"Mənə Almaxanımın toyu olduğunu deməmişdilər"

"Mənə Almaxanımın toyu olduğunu deməmişdilər"Müğənni İzzət Bağırov bacısı qızı, xanəndə Almaxanım Əhmədlinin toyunu niyə tez tərk etməsinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Həftənin qonağı" verilişində danışıb. O, vurğulayıb ki, toyun olacağından xəbəri olmayıb:

"Bu sualı Almaxanıma verin. Mənim heç toydan xəbərim yox idi. Toy danışılmışdı, ondan sonra bildim ki, məclisdir. Bacım mənə zəng vuranda, söylədim ki, bəs bunu mənə deyin də. Axı mən toy danışmışam. Mən də toy yiyəsinə dedim ki, behinizi ikiqat qaytarım mənim bacım qızının toyudur, orada iştirak etməliyəm. Cavab verdi ki, yox, əhdim var. Bəyin atasının toyunda mən oxumuşdum. O, da deyib ki, 26 il əvvəl toyumda sən oxumusan, indi də oğlumun şad günüdür, sən ifa etməlisən. Elə toylar çox olur, kiçik məclisində oxumuşam, böyük toyuna çağırırlar. Ya öz toyunda olmuşam, indi oğlunun məclisidir, çağırırlar. Dedi, bilirəm, Almaxanımın toyudur. Mənim qardaşımı da Vüqar Əhməd (şair, Almaxanımın atası - red.) çağırıb. Söylədi ki, icazə verərəm o toya 1 saat gedib-gələrsən, bizi incitmə. Cavab verdim ki, baş üstə.

Toy günü saat 9-da dedim ki, mən gedim. O saata qədər də dayanmadan oxumuşam ki, toy yiyəsinin gözünü yorum, ordakılar da məndən bezsinlər, gedə bilim, deməsinlər, İzzət harada qaldı, gəlmədi. Özümlə 2 ifaçı da aprmışdım. Onlara dedim ki, oxuyun, gəlirəm. Maşına minib məclisə gəldim, bibaşa səhənəyə getdim. Söz verdilər, danışdım, tez oxudum, təbrik etdim, qohumlarla görüşdüm, qayıtdım. 15 dəqiqə oxudum, 35-40 dəqiqə toyda oldum. Hamı da qohum, tanış çoxdur, onlarla görüşdüm. Bir də gördüm ki, artıq çıxmalıyam. Vüqarla aramız pis deyildi, amma bilmirəm toyu niyə Elçin Hüseynov apardı. İstəkləri elə olub ki, o aparsın. Nə deyə bilərəm? Aramız pis olsa, toya getməzdim. Sadəcə mənə deməmişdilər. Söylədiklər Elçin aparacaq məclisi. Elçin deyib ki, aparıcı mən olacağam, onun bir dayısı da mənəm. Mən də müdaxilə etmədim.

İncimədim, ürəkləri belə istəyib. Güclə deyə bilmərəm ki, toyu mən aparım. Hamı danışdı bu barədə, amma günahkar mən deyildim. Mən heç vaxt onların işinə qarışmamışam. Tahirə (İzzətin bacısı oğlu - red.) qarışa bilərəm, çünki ona atalıq etmişəm. Amma Almaxanıma qarışa bilmərəm. Birinci atası var, ikinci də həyat yoldaşı .Bütün işlərini atası həll edir. Bir ara o atasız heç yerə getmirdi. İndi həyat yoldaşı Murad onu əvəz edir. Onların sənət, özəl həyatlarına müdaxilə etmirəm. Belə şeyləri xoşlamıram. Mənim himayəmdə olmayan adamın işinə qarışa bilmərəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1311   Tarix: 06 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

03.10.2026 253
.

Kaşpirovski vəfat etdi

Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov "Telegram" kanalında məlumat yayıb. "Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil" deyə, Malaxov paylaşımında bildirib. Qeyd edək ki, Anatol

03.10.2026 272
.

Asılılığından qurtulmaq üçün milyonlar xərcləyib

"Friends" serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib. Axşam.az xəbər verir ki, "Netflix"in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıqla mübarizəsindən danışıb. Onun sözlərinə görə, aktyo

03.10.2026 255
.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

04.10.2026 346
.

"Kadir" "Eşref"i tək qoymayacaq

Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq

04.10.2026 446
.

Bir-birini izləmədən çıxartdılar

Müğənni Kərim Abasov dostlarından gileylənib. Axşam.az-ın məlumatına görə, sənətçiyə verilişlərin birində dostları ilə bağlı sual ünvanlanıb. Kərim söhbət zamanı həmkarı Əminə Şirinin adını çəkdiyi üçün bir dostunun ondan incidiyini bildirib. "Sevilən səhər" proqramında yer alan Kərim həmi

03.10.2026 283
.

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO

Xəbər verdiyimiz kimi, neçə gün əvvəl Hacıqabul rayonunda Pünhan Piriyevin toy mərasimi keçirilib. xəbər verir ki, toyun ardından Pünhanın qayınatası və qayınanası kürəkənlərinə hədiyyələri ilə diqqət çəkiblər. Pünhan Piriyevə qayınatası tərəfindən xüsusi hədiyyə təqdim olunub. Belə ki, o, kürəkənin

04.10.2026 672
.

"Bir aparıcıya bunu yaraşdırmadım"

Aparıcı Elnarə Təhməzova radio həmkarlarının efirdə səsləndirdiyi fikirlərə irad bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videoda tıxaclarla bağlı danışan bir radio aparıcısının fikirlərini tənqid edib. E.Təhməzova həmin şəxsin adını və çalışdığı radionu açıqlamayıb. Aparıc

10.10.2026 254
.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

03.10.2026 295
.