Bu məhsulun qiyməti sürətlə artır - nə etmək lazımdır?

Bu məhsulun qiyməti sürətlə artır - nə etmək lazımdır?Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79.8%), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2.4 dəfə) çoxdur.

Bəs, görəsən, ölkə daxilində kərə yağı istehsalını artırmaq üçün niyə tədbirlər görülmür? Bu istiqamətdə hansı addımlar atıla bilər?

Milli.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Emal müəssisələri effektiv işləmir

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır: "Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir. Statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir. Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir. Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir".

Ekspertin sözlərinə görə, Azərbaycanda emal məsələsi istənilən səviyyədə olmadığı üçün süd böyük həcmdə itkiyə gedir: "Hesab edirəm ki, ölkədə süd məhsullarının emal sənayesinin inkişafı məsələsi təkrar gözdən keçirilməlidir. Təhlillərə görə, bu müəssisələr effektiv işləmirlər. Daxili bazarda fermerlərdən vaxtında və uyğun qiymətlərlə məhsulu almadıqları üçün istər-istəməz istehsalda kəsintilər yaranır. Əgər kəsintilər aradan qaldırılarsa, idxaldan asılılığı 80 faizə yaxın azaltmaq olar. Bu addımlar təkcə kərə yağı istehsalını artırmayacaq. Eyni zamanda, kərə yağı istehsalından sonra digər süd məhsullarının istehsalını da təmin edəcək".

Böyük həcmdə investisiyalara ehtiyac var

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirir ki, Azərbaycanda heyvandarlığın inkişafına mane olan konkret səbəblər var. Onun sözlərinə görə, məhdud örüş sahələri və yem bazasının olmaması bu sahənin inkişafını ləngidir: "Ümumiyyətlə, ərazisi kiçik olan ölkələrdə heyvandarlığın inkişaf prosesi çətin olur. Ölkəmizdə həm örüş sahələri azdır, həm də yem idxal olunduğundan bahadır. Nəticədə yerli istehsal idxal olunan məhsuldan daha baha başa gəlir. Ona görə kiçik fermerlər bu işlə məşğul ola bilmirlər. Düzdür, perspektiv var. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə bu sahəni inkişaf etdirmək mümkündür. Həmin ərazilərdə böyük komplekslər yaratmaq olar. Orada böyük otlaq ərazilərimiz var. Amma bununla yanaşı keyfiyyətli, yağlı süd əldə etmək üçün yem də olmalıdır".

Ekspert vurğulayır ki, dövlət bu sahənin inkişaf etdirilməsində maraqlıdır: "Neçə illərdir ki, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Eyni zamanda, yem bazası sayılan yonca, arpa, buğda, qarğıdalı və s. əkin sahələrinə dövlət tərəfindən subsidiya ayrılır. Yəni, dövlətin bu sahəyə kifayət qədər qayğısı mövcuddur. Sadəcə, bu məsələ kəndlidən asılı deyil. Bu, iri şirkətlərin görəcəyi işdir. Bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Böyük heyvandarlıq kompleksləri tikilməlidir".

Ekspert hesab edir ki, bu sahəyə sahibkarların marağı olmalıdır: "Kəndlinin dörd inək saxlaması ilə biz tələbatı ödəyə bilmərik. Düzdür, bu işi qurmaq istəyənlər olub. Amma idarəetmə düzgün qurulmadığından uğursuz alınıb. Çünki heyvan dağın başında, sahibkar Bakıdadır. Bakıda oturub dağın başındakı işi idarə etmək çətin məsələdir. Bu işi xaotik deyil, sistemli şəkildə qurmaq lazımdır".

