Kazino oyunları ilə bağlı - İcazə və qadağalar

Kazino oyunları ilə bağlı - İcazə və qadağalarXəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.

Axşam.az-ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlum olduğu kimi 2024-cü il mayın 7-də "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Müzakirəyə təqdim olunan bu qanun layihəsi süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur. Belə ki, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Layihəyə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi vergi daxilolmalarının artmasına, ölkənin turizm potensialının inkişafına, yeni iş yerlərinin açılmasına xidmət edəcək. Nəzərə alınmalıdır ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları kazino oynamaq üçün ya digər ölkələrə üz tuturlar, ya da onlayn kazino oyunlarına qoşulurlar. Kazinolara icazənin verilməsi eyni zamanda "kölgə qumar"ın qarşısının alınmasına xidmət edir. Məlumdur ki, hüquq-mühafizə orqanları tərəfindən ölkədə dəfələrlə gizli kazinolar aşkar olunub. Xüsusi olaraq vurğulanmalıdır ki, kazinolara icazə verilməsi son dövrlərdə dünyada böyük vüsət alıb. Kazino oyunlarına mövcud olan qadağanı ləğv edən dövlətlərin sayı son illər ərzində artmaqdadır. Bu ölkələrə misal olaraq Özbəkistanı göstərmək olar. Bununla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində 2027-cı ildə ilk kazinonun açılması gözlənilir. Əsas gəlir mənbəyindən biri kazino oyunları olan ölkələr sırasında Monako, Sinqapur, Filippini qeyd etmək olar. Azərbaycanla eyni coğrafi məkanda yerləşən Gürcüstan və Qazaxıstan da kazino biznesindən xeyli məbləğdə gəlir əldə edir.

Qanun layihəsində kazino oyunlarının təşkil edilməsi və keçirilməsi ilə bağlı çox ciddi hüquqi tənzimləmə müəyyən olunub. Bu tənzimləmə kazino oyunlarının təşkil edilməsi üçün lisenziyanın əldə edilməsinə, habelə kazino oyunlarının təşkili və keçirilməsinə münasibətdə xüsusi nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. Nəzarət kazino oyunlarının təşkil edilməsinə dair lisenziyanın əldə edilməsi üçün müraciət mərhələsindən başlayaraq, oyunların keçirilməsi müddətində daimi həyata keçiriləcək.

Layihəyə əsasən, kazino oyunları kazino oyunlarının təşkilatçısının "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı nəzarət orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya əsasında təşkil edilir.

Layihədə kazino oyunlarının təşkilatçısına da dair xüsusi şərtlər əks olunub. İlk növbədə qeyd olunmalıdır ki, bu oyunların təşkilatçısı qismində yalnız hüquqi şəxslər çıxış edə bilərlər. Eyni zamanda kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir.

Qanun layihəsində süni torpaq sahələrində kazino oyunlarının təşkili üçün dövlət rüsumunun məbləği müəyyən edilib, kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair təminat təsbit edilib. Bununla yanaşı, layihədə kazino oyunlarının həyata keçirilməsi ilə bağlı bir sıra qadağalar və məhdudiyyətlər əks olunub.

Kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil olunması bu fəaliyyətin nəzarətli və mərkəzləşdirilmiş formaya salınmasına imkan verir. Eyni zamanda, bu dəyişikliklərlə lisenziyalaşdırma, AML/CFT nəzarəti, reklam hüququ, vergi və rüsum tənzimləmələri, eləcə də hüquqi və inzibati məsuliyyət mexanizmləri normativ əsasda təsbit edilir.

Bu yanaşma bir tərəfdən qeyri-leqal kazino oyunlara qarşı mübarizə vasitəsi kimi çıxış edəcək, digər tərəfdən isə Azərbaycanı regionda kazino turizminə açıq və tənzimlənən ölkə kimi mövqeləndirəcək. Eyni zamanda, 21 yaşından aşağı şəxslərin iştirakının qadağan olunması, virtual kazinoların qadağan edilməsi və maliyyə əməliyyatlarına dair xüsusi tələblər risklərin minimuma endirilməsi baxımından əhəmiyyətli hüquqi təhlükəsizlik tədbirləridir.

