Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb
Bu ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artaraq - 7 milyard 133 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 210 milyon manatı (87,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 918 milyon manatı POS-terminallar, 3,3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.
Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 239 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəli ilə müqayisədə 1,7 %, ötən ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 19,2 % artaraq 17,975 milyona, kredit kartlarının sayı isə 0,1 % artaraq 2,264 milyona çatıb. Fevralda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 10,177 milyard manat (illik müqayisədə 18 % çox) və 795 milyon manat (27,2 % çox) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 7,1 %, POS-terminalların sayı isə 37,4 % artaraq müvafiq olaraq 3 358 ədəd (Bakı üzrə 1 798 ədəd) və 124 339 ədəd (Bakı üzrə 75 399 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 787 Tarix: 05 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko
"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd
21:30 1 "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"
"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki
15:10 173 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 193 "Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 186 İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir
"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə
12:15 265 Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:
16:40 308 Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 214 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 237 Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."
"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka
19:15 147