Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -Fotofaktlar

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarBakıda fəaliyyət göəstərən Dr.Şəfa Xəlilova kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərir.

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarXALQ-əldə etdiyi məlumata görə sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda qeyri-qanuni müxtəlif kosmetoloji prosedurlar həyata keçirilir. "Kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: "Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər".

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarLisenziyasız və sertifakatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə Dr.Shafa_Khalilova adı ilə reklam edən Şəfa Xəlilovadır.

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarAraşdırmalarımız nəticəsində Şəfa Xəlilovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaəliyyət göstərir.

İddialara görə Şəfa Xəlilova tibbi prosedurları lisenziyasız həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

Belə ki, Şəfa Xəlilova müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarAçıqlama almaq üçün Şəfa Xəlilova ilə əlaqə saxlasaqda billdirdi ki,sizə daha sonra məlumat veriləcək Lakin heç bir açıqlama verilmədi.

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarQeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayır.

XALQ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi miidaxilalar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -FotofaktlarMəlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Şəfa Xəlilova haqqında Analitik Ekspertiza Mərkəzinə və hüquq mühafizə orqanlarına müraciət olunub.

Araşdırmalarımız davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 17 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib

ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün

19:40 178
.

İranın Azərbaycan uşaqlarına mümkün təsiri: "Zəhərləmə" iddiasının siyasi, informasiya və milli təhlükəsizlik aspektlərində analitik TƏHLİL

"Azərbaycan uşaqlarının təhlükəsizliyi ətrafında yaranan müzakirələrə yalnız ayrı-ayrı hadisələr prizmasından yanaşmaq kifayət deyil. Bu məsələ daha geniş çərçivədə - regional siyasi münasibətlər, informasiya müharibəsi, dini ideoloji təsirlər, ictimai təhlükəsizlik və milli kimliyin qorunması kontekstind

13:35 273
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

19:50 178
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

15:50 167
.

ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər

16:50 180
.

Dava zamanı qohumlarını ayıran polis öldürüldü

Türkiyənin Kahramanmaraş vilayətində qohumlar arasında baş verən davanı ayırmağa çalışan polis əməkdaşı güllələnərək öldürülüb. Hadisə Türkoğlu rayonunun Beyoğlu məhəlləsində qeydə alınıb. İddialara görə, əvvəldən aralarında ədavət olan iki qohumlar arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə davay

18:00 196
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

18:36 317
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

18:50 160
.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

23:00 74
.