Qazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARI

Qazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARIBaş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

BiG.AZ xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

.

2025-ci il iyunun 5-də gecə saat 03:00-da Qazax rayonu Əskipara kəndi ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər dünyasını dəyişib.

İlkin araşdırmalara əsasən müəyyən edilib ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Ramal Bəxtiyar oğlu Vəliyev BMW markalı, 10-SM-433 dövlət qeydiyyat nişanlı avtomobillə Əskipara kəndindən Fərəhli kəndi istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarında dayanan digər bir avtomobilə və sonda daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü Ramal Vəliyev və avtomobildə olan üç sərnişin - 1997-ci il təvəllüdlü Rafət Mahir oğlu Nəsirov, 2004-cü il təvəllüdlü Göyüş Fəxrəddin oğlu Nəbiyev və 2000-ci il təvəllüdlü Zaur Mahmud oğlu Əhmədov hadisə yerində həyatlarını itiriblər.

İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə və sərxoş halda idarə edilməsi olub.

Faktla bağlı araşdırma aparılır.

"Araşdırma zamanı həmçinin məlum olub ki, sürücü Ramal Vəliyev il ərzində mütəmadi olaraq yol hərəkəti qayda pozuntularına yol verib ki, bu qayda pozuntularının əksəriyyəti sürət həddinin aşılması ilə bağlı olub. Bu faktlar yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmanın sonda nə qədər ağır faciələrə səbəb olduğunu bir daha təsdiqləyir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına, xüsusilə sürət həddinə ciddi riayət etməyə çağırır. Unutmayaq ki, sükan arxasında edilən məsuliyyətsiz bir hərəkət yalnız sürücünün deyil, eyni zamanda sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatını da təhlükə altına qoyur", - məlumatda qeyd edilib.
Qazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARIQazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARI15:10

Qazaxda dəhşətli qəzada həyatını itirən dörd nəfərin fotoları yayılıb.

Oxu.Az həmin görüntünü təqdim edir:

Qazaxda dörd nəfərin öldüyü dəhşətli qəzanın SƏBƏBLƏRİ və FOTOLARIQeyd edək ki, iyun ayının 5-də saat 3 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.

09:50

İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, ilkin araşdırmalara əsasən, BMW markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı divara dəyib.

Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.

09:04

Qazaxda yol-nəqliyyat hadisəsində ölən dörd nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə BiG.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan dörd nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

08:11

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı divara çırpıb.

Nəticədə avtomobildə olan dörd nəfər hadisə yerindəcə həyatını itirib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər, Fərəhli kənd sakinləri - avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyevdir.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İynəsiz peyvəndləmənin unikal üsulu hazırlandı

Zərbə və iynəsiz peyvəndləmə elm adamlarının təklif etdiyi yeni üsul viruslarla mübarizədə inqilabi dönüş yarada bilər. Zob təmizləyici sap (diş sapı) vasitəsilə peyvənd çatdırılması, həm immun reaksiyanın güclənməsini təmin edir, həm də iynə qorxusu və ağrılı prosedurları aradan qaldırır. xarici mediay

25.07.2025 215
.

Bakıda maşın kişini vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub. xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Avtomobil piyada 39 yaşlı Məhəmmədəliyev Anar Cavanşir oğlunu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır

25.07.2025 413
.

Moskvada azərbaycanlı iş adamının ofisinə BASQIN EDİLDİ

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus olan və neft məhsullarının daşınmasını həyata keçirən "Railgo" şirkətinin ofisində axtarışlar aparılıb. bu barədə -ya istinadən xəbər verir. Qeyd olunur ki, şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə gələn xüsusi təyinatlıla

25.07.2025 413
.

Rahil Məmmədov "Araz-Naxçıvan"da

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb. xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" Peşəkar Futbol Klubu məlumat yayıb. Bildirilib ki, komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti bir ildir. R.Məmmədov müxtəlif illərdə "Neftçi"

25.07.2025 194
.

Əməkdar mədəniyyət xadimi dünyasını dəyişib

Azərbaycanda əməkdar mədəniyyət işçisi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, Elmi Mirzəliyev 78 yaşında uzun sürən xəstəlikdən vəfat edib. Elmi Mirzəliyev bir müddət Ucar Rayon Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsində çalışıb

25.07.2025 399
.

Sabirabadda bir nəfər kanalda batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub. FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər

25.07.2025 197
.

Tailand Kamboca ilə genişmiqyaslı müharibəyə başlaya bilər

Tailand və Kamboca sərhədində toqquşmalar müharibəyə çevrilə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailandın baş naziri vəzifəsini icra edən Phumtam Veçayçay bildirib. Tailand Silahlı Qüvvələri Kamboca tərəfinin mülki əhalini "Qrad" çoxsaylı buraxılış raket sistemlər

25.07.2025 184
.

Ermənistan hərbçilərinin əsir götürdüyü azərbaycanlı: Mənə işgəncələr verildi

İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb

25.07.2025 319
.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"ndə dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 1 068 400 00 manatdan 1 153 400 00 manata çatdırılıb

25.07.2025 167
.

TOP MP3