Azərbaycanda selektiv abortların sayı artır: Gündə 200 uşaq cinsiyyətə görə tələf edilir
Abortların ümumi sayında kəskin artım müşahidə olunur və bu, artıq həyəcan təbili çalmağa əsas verir. Ötən il Azərbaycanda 78 min 245 abort qeydə alınıb. Rəsmi məlumatlara görə, bu abortların əksəriyyəti selektiv abortlar — yəni cinsiyyətə görə edilən hamiləlik sonlandırmalarıdır. Rəqəmlər göstərir ki, hər gün təxminən 200 uşaq selektiv abort nəticəsində həyatla vidalaşır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan mama-ginekoloq Rəşad Sultanov bildirib ki, bu göstərici olduqca narahatedici və ağlasığmazdır:
"Gündə 200 selektiv abort çox böyük rəqəmdir. Mən inanmaq istəmirəm ki, hər gün bu qədər uşaq yalnız cinsiyyətinə görə tələf edilir. Abort – ailə planlaması səbəbilə hamiləliyin sonlandırılmasıdır. Məsələn, bir qadın nikahda deyil və hamilədir, ya da artıq 3-4 uşağı var və növbəti hamiləliyi istəmir. Bu, bizim – Həkimlərin xoşlamadığı bir hal olsa da, tibbi müdaxilə edirik. Amma bu proses risklidir. Azərbaycanda abort qanunla yalnız 12-ci həftəyə qədər icra oluna bilər".
Rəşad Sultanov selektiv abort anlayışını ayrıca vurğulayaraq qeyd edib:
"Selektiv abort tamamilə fərqli bir anlayışdır. Ailəsində 1-2 qız övladı olan analar, sadəcə qız istəmədikləri üçün hamiləliyə son verirlər. Bu isə nəticədə qız və oğlan nisbətində ciddi bərabərsizliyə gətirib çıxarır. Bu hal insanın intellektual səviyyəsinin, dünya görüşünün nə qədər aşağı olduğunu göstərir. Eyni zamanda cəmiyyətin əsas problemlərdən nə qədər uzaq olduğunu ortaya qoyur. Əgər selektiv abortların sayı bu qədər yüksəkdirsə, bu, sosial-psixoloji baxımdan yolverilməz və arzuolunmaz bir haldır".
Həkim bildirib ki, uşağın cinsiyyəti yalnız 12-ci həftədən sonra məlum olur. Bu isə o deməkdir ki, selektiv abortların çoxu qanunsuz şəkildə həyata keçirilir:
"Əgər gündə 200 selektiv abort edilirsə, bu, gündə 200 dəfə qanun pozulur deməkdir. Bu məsələ yalnız həkimlərin deyil, hüquq-mühafizə orqanlarının da diqqətində olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 862 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ
11.10.2026 277 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
11.10.2026 287 Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11.10.2026 307 Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar
11.10.2026 181 "Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"
11.10.2026 186 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
11.10.2026 186 Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11.10.2026 191 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
11.10.2026 215 İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11.10.2026 252