Sumqayıtda zavodda partlayış: Beş yaralıdan ikisi kənardan dəvət olunubmuş
Partlayış "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun 11-ci sahəsinin etilen dənəvərləşmə 100/5 qurğusunda baş verib.
Oxu.Az-ın məlumatına görə, həmin qurğunun yerləşdiyi 12 metr hündürlükdə qaynaq işləri aparılan zaman anidən partlayış baş verib.
Partlayış zamanı xəsarət alanlardan üç nəfər zavodun işçisi, iki nəfər isə kənardan dəvət olunmuş şəxsdir.
13:43
Sumqayıtda zavodda baş verən partlayışda xəsarət alanların sayı artıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20-də beş nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda bildirilir.
13:25
Sumqayıtda zavodda baş verən partlayışla bağlı bəzi məqamlar bəlli olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, partlayış qaynaq işləri aparılan zaman baş verib.
13:03
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1424 Tarix: 20 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan neftini daşıyan şirkətin ofisinə BASQIN
Rusiyanın paytaxtı Moskvada neft məhsullarının daşınması ilə məşğul olan "Railgo" şirkətində axtarışlar aparılıb. yerli mediaya istinadla xəbər verir ki, bu gün səhər saatlarında şirkətin paytaxtın Lujnikidə yerləşən ofisinə xüsusi təyinatlı qüvvələr və əməliyyatçılar basqın ediblər. Onla
25.07.2025 356 İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 00 manatdan 1 153 400 00 manata çatdırılıb
25.07.2025 170 Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev "Brand Vision" agentliyinin versiyasına əsasən dünyanın ən varlı liderləri onluğuna daxil edilib. xəbər verir ki, onun sərvəti 1–2 milyard dollar arasında qiymətləndirilir və bu da ona reytinqdə 8-ci yeri qazandırıb. Siyahıya Rusiya prezident
25.07.2025 386 Qızılın qiyməti endi
Nyu-York Əmtəə Birjasının bölməsi olan COMEX-də 2025-ci ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti 18 iyul 2025-ci il tarixindən bəri ilk dəfə trua unsiyası üçün 3 350 dollar səviyyəsindən az olub. -ın məlumatına görə, bu, ticarət platformasının məlumatlarından bəlli olur. Bakı vaxt
25.07.2025 379 Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
Londonda Belçikadan olan bir bərbər oğurlanıb. Quldurlar onu kriptovalyutadan sərvət qazanmış milyarderə oxşadaraq səhvən qaçırıblar. xarici mediaya istinadla bildirir ki, 21 yaşlı Kventin Sepelyak, tanınmış belçikalı futbolçuların bərbəridir və Londona bir qıza görə gedib. O, oğurluqdan əvvəl sosia
25.07.2025 248 Hesabat: Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq
Zəngəzur dəhlizinin istismara verilməsi bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaradacaq. xəbər verir ki, bu barədə "Report" Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabata istinadən xəbər verir. Sənəddə bildirili
25.07.2025 170 Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. xəbər verir ki, bu barədə "Teleqraf"ın sorğusuna cavab olaraq İRİA-dan məlumat verilib. Bildirilib ki, agentliyin Nüvə tədqiqatlar
12:26 0 Tramp qanun layihəsi imzaladı: Dövlət xərcləri milyardlarla dollar azaldılır
ABŞ Prezidenti Donald Tramp dövlət xərclərinin ümumi olaraq doqquz milyard dollardan çox azaldılmasını nəzərdə tutan qanun layihəsi imzalayıb. -ın "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib. Qeyd edək ki, bundan əvvəl xarici yardımın təqribən səkkiz milyard dollar
25.07.2025 154 Rusiyada qəzaya uğrayan "An-24" təyyarəsinin dağıntıları altından cəsədlər çıxarılıb
Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin qalıqları altından həlak olanların cəsədləri çıxarılıb. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb. İrkutsk vilayətini
25.07.2025 379