50 yaşdan aşağı insanlarda xərçəngə səbəb olan üç amil: bunu hamı bilməlidir
Dünyada 50 yaşına qədər olan insanlar arasında xərçəng halları sürətlə artır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alimlərin fikrincə, bununla bağlı üç əsas risk amili mövcuddur ki, onlar gənc yaşda onkoloji xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Xərçəngin yaranmasını sürətləndirən amillər
ABŞ-ın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən aparılan araşdırma göstərib ki, 20–49 yaş arası qrupda xərçəng hallarının sayı 1990-cı illərdən bəri 23 faiz artıb. Alimlər bununla bağlı əsas üç risk faktorunu müəyyən ediblər:
Piylənmə (artıq çəki)
Yanlış qidalanma
Az fiziki aktivlik
Xüsusilə gənclər arasında yoğun bağırsaq xərçəngi ilə bağlı araşdırmada iştirakçıların üçdə birindən çoxunun piylənmədən əziyyət çəkdiyi müəyyən olunub.
Nyu-Yorkdakı Sloan Kettering adına Onkoloji Mərkəzin professoru Neil Ayengar bildirib ki, qida rasionu gənclərdə xərçəngin inkişafında mühüm rol oynaya bilər:
"Bizim mikrobiom (bağırsaq florası) yediyimiz qidalara çox həssasdır. Mikroplastik və ya kimyəvi maddələr mikrobiomu dəyişə bilər və bu, risk amilinə çevrilə bilər. Sağlam qidalanmağa və idmana heç vaxt tez deyil başlamaq".
Həmçinin o, şəkərli içkilər və çox emal olunmuş məhsulların potensial risklər daşıdığını qeyd edib. Bununla yanaşı, mütəxəssislər siqaretlə bağlı xərçəng hallarının demək olar ki, bütün yaş qruplarında azaldığını da müşahidə ediblər.
Xərçəngdən necə qorunmaq olar?
Müntəzəm tibbi müayinələr (skrininq)
Xərçəngi vaxtında aşkar etmək və xəstəliyin riskini azaltmaq üçün profilaktik tədbirlər, davamlı tibbi yoxlamalar və bədənin siqnallarına diqqət vacibdir. Bir çox xərçəng növü ilk mərhələdə aşkar olunduqda daha effektiv müalicə olunur.
İrsi faktorları öyrənin
Əgər yaxın qohumlarınızdan kimsə gənc yaşda (50-dən əvvəl) xərçəngə tutulubsa, genetik məsləhət almağınız tövsiyə olunur. Bəzi genlər – BRCA1, BRCA2, APC, TP53 – süd vəzisi, yumurtalıq, yoğun bağırsaq və digər xərçəng növlərinə meyilliliyi artırır.
Simptomlara diqqət yetirin
Aşağıdakı əlamətlər 2 həftədən çox davam edirsə, onları mütləq araşdırın:
İzahsız çəki itkisi
Sidikdə, nəcisdə və ya öskürəkdə qan
Daimi yorğunluq
Sərtlik və ya şişkinlik hissi (şiş)
Bəniz və xalların formasında dəyişiklik
Nəcis və ya sidik ifrazında dəyişiklik
Uzunmüddətli və səbəbsiz ağrılar
Stressi azaldın və psixi sağlamlığınıza fikir verin
Xroniki stress immun sistemini zəiflədir. Gündəlik aşağıdakı vərdişlərə əməl edin:
Gecə 7–8 saat yuxu
Təmiz havada gəzintilər
Meditasiya və nəfəs məşqləri
Sosial əlaqələrin qorunması, dostlarla ünsiyyət
Bu məlumatlar cəmiyyətin hər bir üzvü üçün vacibdir, çünki xərçəngin qarşısını almaq çox hallarda bizim həyat tərzimizdən asılıdır. Sağlam qidalanma, aktiv həyat, vaxtında tibbi müayinələr və psixoloji rifah bu yolda ən güclü silahlarınızdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 883 Tarix: 19 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca
20:30 105 2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
19:30 153 Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib
21:15 84 Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
17:20 161 SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Hörmüz boğazından İranın icazəsi olmadan keçməyə çalışan neft tankeri minaya düşüb və gəmidə yanğın baş verib. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Hörmüz boğazından qeyri-qanuni marşrutla çıxmağa cəhd edən
17:40 170 Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 171 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
15:30 165 Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
21:00 92 Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
14:42 169