Beləliklə, qanun layihəsi iqtisadi və hüquqi baxımdan əsaslı və mövcud normativ bazanın dəqiqləşdirilməsinə, eləcə də oyun biznesinin leqallaşdırılması yolu ilə dövlət nəzarətinin artırılmasına xidmət edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 531   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaradıcı müəllim üçün sərt geyim qaydaları nə dərəcədə doğrudur?

"Müəllimlik təkcə bilik ötürən bir peşə deyil, həm də şəxsiyyət, düşüncə və dəyərlər formalaşdıran müqəddəs bir missiyadır. Bu missiyanın əsasını isə yaradıcılıq, fərdi yanaşma və azad düşüncə təşkil edir. Müəllim sinif otağına daxil olduğu an yalnız sözü ilə deyil, davranışı, duruşu, səmimiyyət

15.07.2026 237
.

"Kompleksim olsaydı, bu reklama çəkilməzdim"

Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklam çarxında estetik əməliyyat keçirmiş qız obrazını canlandıran aktrisa Türkan Murad tənqidlərə münasibət bildirib. Axşam.az-ın məlumtına görə, aktrisa tənqidlərə belə cavab verib:. "İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara is

15.07.2026 443
.

Bu ölkənin prezidenti evsiz qaldı

Cənubi Koreya prezidenti Li Ce Men özünə məxsus yeganə mənzili satıb. xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən yeganə mənzilini hələ fevral ayında satışa çıxarıb. Məqsəd hökumətin daşınmaz əmlak bazarının sabitləşdirilməsi istiqamətində həyat

15.07.2026 285
.

Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb. Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adların

15.07.2026 376
.

Əhalisi 4 milyon azalıb

Rusiya Prezidenti Vladimir Putin 1990-cı illərdə ölkədə sosial sahənin, sənayenin və müdafiə kompleksinin ciddi şəkildə zəiflədiyini bildirib. xəbər verir ki, Putin həmin dövrü xarakterizə edərkən "90-cı illərdə sosial sahəni, sənayeni və müdafiə sektorunu tamamilə dağıtdılar" ifadəsini işlədib

15.07.2026 284
.

İİKK Bəhreyndə ABŞ-ın Beşinci Donanmasının obyektlərini hədəf aldığını bildirib və enerji marşrutları ilə bağlı xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) çərşənbə günü ABŞ-ın Bəhreyndə yerləşən Beşinci Donanmasına məxsus komandanlıq və nəzarət, logistika, yanacaq və hərbi texnika obyektlərini hədəf aldığını bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu, ABŞ-ın Hind okeanındakı hərəkətlərin

15.07.2026 198
.

14 il şiddət görən qadının əri saxlanıldı

İki gün öncə həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı üçün uşaqları ilə birlikdə sığınacağa yerləşdirilən qadının əri polis əməkdaşları tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında paylaşı

15.07.2026 446
.

ABŞ İran əleyhinə yeni sanksiyalar tətbiq etdi

ABŞ tanınmış iranlı iş adamı Məhəmməd Hüseyn Şamxani ilə əlaqəli olduğu iddia edilən 50-dən çox şəxsə, təşkilata və gəmiyə qarşı sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu sanksiyalar ikili Rusiya-İran vətəndaşlığına malik iş adamı Əli Rəhbərmədanin

15.07.2026 229
.

Yoxsulluq, atasının gedişi, bacısının ölümü - Yan Diomandenin Avropa yolu

Azarkeşlər futbolçuları əsasən meydandakı çıxışları, vurduqları qollar və qazandıqları titullarla tanıyırlar. Ancaq hər uğurlu karyeranın arxasında çətin uşaqlıq illəri, ailə hekayələri, qarşılaşılan maneələr və böyük zəhmət dayanır. -ın yeni "Həyatın oyunçuları" rubrikasında dünya futbolunu

15.07.2026 290
.

TOP MP3