Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏR

Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏR2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olur ki, cinayət hadisəsi Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.

Otaqda, boğaz nahiyəsində boğulmağa xarakterik və digər xəsarət izləri ilə 2003-cü il təvəllüdlü İlahə Kərimovanın meyiti aşkarlanıb. 40-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən 2004-cü il təvəllüdlü Həsən Kərimov saxlanılıb.

Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏRFaktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu.Az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 12-si saat 23 radələrində yaşadıqları evdə İlahə Kərimova mobil telefonla danışan anası Brilyant İmanovanı təhqir edib. Qız bildirib ki, o, növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisində iştirak etməyəcək. Həsən Kərimov bacısına yaxınlaşıb, irad bildirərək ondan sakitləşməsini tələb edib. Amma İlahə Kərimova əksinə, qardaşının ünvanına da nalayiq ifadələr işlədib. Üzünü cırmaqlayıb, onun dodağına, boynuna və sinəsinə xəsarətlər yetirib. Həsən Kərimov bacısının hərəkətlərindən qəzəblənərək, onu öldürməyi düşünüb. Beləcə o, İlahənin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, başını döşəməyə çırpıb.
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏRBacısının ölmədiyini görüb, digər otaqdakı şkafdan idman çantasının kəmərini götürüb. İlahə qardaşının otağa daxil olmasının qarşısını almaqdan ötrü qapını örtməyə çalışsa da, Həsən onun müqavimətini qırıb içəri girib. Anasının yalvarışına məhəl qoymayaraq, onun gözləri qarşısında kəməri bacısının boynuna dolayıb, özünə doğru dartıb və 3-4 dəqiqə sıxaraq, saxlayıb. Nəticədə, gənc qız ölüb.

İş üzrə dindirilmiş Həsən Kərimov bildirib ki, Ağdam şəhərində anadan olub. Anası və bacısı ilə Bakıda, Sulutəpə qəsəbəsində yaşayıb:

"İlahə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alırdı. Mütəmadi evdə bizimlə ailə-məişət zəminində münaqişələr yaradıb. Bununla əlaqədar anam dəfələrlə "102" xidmətinə zəng edib, məlumat verib".
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏRMəhkəmə iclasında Həsən Kərimov ittiham üzrə özünü təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, qızı vaxtaşırı evdə mübahisələr yaradıb. Bununla əlaqədar, o, dəfələrlə polisə müraciət edib:

"Amma sonra şikayət ərizəmi geri götürürdüm. Hadisə günü də, qızım hər hansı əsaslı səbəb olmadan telefonla danışmağıma müdaxilə edərək, mənimlə dalaşmağa başladı. Hədələdi ki, toyda iştirak etsəm, mənim üçün pis olacaq. Buna görə də, Həsən mübahisəmizə müdaxilə etdi".
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏRŞahid qismində dindirilmiş qonşular bildiriblər ki, oktyabrın 12-də axşam Həsəngilin evində dava-dalaş səsi eşidiblər. Sonra biliblər ki, ölüm hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Onlar birmənalı olaraq, təqsirləndirilən şəxsi sakit təbiətli, münaqişədən uzaq olan, yaşadığı məhəllədə qonşulara hörmətlə yanaşan oğlan kimi tanıdıqlarını deyiblər.

Məhkəmənin gedişatında 2 dəfə keçirilmiş məhkəmə-psixiatrık ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan dövlət ittihamçısının vəsatəti əsasında təkrar ekspertiza təyin olunub. Bir müddətdən sonra, komisyon stasionar ekspertizanın rəyi açıqlanıb. Məlum olub ki, Həsən Kərimov ittiham olunan cinayət əməlini törətməzdən əvvəl psixi pozuntudan əziyyət çəkib. O, hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də, Kərimov anlaqsız hesab edilməlidir.
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏRProkuror ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsə 16 il cəza təyin edilməsini istəyib.

Məhkəmə nəticəyə gəlib ki, Həsən Kərimovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin tələblərinə müvafiq olaraq Həsən Kərimov cinayət məsuliyyətindən və cəzadan azad edilib, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən GÖRÜNTÜLƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1915   Tarix: 29 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 151
.

Gürcüstan 91 əcnəbini deportasiya edib

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var. Deportasiya edilən şəxslərin Gürcüstan

10.11.2026 221
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 207
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

Yaşadığı evdən meyiti tapıldı

Bərdədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü İlqar Muradovun meyiti yaşadığı evdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Bərd

10.11.2026 155
.

Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah" klublarının idarəetmə strukturlarında fəaliyyət göstəri

10.11.2026 168
.

Trampın İranla bağlı qərarı: Genişmiqyaslı döyüş əməliyyatları bərpa ediləcək?

ABŞ Prezidenti Donald Tramp hazırda İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasına ehtiyac olmadığına qərar verib. TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Fransada "G7" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbua

10.11.2026 188
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Noyabrın 11-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

10.11.2026 209
.

84 yaşlı milyarder 26 illik sevgilisi ilə evləndi

ABŞ-ın "Bloomberg" şirkətinin qurucusu, milyarder Maykl Blumberq 26 ildir münasibətdə olduğu Diana Teylorla ailə qurub. xarici mediaya istinadən xəbər verir ki, 84 yaşlı milyarderlə 71 yaşlı sevgilisinin toy mərasimi noyabrın 9-da Manhettendəki evlərində keçirilib. Təmtəraqsız təşkil oluna

10.11.2026 148
.