Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: "Bıçağı corabımdan çıxardım..."
Bakıda 35 yaşlı müəllimə Pərvanə Abbasovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilən həyat yoldaşı Vasif Abbasov hakim qarşısına çıxarılıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Vasif Abbasov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmədə ifadə verən V.Abbasov həyat yoldaşı ilə münasibətlərinin bir müddətdir gərgin olduğunu bildirib.
Onun sözlərinə görə, Pərvanə Abbasova ixtisasca müəllim olub və işləmək istəyib:
"Pərvanə ixtisasca müəllimə idi, işləmək istədiyini deyirdi. Onu işə düzəltmək üçün kredit götürdüm. Sonra işləmək üçün üç aylıq İsrailə getdim. Qayıdanda həyat yoldaşımın telefonda başqa adamla yazışmasını gördüm. Pərvanə əvvəl belə deyildi, onu rəfiqəsi Könül yoldan çıxardı".
Təqsirləndirilən şəxs ailəsini təmin etmək üçün iki işdə çalışdığını, lakin sonradan həyat yoldaşının boşanmaq istədiyini deyib.
"Məndən ayrılmağı, boşanmağı tələb edirdi. Aramızda artıq hörmət qalmamışdı. Mənə deyirdi ki, elə bir adam tapmışam, səni yox edib tutduracağam. Rəfiqəsinin təsiri ilə məni polisə şikayət etdi ki, guya ona şiddət göstərmişəm. Polis məni idarəyə çağırdı, sonra buraxdılar", - deyə V.Abbasov ifadəsində bildirib.
"Məqsədim onu boşanmaq fikrindən daşındırmaq idi"
Hadisə günündən danışan təqsirləndirilən şəxs həyat yoldaşı ilə barışmaq istədiyini iddia edib:
"Hadisə günü getdim ki, Pərvanəni boşanmaq fikrindən daşındırım. Oğlum rayonda idi, qızım isə evin yanındakı marketə getmişdi. Nə qədər çalışdım, dilə tutdumsa, razı sala bilmədim. Elə deyirdi ki, səni aradan götürtdürəcəyəm".
V.Abbasov həyat yoldaşını bıçaqladığı anı isə belə təsvir edib:
"Mən ömrümdə quş başı kəsməyən adam idim. Anam kənddə mənə heyvan kəsdirə bilmirdi. Elə həddə gəldim ki, özümdə olmadım. Corabımın içindən çıxardığım bıçağı ona necə vurduğumu bilmədim. Sonra ‘102’yə zəng etdim. Marketdən qayıdan qızımla görüşüb evdən çıxdım".
Məhkəmənin növbəti iclası oktyabrın 20-si saat 10:45-ə təyin edilib.
Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
118 nömrəli tam orta məktəbin 35 yaşlı müəlliməsi Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar qadının 43 yaşlı həyat yoldaşı Vasif Zahid oğlu Abbasov saxlanılıb.
Pərvanə Abbasovanın həmkarları daha əvvəl onun uzun müddət həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını, övladları ilə hədələndiyini və evdən çıxmasına mane olunduğunu iddia ediblər.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 422 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Nursema" yenidən "Kızılcık şerbeti"ndə
"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B
14.10.2026 171 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba
14.10.2026 60 Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy
14.10.2026 125 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
00:02 132 İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?
Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu
14.10.2026 260 İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy
14.10.2026 108 Sergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib
14.10.2026 208 Sergey Lavrov sabah Bakıya gəlir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu
14.10.2026 230 Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı
14.10.2026 179