Dünyanı heyrətə gətirən Azərbaycan–Türkiyə qardaşlığı

Dünyanı heyrətə gətirən Azərbaycan–Türkiyə qardaşlığıAzərbaycan ilə Türkiyə arasında formalaşmış strateji ittifaq təkcə iki ölkənin rəsmi münasibətləri çərçivəsində qalmır. Bu münasibətlərin təməlində dərin tarixi köklər, ortaq dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. "Bir millət, iki dövlət" prinsipi artıq sadəcə şüar deyil, real siyasət və əməli əməkdaşlıq modeli kimi çıxış edir.
Dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada ortaq mövqe nümayiş etdirir, çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu həmrəylik Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə yeni reallıqlar yaradır.
Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın canlı təzahürü oldu. Əvəzində, Azərbaycan da müxtəlif regional təşəbbüslərdə – o cümlədən, enerji və nəqliyyat layihələrində – Türkiyənin maraqlarını nəzərə alaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə bu qardaşlıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Hərbi əməkdaşlıq, ortaq təlimlər, müdafiə sənayesində birgə layihələr, təcrübə mübadiləsi – bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyini göstərən faktorlardır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP (Trans-Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və beynəlxalq əhəmiyyətə malik layihələr iki ölkənin qarşılıqlı güvənə əsaslanan əməkdaşlığını əyani şəkildə ortaya qoyur. Hal-hazırda gündəmdə olan Zəngəzur dəhlizi layihəsi də bu istiqamətdə mühüm addım hesab olunur. Eyni zamanda, Türkiyə də Azərbaycanın beynəlxalq aləmdə suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq müdafiə edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın maraqlarını qorumaq üçün fəal mövqe tutur. Bu da onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri klassik diplomatik əlaqələrdən fərqlənir. Bu münasibətlər milli kimliyin, tarixi ortaq dəyərlərin və ortaq gələcəyə olan inamın vəhdətidir. Qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə belə bir model dünya üçün alternativ və nümunəvi bir əməkdaşlıq formasıdır.
Bu, keçmişə bağlılıq deyil, gələcək üçün ortaq strategiyadır. Azərbaycan–Türkiyə qardaşlığı bu gün artıq regional deyil, qlobal səviyyədə nüfuz sahibi olan bir birliyin nümunəsidir. Bu birlik Qafqaz regionunda sülh və sabitliyin təminatçısı, iqtisadi və siyasi inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir. Əməkdaşlıq yeni sahələri əhatə etməklə daha da genişlənir və gələcəyə inamla irəliləyir.
Təsadüfi deyil ki, baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan bütün resursları ilə Türkiyənin yanında oldu. Xilasetmə işlərində fəallıq nümayiş etdirdi, qardaş ölkəyə yardımını əsirgəmədi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Ümumilikdə tikintiyə 100 milyon ABŞ dolları vəsait ayrıldı və 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu.
Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" bu qardaşlığın real təcəssümünə çevrildi. Bu, təkcə yardım deyil, həm də həmrəyliyin, psixoloji dəstəyin və mənəvi yaxınlığın rəmzi idi. Yeni məhəllənin açılışında liderlərin iştirakı Türk dünyası adına son dərəcə qürurverici hadisə oldu və yaddaşlarda silinməz izlər buraxdı.
İyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. "İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır", - deyə dövlətimizin başçısı qeyd edib.
Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: "Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı "Ümid" qardaşlıq körpüsünün davamı kimi tarixə həkk olundu. "Ümid" bir millətin iki dövlətini birləşdirdi, gələcək birgə fəaliyyətin fundamental əsaslarını yaratdı, Kahramanmaraşda "Azərbaycan" məhəlləsində isə bir millətin iki lideri qardaşlıq manifestini yazdılar. Yeni salınan Azərbaycan məhəlləsi sadəcə zəlzələ fəsadlarının ortadan qaldırılması üçün bir dost yardımı deyildi. Bu həm də iki dövlət arasında sarsılmaz qardaşlığın canlı örnəyi, yıxılmaz bir tarixi abidədir. 100 il öncə Türkiyənin istiqlal savaşında Maraşın müdafiəsində qəhrəmanlıq göstərən azərbaycanlılar və bu gün Azərbaycan dövlətinin bu şəhərdə qoyduğu iz bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini

21:00 0
.

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Prime Cotton İFT" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkət Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı "Prime Cotton" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti

11:30 161
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

20:30 0
.

Araq almağa pul verməyən arvadını baltanın sapı ilə döydü

Astrada kişi arvadını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib. 64 yaşlı Akif Rzayev (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Zərərçəkənin şikayəti əsasında o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Akif Rzaye

17:00 141
.

Tailandda iş adamını silahla hədələyib 820 min dollarlıq kriptovalyutasını oğurladılar

Tailandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir. "Pattaya Mail"ə istinadən xəbə

15:20 143
.

15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA

Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər. yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb. Həmin gün 15 yaşlı Rafet Dinçi

19:10 0
.

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb

Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny

11:45 163
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

19:50 0
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

19:30 0
.