Bayraktar: Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır
Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.
"Report" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Anadolu"ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: "Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik".
Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: "Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq".
Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.
"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 679 Tarix: 06 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGözəllik salonunda dəhşət - Qadını elektrik vurdu və...
Saç baxımı üçün getdiyi gözəllik salonunda elektrik cihazının yaratdığı qısaqapanma nəticəsində bir qadın çətin anlar yaşayıb. xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə saç düzləşdirən cihazdan qəfil qığılcımların çıxdığı və qadının elektrik axınına məruz qaldığı əks olunub. Hadisəni
19.07.2026 456 Coşqun Qarayevin yerinə o təyin edildi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində yeni təyinat olub. Qaynarinfo-nun məlumatına görə, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Bakı və Bakı ətrafı yol mühafizəsi bölgəsinin rəisi vəzifəsinə Riyad Paşayev təyin edilib. Bu barədə AAYD
13:37 144 Rusiyada bu cinayətlərə görə tutulanların hamısı müharibəyə göndəriləcək
Rusiya Dövlət Dumasına Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxslərin və məhkumların həbsdən yayınmasının mümkün olduğu cinayət əməllərinin siyahısını genişləndirən qanun layihəsi təqdim edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Rusiya hökuməti Dövlət Dumasına həbsxanalard
19.07.2026 364 Qadını mağazada döyən kişi haqda - Qərar
Ötən gün zoomağazada qadına qarşı zorakılıq edən Zamiq Xəlilov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmənin qərarına əsasən həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istinta
12:02 239 Washington Post: "ABŞ İranla mümkün hərbi eskalasiyaya hazırlaşır"
ABŞ İraqda amerikalı hərbçinin həlak olmasından sonra İranla bağlı hərbi hazırlıq tədbirlərini gücləndirir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumatlı mənbələrə istinadən yazıb. Məlumata görə, Pentaqon Yaxın Şərqdə yerləşdirilən hərbi təyyarələrin sayın
13:30 134 Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib
Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb
19.07.2026 262 "ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV
"ABŞ hərbçilərinin həlak olması Vaşinqtonun hərbi-siyasi qərarlarına ciddi təsir göstərən amillərdəndir. Prezident Donald Trampın son açıqlamaları da göstərir ki, ABŞ geri çəkilmək niyyətində deyil və İranın cavab zərbələrinə daha sərt reaksiya verməyə hazırlaşır. Hazırda Qərb mediasında ABŞ-ı
12:15 171 Naxçıvana gedənlər sənədləri "mygov"la təsdiq edəcəklər
Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, "mygov" tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər. "Qafqazinfo" xəbər verir ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət edən Azərbaycan vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib
11:35 149 İlham Əliyevdən İspaniyaya qələbə təbriki
Prezident İlham Əliyev İspaniya Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. 2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizi
14:15 114