Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidir ki, "MƏRCAN" klinikasına dur deyən olsun?-Araşdırma

Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
XALQ xəbər verir ki, bu barədə vəfat edən pasientin yaxınları anews.az-a şikayətində bildirib."Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə- iyunun 12-də Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb", – pasientin bacısı bildirib.
"Mərcan" klinikasından bildirildi ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiziya rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.
Qeyd edək ki, burun çəpərinə görə "Mərcan Medicare" klinikasında Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 31 yaşlı Nəzrin Mansurova vəfat edib. Doğrudur Sənan Mehdiyev məsuliyyətə cəlb olunub.
Lakin daha öncə də bu klinikada 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızı əməliyyatdan sonra vəfat edib.
Daha nə qədər xəstə ölməlidir ki, "Mərcan Medicare" klinikası fəaliyyətində dönüş yaratsın?
"Mərcan" klinikasının kimə məxsudur ?
Bəzi mənbələr klinika keçmiş Milli Məclisin sədri Oqtay Əsədovun qızı Nərmin Əsədovaya məxsus olduğunu iddia etsələr də, bu məlumat təkzib olunmayıb.
Klinikanın rəhbəri isə anestezioloq-reanimatoloq Araz Ağayevdir. 2024-cü ilin dekabrında Səhiyyə Nazirliyi araşdırma apararaq klinikanı cərimələmişdi.
Ümumiyyətlə, qarın gərmə və bədən şəkilləndirmə əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir deyə Səhiyyə Nazirliyində əhaliyə çağırış olunub.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1521 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün
19:40 178 İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL
"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind
13:35 273 İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
19:50 178 Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il
15:50 167 ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
16:50 180 Dava zamanı qohumlarını ayıran polis öldürüldü
Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay
18:00 196 Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında
18:36 317 WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
18:50 160 Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
23:00 74