"İdxaldan asılılığımız davam edəcək"

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, artıq kənd əhalisi heyvandarlığı qazanclı sahə kimi görmür: "Əvvəl mal-heyvanı boş sahələrdə otarmaq olurdu. İndi otlaq sahələri hasarlanıb. Digər tərəfdən, gənclər bu işlə məşğul olmaq istəmirlər. Hesab edirlər ki, bu sahədə gəlirlilik yaxşı səviyyədə deyil. Bakıya gəlib fəhlə işləməyi ondan qazanclı sayırlar. Otlaq sahəsi olmadığına görə kəndli məcburdur ki, heyvanlara ot bağlaması versin. Ot bağlamasının qiyməti növünə uyğun olaraq 3-6 manat arasındadır. Kəndlinin də o qədər pulu yoxdur. Aidiyyəti qurumlar da bu problemin öhdəsindən gələ bilmirlər. Nəticədə südçülük üzrə heyvandarlıq inkişafdan qalır. Ona görə kərə yağına olan tələbatda idxaldan asılı vəziyyətdəyik. Gələcəkdə də idxaldan asılılığımız davam edəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 841   Tarix: 06 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məni susdururlar... - Nadejdin geri çəkilir!

Dövlət Dumasına keçirilən seçki kampaniyasına son qoyuram, indi heç olmasa, sağ qalacağıma ümid edirəm. xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Boris Nadejdin Teleqram kanalında yazıb. "Onlar məni susdurur, siyasətdən sıxışdırır və həyatımı çox çətinləşdirirlər. Mənə hücum edə bilən hə

20.07.2026 131
.

Vasif Məhərrəmli: "Ədalət Şükürovun çox tünd xasiyyəti var"

Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovun xarakteri ilə bağlı danışıb. "Yeni Sabah" xəbər verir ki, o,"Efirdən kənar" verilişində müğənni Ədalət Şükürov və Ceyhun Əliyevlə dostluğundan söz açıb. Əməkdar artist bildirib ki, münasibətləri bu gün də davam etsə də, Ədalət Şükürov kifayə

20.07.2026 206
.

Endi Börnhem Böyük Britaniyanın yeni baş naziri olacaq

Endi Börnhem bazar ertəsi günü Britaniyanın on ildə yeddinci baş naziri oldu və milləti insanların qayğı göstərdiyi məsələlərə, məsələn, yaşayış xərcləri böhranı və zəif xidmətlərə daha aydın şəkildə diqqət yetirmək üçün "yenidən yönləndirəcəyinə" söz verdi. BİG.AZ Reuters-ə istinadən xəbə

20.07.2026 200
.

İsrailin əsas hədəfi İran rejimini devirməkdir

İsrailin İranla bağlı strateji məqsədlərindən birinin ölkədə mövcud hakimiyyətin dəyişdirilməsi olduğu iddia edilir. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmilərinə istinadən yayılan məlumatlarda bildirilir. Məlumata görə, İsrail rəhbərliyi hesab edir ki, İranı

20.07.2026 179
.

Son 14 ilin ən güclü şaxtası qeydə alındı: -84,1 dərəcə

Antarktidadakı "Concordia" elmi-tədqiqat stansiyasında -84,1 dərəcə Selsi temperatur qeydə alınıb. Bu, 2012-ci ildən bəri Yer kürəsində ölçülmüş ən aşağı temperatur göstəricisidir və stansiyada indiyədək qeydə alınmış tarixi minimumdan cəmi 0,5 dərəcə yüksəkdir. Qaynarinfo xəbər verir ki, b

20.07.2026 151
.

"Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı nəşr olunub

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı dərc edilib. Kitab eyni adlı təlim proqramı çərçivəsind

20.07.2026 181
.

Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT

Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib

20.07.2026 159
.

Saxta kosmetik vasitələrin görünməyən təhlükələri - DERMATOLOQDAN AÇIQLAMA

Kosmetik vasitələrə tələbat artdıqca bazarda saxta və mənşəyi məlum olmayan məhsulların sayı da çoxalır. Xarici görünüşünə görə orijinal məhsullardan seçilməsi çətin olan bu vasitələr istehlakçıların sağlamlığı üçün ciddi risk yarada bilər. Keyfiyyətsiz tərkibə malik məhsullar allergik reaksiyalar, dər

20.07.2026 211
.

İsrail Hizbullah hədəflərinə hava zərbələri endirib

İsrail ordusu Livanın cənubunda Hizbullahın fəaliyyət göstərdiyini bildirdiyi hədəflərə hava zərbələri endirdiyini açıqlayıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əməliyyat Hizbullaha məxsus pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra həyata keçirilib

20.07.2026 174
.

TOP MP3