyəti də məhz dövlətin bu sahəyə ayırdığı vəsaitləri düzgün istifadə etməyən qurumların üzərinə düşür.

Digər tərəfdən, bəzi nadinc uşaqlar küçə heyvanlarını daşa basır, təhqir edir, işgəncə verir. Təbii ki, heyvanlar da instinktiv olaraq özlərini müdafiə etməyə çalışırlar. Əgər bir itin üstünə davamlı şəkildə daş atılsa, ona işgəncə verilsə, o, əlbəttə ki, özünü qorumaq üçün hücum edəcək.

Məsələ isə heç də yalnız bununla bitmir. Əgər həqiqətən də dövlət tərəfindən ayrılan vəsaitlər məqsədinə uyğun istifadə olunsa, küçə heyvanları peyvənd olunsa və qısırlaşdırılsa, problem tədricən öz həllini tapar. Amma bunun əvəzinə, nə baş verir? Heyvanlar küçələrdən yığışdırılır, lakin lazımi qaydada yerləşdirilmir, baxımsız saxlanır və nəticədə vəhşicəsinə öldürülür.

Beləliklə, hesab edirəm ki, küçə heyvanlarına pul ayrılsa da, yenə də bu vəsaitlər onlara sərf edilməyəcək. Heyvanlar nə peyvənd olunacaq, nə qısırlaşdırılacaq, nə də onlar üçün təhlükəsiz mühit yaradılacaq. Bəli, küçələrdən yığışdırılacaqlar, amma ya zəhərlənərək, ya da digər qeyri-insani üsullarla öldürülərək.

Ona görə də dövlət bu sahədə nəzarəti artırmalı, ayrılan vəsaitlərin şəffaf istifadəsini təmin etməli və küçə heyvanlarına qarşı qeyri-insani davranışlara son qoymalıdır. Əks halda, həm insanların, həm də heyvanların təhlükəsizliyi daha da ciddi problemlərlə üzləşəcək."(musavat.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

18:15 57
.

İordaniya gecə ərzində İranın beş pilotsuz təyyarəsini vurub

İordaniya hərbi mənbəyi çərşənbə axşamı səhər bildirib ki, İordaniya gecə ərzində İranın beş pilotsuz təyyarəsini vurub. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, xəsarət alan və ya dağıntı qeydə alınmayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

13:11 175
.

Rusiya Xarkovda qaz hasilatı obyektlərini vurdu

Rusiya ordusu son iki gündə Ukraynanın Xarkov vilayətində yerləşən "Naftoqaz" qrupuna məxsus qaz hasilatı obyektlərinə zərbələr endirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, iyulun 19-da hücuma məruz qalan obyektlərdən birində yanğın baş verib

15:17 161
.

"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib

Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə məhsulları təchizatçılarından olan "Avromed Company" MMC 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib. Jurnalistlərin peşə bayramına həsr olunan tədbir Azərbaycan Milli Təbabət Muzeyinə info-turla başlayıb

11:36 190
.

"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür"

Aparıcı Zaur Baxşəliyev ünvanına yazılan fərqli rəylərə münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə ona həm xoş, həm də tənqidi sözlər yazan izləyicilərdən danışıb. Zaur bildirib ki, insanların münasibəti bəzən qısa zamanda dəyişir:. "Yazırsınız ki, sizi çox sevirəm. Sevginizl

18:30 6
.

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Evim elə muzeydir. Hərdən qarderobumu görə bilmirəm. Bir geyimi tapmaq üçün bütün qutuları, qarderobu boşaltmalı oluram. Evim aksessuarlarla da doludur". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib. Müğənni evindəki geyim və əşyalarını

16:18 157
.

İlham Əliyev Berlində rəsmi qarşılandı - Video

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb. Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayənd

14:52 170
.

Kirayə ev, aşağı maaş, amma ardıcıl uşaqlar - Ailə planlaması niyə vacibdir? - PSİXOLOQDAN AÇIQLAMA

Azərbaycanda sosial və iqtisadi çətinliklər fonunda ailə planlaması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi ailələr kirayə mənzildə yaşayır, məhdud gəlirlə dolanır, hətta eyni evdə iki ailə birlikdə məskunlaşır. Buna baxmayaraq, ardıcıl olaraq uşaqların dünyaya gəlməsi həm ailə büdcəsinə

10:40 287
.

Kəmalə Günəşli: "Ərim birini deyirsə, beşini deyirəm, sözlə "döyürəm""

Müğənni Kəmalə Günəşli şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə diqqət çəkib. xəbər verir ki, sənətçi həyat yoldaşı ilə münasibətlərindən danışaraq aralarında qarşılıqlı etimadın olduğunu bildirib. Kəmalə Günəşlinin sözlərinə görə, həyat yoldaşı onu qısqanmır və hər zaman ona güvənir. "Məni

18:45 1
.

TOP MP3