Meşələrdə ehtiyatsızlıq fəsadlara yol açır — Yanğın və qırıntı təhlükəsi

Meşələrdə ehtiyatsızlıq fəsadlara yol açır — Yanğın və qırıntı təhlükəsiYay fəsli gəldiyindən insanlar tətillərini daha çox təbiət qoynunda keçirməyə üstünlük verirlər. Xüsusilə meşələr, piknik və istirahət üçün ən çox seçilən məkanlara çevrilib.

Lakin bu artan maraq təbiətə qarşı ehtiyatsız davranışlarla müşayiət olunur. Meşələrə gedən bəzi vətəndaşlar zibil tullantılarını ətrafa atır, oddan düzgün istifadə etmir və təhlükəsizlik qaydalarına əməl etmirlər. Nəticədə, bu cür məsuliyyətsiz davranışlar meşə yanğınlarına və ekosistemin ciddi zərər görməsinə səbəb olur.

Xüsusilə quru havalarda kiçik bir siqaret kötüyü belə böyük yanğınlara yol aça bilər. Bu isə həm bitki örtüyünün, həm də orada yaşayan canlıların məhv olmasına gətirib çıxarır. Eyni zamanda bəzi şəxslərin qeyri-qanuni ağac kəsimi halları da meşə fonduna zərbə vurur.

Ekoloqlar bildirirlər ki, vətəndaşlar təbiətdə istirahət edərkən daha məsuliyyətli davranmalı, yanğın təhlükəsinə qarşı diqqətli olmalı və ətraf mühiti qorumağı unutmamalıdırlar. Meşələr təkcə istirahət yeri deyil, həm də gələcək nəsillərə miras qalacaq qiymətli sərvətdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub:
Meşələrdə ehtiyatsızlıq fəsadlara yol açır — Yanğın və qırıntı təhlükəsi"Bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, fiziki şəxslər iki min manat, vəzifəli şəxslər dörd min manat, hüquqi şəxslər isə iyirmi beş min manat məbləğində cərimə edilir. Əgər bu əməl şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədilərsə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat, vəzifəli şəxslər beş min manat, hüquqi şəxslər isə otuz beş min manat məbləğində cərimə edilirlər.

Qeyd edək ki, bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət tətbiq olunur.

Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində xeyli miqdarda ziyan vurulduqda isə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaranır.

Bundan başqa, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə Cinayət Məcəlləsinin 260-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

20:30 105
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

19:30 153
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

21:15 84
.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

17:20 161
.

SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb

Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən

17:40 170
.

Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı

Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu

13:20 171
.

Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər

Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini

15:30 165
.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

21:00 92
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

14:42 169
.