Politoloq: "Azərbaycanın çoxvektorlu xarici siyasəti qlobal güclənməsinə təminat verir"

Politoloq: "Azərbaycanın çoxvektorlu xarici siyasəti qlobal güclənməsinə təminat verir"Azərbaycan hazırda nisbi balans siyasəti yürüdən dövlətlər sırasındadır və 2025-ci ilin əvvəlindən etibarən çoxvektorlu xarici siyasət kursuna keçid etməyə başlayıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan artıq yalnız bir istiqamətə əsaslanan xarici siyasətlə kifayətlənmir və əlaqələrini müxtəlif qütblərlə paralel şəkildə inkişaf etdirir:

"Hazırda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində ən yaxın tərəfdaşıdır və ölkənin enerji resursları Avropa bazarlarına çıxarılır. Lakin bununla məhdudlaşmırıq. Xarici siyasət bir neçə əsas vektorda aparılır," – deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ilk növbədə Türk Dövlətləri Təşkilatının inkişafına xüsusi önəm verir. Təşkilat çərçivəsində iqtisadi, ticari, geosiyasi və geostrateji münasibətlərin yeni mərhələyə çıxarılması istiqamətində səylər davam edir:

"Eyni zamanda Azərbaycan Çinlə də əlaqələrini dərinləşdirir. Çin üçün strateji tərəfdaş sayılan Azərbaycan, bu ölkə ilə iqtisadi və ticari əməkdaşlığını genişləndirir. Bu, Azərbaycanın həm Avropa, həm də Şərq istiqamətində aktiv diplomatik kurs yürütməsinin göstəricisidir," – deyə Xalidbəyli əlavə edib.

Politoloqun fikrincə, Rusiya ilə münasibətlərdə son dövrlərdə soyuqluq hiss olunsa da, əməkdaşlıq davam etdirilir. Bundan başqa, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi qurumlarla da yaxınlaşma meyilləri nümayiş etdirir:
Politoloq: "Azərbaycanın çoxvektorlu xarici siyasəti qlobal güclənməsinə təminat verir""Bu kurs göstərir ki, Azərbaycan yalnız Qərbə inteqrasiya etmir, eyni zamanda Şərqin nəhəng və perspektivli ölkələri ilə də iqtisadi, siyasi və diplomatik əlaqələr qurur. Rəsmi Bakının bu çevik və çoxvektorlu siyasəti ölkənin inkişafı və qlobal məkanda güclənməsi üçün geniş imkanlar açır," – deyə Elçin Xalidbəyli vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 596   Tarix: 30 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi - TƏHLİL

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkənin inkişafında yeni mərhələ açıb. Müstəqil xarici siyasət, iqtisadi imkanlar və ictimai həmrəylik Azərbaycanın regional mövqeyini gücləndirib, beynəlxalq proseslərdə iştirak imkanlarını genişləndirib. Müharibə və qarşıdurmaların artdığ

11.10.2026 277
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11.10.2026 287
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11.10.2026 307
.

Marsın səthində diqqətçəkən görüntü: Ufoloq qədim sivilizasiya izlərindən danışdı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" aparatı Marsın səthində süni strukturlara bənzəyən sirli obyektləri qeydə alıb. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Marsın səthinin fotosu yerdənkənar həyat nəzəriyyələrinin tərəfdarlar

11.10.2026 181
.

"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hesab edir ki, komandanın hücumçusu Lamin Yamal dünyanın ən yaxşı futbolçusu ola bilər, hətta o, artıq bu ada layiqdir. "Report "Mundo Deportivo"ya istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya çempionatının VII turunda "Xetafe"

11.10.2026 186
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

11.10.2026 186
.

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"

11.10.2026 191
.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

11.10.2026 215
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11.10.2026 252
.